Mədəni irsin
qorunması mövzusunda təlim kursu başlanıb
Oktyabrın 13-də Mədəniyyət Nazirliyinin dəstəyi ilə, Azərbaycan Respublikasının Əqli
Mülkiyyət Agentliyi
və Azərbaycan Yaradıcı Sənayelər
Federasiyasının tərəfdaşlığı
ilə "Qlobal Kommunikasiyalar və İnnovasiyalar" şirkəti
tərəfindən "İrsin
idarəedilməsi bacarıqlarının
inkişafı" təlim
proqramı çərçivəsində
növbəti, 4-cü təlim
kursuna start verilib.
525.az xəbər verir ki, təlim
kursunun mövzusu
UNESCO-nun "Qeyri-maddi mədəni
irsin qorunması üzrə 2003-cü il Konvensiyası"nı əhatə
edir.
Azərbaycan Yaradıcı Sənayelər
Federasiyasının İdarə
heyətinin sədri, təlim proqramının rəhbəri Vasif Eyvazzadə "İrsin İdarəedilməsi Bacarıqlarının
İnkişafı" təlim
proqramı çərçivəsində
əvvəlki üç
təlim kursu haqqında qısa məlumat verib. Bildirib ki, dünya irsi ilə bağlı
3 təlim kursu artıq başa çatıb. Bu təlim
kursları 1954-cü il Haqa konvensiyası,
münaqişələr zamanı
mədəni irsin qorunması ilə bağlı olan konvensiya, 2005-ci il mədəni müxtəlifliyin
qorunması ilə bağlı və dünya irsi ilə bağlı konvensiyaları əhatə
edirdi. Əsas təlimçilərin Türkiyədən olduğunu
deyən Vasif Eyvazzadə bildirib ki, həmçinin təlimdə ekspertlər
iştirak edir.
Vasif Eyvazzadə bugünkü təlimin qısa xülasəsini iştirakçıların
diqqətinə çatdırıb:
"İki gün ərzində UNESCO-nun Qeyri-maddi
mədəni irsin qorunması konvensiyası ilə bağlı təlim olacaq. Təlimlərdə qeyri-maddi mədəni
irsin nədən ibarət olduğundan, ölkələr üçün
əhəmiyyətindən danışılacaq, digər
konvensiyaların mətnində
olan məqamlara, təlimat sənədində
olan vacib məsələlərə toxunacaq,
nominasiya faylların hansı formada hazırlanması, reprezentativ
siyahının növləri
ilə bağlı ayrıca məlumat veriləcək. Həmçinin, qeydiyyat prosesinin hansı formatda aparılması burada danışılacaq ölkənin,
katibliyin rolunun nədən ibarət olduğu və siyahıyaalınma prosesində
beynəlxalq təcrübələr
barədə söhbət
aparılacaq".
Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva
kursun işinə uğurlar arzulayıb. Bildirib ki,
başlanan təlim kursu vacib mövzuya
həsr olunub. Konvensiya məzmun və fəaliyyət baxımından
Mədəniyyət Nazirliyi
üçün xüsusi
əhəmiyyət kəsb
edir, çünki konvensiyanın əsas məqsədi UNESCO-ya üzv ölkələrdəki
insanların yaradıcılığının
məhsulu olan mədəniyyət nümunələri
dəyərlərinin milli
və beynəlxalq səviyyədə qorumasıdır.
Azərbaycan 2006-cı ildə rəsmən bu konveksiyaya qoşulduğu andan UNESCO-da aktiv fəaliyyət göstərib bir sıra layihələrə
dəstək olub.
Azərbaycanın UNESCO-da
ən uğurlu fəaliyyəti ölkəmizin
15 nominasiyasının dünya
irs siyahısına
daxil edilməsidir.
Bu il yeni nominasiyaların siyahıya
daxil ediləcəyini
bildirən nazir müavini deyib: "Biz öz fəaliyyətimizdə
Türkiyə tərəfi
ilə sıx əməkdaşlıq edirik.
Belə təlimlər bacarıqların
inkişaf etdirilməsinə,
qurumlar arasında əlaqələrin yaradılmasına
və mütəxəssislərin
yeitşməsinə öz
töhfəsini verir".
Qeyd edək ki, təlim
kursunda Azərbaycan Respublikasının Mədəniyyət
Nazirliyi və onun tabeliyində fəaliyyət göstərən
regional idarələrin və
mədəniyyət müəssisələrinin,
həmçinin, Dövlət
Turizm Agentliyinin, Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin,
"ABAD" publik hüquqi
şəxsin, Təhsil
Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan
azad edilmiş ərazilərdə Azərbaycan
Respublikası Prezidentinin
Xüsusi Nümayəndəliyinin,
"Şuşa" Şəhəri
Dövlət Qoruq İdarəsinin, "İçərişəhər"
Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsinin,
Heydər Əliyev Mərkəzinin, AMEA-nın
Əlyazmalar institutunun,
Mədəniyyət və
İncəsənət Universitetinin,
Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının,
"Arts Council Azərbaycan" təşkilatının, Bəstəkarlar
İttifaqının nümayəndələri
iştirak ediblər.
525-ci qəzet.- 2022.- 14 oktyabr.- S.11.