Mahnılar da bir tarixdir

AMEA 

El mahnılarımız bizim musiqi sərvətimiz musiqi mənbəyimizdir. Fəqət biz hələ bu sərvət mənbədən layiqincə istifadə edə bilməmişik".

 

 Üzeyir Hacıbəyli.

 

Məlum olduğu kimi, Azərbaycan xalq mahnıları öz məzmununa, ahəngdarlığına, bədii-estetik gücünə, asan qavranılmasına, lad əsaslarına, parlaq ifadə tərzinə, orijinal ritmi digər təkraredilməz xüsusiyyətlərinə görə başqa xalqların musiqisindən əsaslı şəkildə fərqlənir. Ona görə bu mahnılar zaman-zaman təkcə azərbaycanlılar tərəfindən deyil, digər xalqların nümayəndələri tərəfindən sevilmiş, qəbul edilmiş oxunmuşdur.

Azərbaycan xalq mahnıları yalnız musiqi incəsənətimizin tarixini deyil, həmçinin, onun etnoqrafiyasını - maddi mənəvi mədəniyyətini, təsərrüfat fəaliyyətini, etik  estetik görüşlərini, adət-ənənələrini s. öyrənmək baxımdan da dəyərli mənbə kimi çıxış edir.  Çünki bir sıra hallarda arxeoloji materiallarda, maddi-mədəniyyət nümunələrində yazılı mənbələrdə qeydə alınmayan, lakin elmi tədqiqat baxımından olduqca vacib olan məqamlar məhz xalq mahnıları mətnlərində öz əksini tapmışdır. Hansı ki, tarix üzrə fəlsəfə doktoru, dosent  Mehparə Əliyevanın bu günlərdə işıq üzü görmüş "Azərbaycan xalq mahnıları etnoqrafik mənbə kimi" adlı elmi-tədqiqat əsərində bütün bunlar barədə geniş ətraflı bəhs olunur.

Bəllidir ki, formaca müxtəlif, məzmun etibarilə çox dərin mükəmməl olan Azərbaycan  xalq mahnılarının yaranma tarixi çox uzaq keçmişə aiddir. Müəllif zəngin mənbə ədəbiyyat materialları əsasında apardığı araşdırmalar nəticəsində belə bir qənaətə gəlmişdir ki, qədim insanlar əmək fəaliyyəti prosesində öz duyğu, düşüncə hisslərini ifadə etmək, onu başqalarına çatdırmaq məqsədilə, müxtəlif səslərdən sehirli sözlərdən istifadə etmiş, cürbəcür poetik mətnlər ifa etmişlər. Sonradan asan mənimsənilməsi üçün bu səs ya sözlərə  ritmik melodik intonasiya ilə birləşən xüsusi forma mahnı başlanğıcı verilərək oxunmuşdur. Zaman keçdikcə isə onlar özünəməxsus məzmun mənaya malik mahnı mətnlərinə çevrilmiş, ən mükəmməl nümunələri şifahi şəkildə, ağızdan-ağıza, nəsildən-nəsilə ötürülərək günümüzə qədər gəlib çatmışdır.

Yaranışı nöqteyi-nəzərindən xalq mahnılarının dərki onların insanla təbiətin, sözlə musiqinin üzvi şəkildə birləşdiyi bir mədəni fenomen, müstəsna bir həqiqət, təcrübə, duyğu idrak məhsulu kimi təqdim edilməsinə imkan verir. Təsadüfi deyil ki, xalq mahnı yaradıcılığı sonradan şifahi ənənəli professional musiqi sənətinin (muğam təsniflərin) yaranmasına inkişafına da əsaslı zəmin yaratmışdır. Təqdim olunan bu monoqrafiyada xalq mahnılarını mərasim, əmək, məişət tarixi mahnılar kimi təsnif edən müəllif, onların ayrı-ayrılıqda məna-məzmun xüsusiyyətlərini, formalaşma şəraitini, inkişafını günümüzə qədər gəlib çatma şərtlərini ətraflı konkret mahnı nümunələr əsasında geniş şərh etmişdir.

Diqqətəlayiq haldır ki, monoqrafiyada xalq mahnılarının kamil sənət nümunələri kimi formalaşmasında xalq çalğı alətlərinin yeri, rolu iştirakı məsələləri öz dolğun təhlilini tapmışdır. Burada tütək, ney, balaban, zurna kimi nəfəsli, tar, saz, ud, kanon kimi simli, kamança kimi yaylı, nağara, dəf, qosa-nagara kimi zərb musiqi alətlərinin mənşəyi, onların ən məşhur ifaçıları, Azərbaycanda xalq çalğı alətləri ansambl orkestrlərinin yaranma tarixinə, habelə bədnam qonşularımızın mahnılarımızı musiqi alətlərimizi özününküləşdirmək cəhdlərinə münasibət bildirilmişdir.

Monoqrafiyada həmçinin, Azərbaycan xalq mahnı nümunələrinin toplanması, lentə alınması, nota salınması tarixinin öyrənilməsi ilə bağlı xeyli maraqlı məlumatlar da öz əksini tapmışdır. Bu sahədə dahi Üzeyir Hacıbəyovun, Müslüm Maqomayevin başqa bəstəkar musiqi xadimlərimizin fəaliyyətini ön plana çıxaran müəllif, əvvəlki dövrlərə səyahət  edir, xüsusilə XIX əsrdə rus Avropa musiqiçiləri tərəfindən Azərbaycan xalq mahnılarının toplanması işini - onun mənfi müsbət tərəflərini araşdırmağa çalışmışdır.

Mənbə ədəbiyyat materiallarının təhlilinə əsaslanan müəllif qeyd edir ki, Azərbaycan musiqi mədəniyyəti əsrlər boyu region xalqlarının mədəniyyətinə, o cümlədən, musiqisinə çox ciddi təsir göstərmiş, hətta türk müsəlman olmayan toplumların mədəni-mənəvi həyatının ayrılmaz bir parçasına çevrilmişdir. Odur ki, müəllif çox haqlı olaraq, mahnılarımızın təşəkkülünü inkişafını təkcə Azərbaycanın hüdudları çərçicəsində nəzərdən keçirməklə kifayətlənməyərək onları bütövlükdə, Azərbaycan musiqi mədəniyyətini Qafqaz, Yaxın Orta Şərq xalqlarının musiqisi ilə qarşılıqlı təsir kontekstində təhlil etməyə çalışmışdır. Çünki hələ çox qədim zamanlardan Azərbaycanın bu ölkələrlə mövcud olmuş siyasi, iqtisadi mədəni əlaqələri digər sahələrlə yanaşı, musiqi incəsənətinə sirayət etmiş onu nəzərə çarpacaq dərəcədə zənginləşdirmişdir.

Bununla belə, təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bəzi xalqlar, xüsusilə ermənilər zaman-zaman digər mədəni dəyərlərimizlə yanaşı, musiqimizi - mahnı rəqslərimizi, eləcə bir çox musiqi alətlərimizi öz adlarına çıxarmağa, özününküləşdirməyə çalışmışlar. Monoqrafiyada bu məsələlərə xüsusi diqqət yetirən müəllif düzgün olaraq yazır ki, bu gün ermənilərin "Sarı-gəlin",  "Yaylığım", "Uzundərə", "Köçəri" s. kimi mahnı rəqslərimizə, tar, kamança, balaban digər musiqi alətlərimizə münasibətdə qaldırdıqları iddialar yumşaq desək, həyasızlıqdan başqa bir şey deyildir. Çünki istər təkzibedilməz tarixi faktlar, istərsə mütəxəssis araşdırmaları, o cümlədən, bəzi erməni müəlliflərinin etirafları həmin mahnı melodiyaların onlara məxsus olmadığını sübut etmişdir. Erməni musiqişünası S.Palasanyanın "...tarix boyu ermənilər təsiri altında olduğu xalqların - Azərbaycanda azərbaycanlıların, Gürcüstanda gürcülərin, İranda isə farsların melodiyalarını qəbul ediblər" sözləri, M.Nalbandyanın "erməni melodiyalarının çoxu türklərdən (azərbaycanlılardan) mənimsənilib. Mən ermənilərin yaşadığı bir çox yerlərdə olmuşam hər zaman çalışmışam ki, sırf erməni dilində bir şey eşidim. Ancaq indiyə qədər belə bir şey eşitməmişəm" kimi fikirləri deyilənləri sübut edir.

Bütövlükdə, M.Əliyevanın Azərbaycan xalq mahnılarının yaranma tarixinə etnoqrafik xüsusiyyətlərinə həsr olunmuş monoqrafiyası bu mövzuda yazılmış ilk tədqiqat əsəri olmaqla, mühüm elmi-nəzəri praktiki əhəmiyyət kəsb edir. İnanırıq ki, monoqrafiyanın dili, strukturu burada elmi araşdırmaya cəlb olunan digər məsələlər çox qısa bir zamanda onu təkcə etnoqrafların ya musiqişünasların deyil, eləcə Azərbaycan xalq mahnılarını Azərbaycan musiqisini sevən, duyan anlayan hər kəsin stolüstü kitabına çevirəcəkdir.

 

Qafar CƏBİYEV

525-ci qəzet.- 2022.- 7 oktyabr. S.13.