VIII Beynəlxalq Kitab Sərgisi maraqlı tədbirlərlə davam edib

 

Bakı Ekspo Mərkəzində təşkil olunan VIII Beynəlxalq Kitab Sərgisi çərçivəsində yeni tədbirlər keçirilib.

AZƏRTAC xəbər verir ki, bunlardan biri Xalq yazıçısı Elçinlə "Müasirlik ədəbiyyatımızın problemləri" mövzusundakeçirilən görüş olub. Öncə "Şərq-Qərb" nəşriyyatının İlyas Əfəndiyev haqqında çap etdiyi kitabdan danışan Elçin Əfəndiyev bu kitabın yalnız İ.Əfəndiyevdən deyil, onun mühitindən, sovet dövrü ədəbi prosesindən bəhs etdiyini vurğulayıb. Bugünkü dövr ədəbiyyatının problemlərindən danışan Elçin sonra dinləyicilərin suallarına cavab verib, müxtəlif yaradıcılıq məsələlərinə toxunub. Çağdaş dramaturgiyanın durumu, poeziyanın problemləri sair mövzulardan daışaraq, Azərbaycanda uşaq ədəbiyyatının müasir durumuna da diqqət yetirib. Görüş fikir mübadiləsi, sənət söhbətləri ilə davam edib.

Oktyabrın 6-da Bakı Ekspo Mərkəzinin Üzeyir Hacıbəyli təqdimat zonasında Mədəniyyət Nazirliyi Milli Kitabxananın birgə təşkilatçılığı ilə "Xurşidbanu Natəvan" biblioqrafiya kitabının, eləcə "Xurşidbanu Natəvan" adlı Elektron məlumat bazasının təqdimat mərasimi keçirilib. Tədbiri Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov açaraq bu il ölkə başçısının müvafiq Sərəncamı ilə Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın 190 illik yubileyinin qeyd olunduğunu bildirib. Yubiley çərçivəsində Milli Kitabxana da Xurşidbanu Natəvanın həyat yaradıcılığına həsr olunan bir sıra layihələrin həyata keçirildiyini diqqətə çatdırıb.

Biblioqrafiyada Xan qızının əsərləri, həyat yaradıcılığı, ictimai fəaliyyəti haqqında, habelə onun dünyanın ən zəngin kitabxanalarında mühafizə olunan nəşrləri öz əksini tapıb.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə özbək dilinə tərcümə olunmuş Azərbaycanın tanınmış şairi Xurşidbanu Natəvanın kitab da oktyabrın 6-da VIII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində təqdim edilib. Azərbaycan Özbəkistan ədəbiyyat nümayəndələrinin iştirakı ilə keçirilən təqdimat mərasimdə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyin direktoru, akademik Rafael Hüseynov, özbək şairə Xosiyat Rüstəm çıxış ediblər. Akademik Rafael Hüseynovun "Ön söz" yazdığı kitab "Şuşa İli" münasibətilə nəşr olunub.

Sərgi çərçivəsində digər tədbir professor Tərlan Seyidovun tərtibində "Fərhad Bədəlbəylinin həyat yaradıcılığı" "Fərhad Bədəlbəyli. Musiqiyə səyahət" kitablarının təqdimatına həsr edilib. Bu kitablar BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasında hazırlanıb Fərhad Bədəlbəylinin ilə məktəb-studiyanın çoxillik sıx yaradıcı əməkdaşlığının nəticəsidir. F.Bədəlbəyli böyük zəhmətlə ərsəyə gələn kitabları təqdir edib, tərtibçiyə bütün yaradıcı heyətə dərin təşəkkürünü bildirib.

 

525-ci qəzet.- 2022.- 8 oktyabr. S. 9.