Azərbaycanlı pianoçu Parisdəki konsertdə çıxış edib

 

Parisdə “Sainte Marie des BatignolleskilsəsindəYeni ulduzlargənc istedadlar beynəlxalq müsabiqəsi laureatlarının konserti olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan konsertdə 15 yaşlı Səməd Əlizadə ilə təmsil olunub. Azərbaycanlı pianoçuYeni ulduzlargənc istedadlar beynəlxalq müsabiqəsinin qala konsertində uğurla çıxış edib.

2007-ci il fevralın 25-də anadan olmuş Səməd Əlizadə piano üzrə musiqi təhsilinə 2013-cü ildə Əfrasiyab Bədəlbəyli adına 11 illik musiqi məktəbində başlayıb. Hazırda Bakı Avropa Liseyinin 10-cu sinfində oxuyan gənc istedad 2018-ci ildə "Virtuoz əsərlərinin ən yaxşı ifaçısı" mükafatına layiq görülüb. 2020-ci ildə Dünya İncəsənət Oyunları festivalında, eləcə Avropa istedadlar müsabiqəsində birinci yeri tutub. 2020 2021-ci illərdə Ədilə Əliyeva adına 15-ci 16-cı beynəlxalq musiqi müsabiqəsində üçüncü yerə sahib olub.

Gənc pianoçu 2020-ci il "Sopravista" Beynəlxalq Festivalının 1-ci dərəcəli, 2021-ci ildə "Le Ciel de Paris" III Beynəlxalq Musiqi İncəsənət Müsabiqəsinin II dərəcəli laureatı olub, "Üç alov" onlayn folklor, klassik müasir festivalda Qran-Priyə layiq görülüb.

2021-ci ildə ADA School MUN konfransında iştirak edərək "Ən yaxşı debütant" diplomunu alıb. Sabahın alimləri” XI respublika müsabiqəsində isəQarabağ regionunun ekosisteminin innovativ üsullarla bərpasıelmi işinə görə birinci yeri tutub.

Gənc pianoçu 2022-ci ilin iyulun 10-da Parisdə “Saint Germain des Préskilsəsində ARTİMA Assosiasiyası tərəfindən təşkil edilmiş 6-cı “Yeni ulduzlargənc istedadlar beynəlxalq müsabiqəsində iştirak edərək ilk pillədə qərarlaşıb.

Yeni ulduzlargənc istedadlar beynəlxalq müsabiqəsinin təşkilatçısı ARTİMA Assosiasiyası 2010-cu ildə yaradılıb. Assosiasiya gənc fransız əcnəbi musiqiçiləri dəstəkləmək təbliğ etmək üçün müsabiqələr, konsertlər maarifləndirici aksiyalar təşkil edir.

 

525-ci qəzet.- 2022.- 11 oktyabr. S. 9.