Milli Kitabxanadan Əhməd Cavad haqqında təqdimat

 

2022-ci ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi ictimai xadim Əhməd Cavadın (Cavad Məhəmmədəli oğlu Axundzadənin) 130 illiyi tamam olur.

Azərbaycan ədəbiyyatı ictimai fikrinin inkişafında tutduğu əvəzsiz mövqeyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Əhməd Cavadın 130 illik yubileyinin qeyd edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncamda bildirildiyi kimi "Əhməd Cavad Azərbaycan ədəbi-bədii fikri tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna mövqeyə malik söz ustalarındandır. Bütün qəlbi ilə bağlı olduğu doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalmış sənətkarın azadlıq motivləri ilə zəngin yaradıcılığı milli məfkurədən yoğrulmuşdur. Azərbaycanın dövlət rəmzlərini yüksək şeiriyyətlə alovlu tərənnüm edən şairin müstəqil dövlətçiliyə sevgi aşılayan əsərləri dərin vətənpərvərlik duyğularının heyrətamiz poetik ifadəsidir".

Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Mədəniyyət Nazirliyinin Tədbirlər Planına uyğun olaraq M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən "Əhməd Cavad - 130" adlı elektron daycest hazırlanıb. Təqdim olunan daycestdə - ("digest"- ingilis dilindən tərcümədə "xülasə", "toplu" mənasını verir) Əhməd Cavad ilə bağlı 2018-2022-ci illərdə dövri mətbuat səhifələrində dərc edilmiş məqalələr araşdırılıb seçmə yolu ilə istifadəçilərin diqqətinə təqdim olunub.

Elektron daycestin hazırlanmasında əsas məqsəd geniş istifadəçi kütləsini şairin həyat yaradıcılığı, ölməz irsi haqqında dərc olunmuş materiallarla tanış etməkdən ibarətdir. Elektron daycestdə məqalələr illər üzrə, daxildə isə əlifba ardıcıllığı ilə verilib.

 

525-ci qəzet.- 2022.- 1 oktyabr. S. 2.