Mənim tanıdığım İsa Həbibbəyli
Azərbaycan elminə
misilsiz töhfələr vermiş görkəmli alim yüksək
mənəvi keyfiyyətləri ilə də müstəsna
şəxsiyyətdir
İyirminci yüzillikdə Azərbaycan
ədəbiyyatı tarixini
araşdıran, ədəbi-tənqidi
fikrini formalaşdıran,
ona ictimai yön verən Bəkir Çobanzadə,
Feyzulla Qasımzadə,
Əli Sultanlı, Əkrəm Cəfər, Məmməd Cəfər Cəfərov, Əbdüləzəl
Dəmirçizadə, Muxtar
Hüseynzadə, Məmməd
Arif Dadaşzadə, Cəfər Xəndan, Abbas Zamanov kimi
görkəmli ədəbiyyatşünas
alimlərimiz, böyük
ziyalılarımız olublar.
Bu gün o zəngin ənənəni uğurla
davam etdirən orta yaş nəslinə
mənsub ədəbiyyatşünas
alimlərimiz arasında
öz yüksək intellektual səviyyəsi,
geniş dünyagörüşü
ilə fərqlənən
sanballı fikir adamlarından biri də Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,
AMEA Nizami Gəncəvi
adına Ədəbiyyat
İnstitutunun direktoru,
Əməkdar elm xadimi,
millət vəkili, akademik İsa Həbibbəylidir.
Azərbaycan ədəbiyyatşünaslığının,
ədəbi tənqidinin
təxminən yarım
əsrə yaxın tarixinə nəzər salanda orada akademik
İsa Həbibbəyli
imzasının nə
qədər mötəbər,
çoxşaxəli və
miqyaslı bir məna ifadə etdiyi bir daha
aydın olur. Akademik İsa
Həbibbəyli ədəbi
təhlillərində zəngin
intellekti, hadisələrə
əhatəli və özünəxas yanaşma
üslubu, müasir və aktual düşüncə tərzi
ilə həmişə
diqqət mərkəzində
olan nadir ədəbiyyatşünaslarımızdandır.
Düşünürəm ki, belə bir dəyərli elm adamının, zəngin mənəviyyata, yüksək
insani keyfiyyətlərə
malik alimin həyatının müəyyən
anlarının şahidi
olmağın özü
də sevindirici və qürurvericidir.
1973-cü ilin payızı,
səhv eləmirəmsə,
sentyabr ayının axırları idi. Naxçıvan Dövlət Universitetinin dil-ədəbiyyat şöbəsinə
təzəcə qəbul
olunmuşdum. Bir gün
auditoriyaya daxil olan müəllimimiz - mərhum İbrahim Salayev 3-5 dəqiqəlik ünsiyyətdən sonra belə bir söhbət
başladı. Hiss olunurdu
ki, indi danışacağı hadisə
onu əməlli-başlı
heyrətləndirmişdi. "Bu səhər İsadan məktub almışam"
deyib söhbətə
giriş verdi
(həmin vaxtlar universitetin gənc aspirantı İsa Həbibbəyli ordu sıralarında xidmətdə
idi): "Zərfi açdım, zərfin içindən mənim bir müddət əvvəl İsaya yazdığım məktub
çıxdı. Məəttəl qaldım. Axı, bu necə ola bilərdi? Sonra başladım öz məktubumu oxumağa.
Nə görsəm yaxşıdır?
Gördüm ki, İsa mənim ona yazdığım məktubun
orfoqrafik səhvlərini
qırmızı qələmlə
bir-bir düzəldib,
təkrar mənə göndərib. Xeyli müddət
heyrət içində
qaldım".
Bütün auditoriya içini çəkib İbrahim müəllimə diqqət
kəsilmişdi. Doğrudan da, qeyri-adi bir hal idi.
Mənim gənc aspirant İsa Həbibbəyli ilə ilk
qiyabi tanışlığım
belə yarandı. Bu kiçik detal hətta adi bir yazışmada da, dilimizə, dilimizin daşıdığı
qayda-qanunlara belə həssalıqla yanaşan
bir gəncə qarşı rəğbət
yaratmaqla yanaşı,
onun timsalında gələcəkdə ciddi
bir elm adamının yetişəcəyinə böyük
inamın əsasını
qoymuş oldu.
Akademik İsa Həbibbəyli bu gün yüksək titullara sahib çox qiymətli ədəbiyyatşünas
alimdir, bir çoxları onu məhz belə tanıyır. Amma İsa müəllimin hansı yüksək mənəvi xüsusiyyətlərə,
nadir insani keyfiyyətlərə
malik bir şəxsiyyət olduğundan,
yəqin ki, çox adam
xəbərsizdir. Amma ötəri
bir ünsiyyət də kifayətdir ki, onun nə
qədər sadə, səmimi, qayğıkeş
və canayaxın bir insan olduğunu
görəsən.
Yenə söhbətin əvvəlinə
qayıdıram. Gənc aspirant İsa Həbibbəyli
hərbi xidmətini başa vurub universitetə geri döndü və bizim kursda seminarlar
aparmağa başladı.
Zəngin savadı, yüksək
səviyyəli elmi təhlil qabiliyyəti gənc aspirantı qısa müddətdə
auditoriyaya sevdirdi.
Xeyli vaxt idi, universitetdə "Dan
ulduzu" ədəbi
dərnəyi fəaliyyət
göstərirdi. Dərnək öz ətrafında
bir çox tələbəni - gənc
şair və yazıçını toplaya
bilmişdi. Dərnəkdə bəyənilən bədii
nümunələrdən seçmələr
yerli qəzetdə dərc olunur, televiziyada səsləndirilirdi.
Həmin
dərnəyə xeyli
müddət İsa müəllim rəhbərlik
etdi.
Dərnəyin məşğələlərində İsa müəllim oxunan bədii yazılara diqqətlə qulaq asır, əvvəl iştirakçıların
fikirlərini dinləyər,
sonda isə özü yekun söz söyləyərdi,
obyektiv, qərəzsiz
şəkildə tənqidi
fikirlərini bildirirdi. Biz İsa müəllim özünün də şeirlər yazdığını
bilirdik, amma o, təvazökarlıq edib özü dərnəkdə
heç vaxt şeir oxumurdu. O illər Naxçıvan yazıçılarının əsərlərinin toplandığı
ədəbi almanaxlarda
İsa müəllimin
də imzası özünə layiqli yer tutardı. Bu günlərdə "Azərbaycan"
jurnalının doqquzuncu-sentyabr
nömrəsi ilə tanış olarkən elə ilk səhifədə İsa müəllimin şeirləri
ilə qarşılaşdım.
Şeirlərdən əvvəl yazdığı
məqalədə şeir
yaradıcılığı ilə bağlı bəzi fikirləri də yer almışdı.
İsa müəllimin o məqaləsindən
belə bir fikir ortaya çıxırdı
ki, bütün bu illər ərzində
vaxtının əsas
hissəsini elmi yaradıcılığa həsr
eləsə də, poeziyaya da biganə
qalmayıb, yeri gəldikcə bədii yaradıcılıqla da məşğul olub.
Bu isə, şübhəsiz,
İsa müəllimin
içində poeziyaya
olan tükənməz
sevgidən irəli gəlir. Yəqin elə o səbəbdəndir
ki, digər ədəbiyyatşünas alimlərdən
fərqli olaraq İsa müəllimin elmi yaradıcılığında
həmişə poetik
çalar özünü
göstərib və təbii ki, bu detal onun
yaradıcılığına həmişə xüsusi
rəng qatıb.
Bu gün Azərbaycanda
öz imzası ilə tanınan bir çox şair və yazıçı həmin
dərnəkdə məhz
İsa müəllimin
tövsiyə və məsləhətləri ilə
püxtələşərək, ədəbi təcrübə
qazanıblar.
Yaxşı xatırlayıram, 90-cı illərin
ortaları idi. Naxçıvan Yazıçılar Birliyində
şairlərdən Əhməd
Mahmud və Kəmalə
Ağayevanın yubiley
tədbiri keçirilirdi.
İsa müəllimlə yanaşı
oturmuşduq. O, çıxışlara
diqqətlə qulaq asır, dinləyə-dinləyə
arabir kiçik kağız parçasına
nəsə qeydlər
edirdi. Bir-iki çıxışdan sonra söz İsa müəllimə verildi. İsa müəllim çıxış
etdikcə arabir əlindəki o kağız
parçasına nəzər
salırdı.
Diqqətlə baxanda gördüm ki, danışacağı
ayrı-ayrı məsələlər
xırda cümlələrlə
bir-bir o kiçik kağız parçasında
qeydlər şəklində
sıralanıb. İsa müəllim toxunduğu
məsələlər barədə
ardıcıl və olduqca məntiqli danışırdı. Bəli, o illərdən
sonra çox sular axıb, amma o suların axışı heç vaxt yadımdan çıxmır.
Akademik İsa Həbibbəylinin
1974-cü ildən başlayan,
"XX əsrin əvvəlləri
Azərbaycan romantik lirikası" mövzusunda
namizədlik, "Cəlil
Məmmədquluzadə: mühiti
və müasirləri"
mövzusunda doktorluq dissertasiyaları ilə davam edən elmi fəaliyyəti zaman-zaman daha da genişlənərək
zəngin ənənələrə
malik Azərbaycan ədəbiyyatşünaslığının
bir çox gizlinlərinə işıq
salıb, görkəmli
alim yeni-yeni elmi fikirləri ilə bu sahəni
daha da inkişaf
etdirib. Toxunduğu hər bir məsələyə elmi
yanaşmada özünəməxsusluğu
ilə seçilən
akademik İsa Həbibbəyli həm də novatorluğu ilə fərqlənib.
Bu günə qədər böyük zəhmət, gərgin elmi axtarışlar nəticəsində ərsəyə gətirilmiş, müxtəlif mövzulara həsr edilmiş 1400-dən çox məqalənin, xaricdə çap olunmuş 212 elmi əsərin, 90-dan çox kitabın müəllifi olan akademik İsa Həbibbəyli irili-xırdalı bütün əsərlərində tədqiq etdiyi məsələlərə bir qayda olaraq müasirlik prizmasından yanaşmaqla Azərbaycan ədəbiyyatşünaslığına misilsiz töhfələr verib. Onun Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Məhəmməd Ağa Şahtaxtı, Səməd Vurğun və digər böyük simalara həsr edilmiş irihəcmi əsərləri ədəbiyyat tariximiz üçün böyük və əvəzolunmaz elmi nümunələrdir.
Elmi fəaliyyətinin Naxçıvan dövrü akademik İsa Həbibbəyli yaradıcılığında xüsusi önəm daşıyır. Ədəbiyyatşünas alim bu qədim diyarın elmi və mədəni mühiti haqqında ciddi araşdırmalar apararaq, Naxçıvan ədəbi mühitinin yaranma tarixi, onun inkişaf mərhələləri ilə bağlı "Nuhçıxandan-Naxçıvana" adlı sanballı elmi əsər ortaya qoyub.
Bu günəcən 29 elmlər namizədi, 4 elmlər doktoru yetişdirən, yeni nəsilə xüsusi diqqət və qayğı göstərməsi ilə seçilən akademik İsa Həbibbəylini həm də gəncliyin böyük dostu adlandırmaq olar. Həmişə hər kəsə açıq olan qapısı kimi İsa müəllimin ürəyi də hər kəsə açıqdır. Hər kəs bu qapıdan keçib öz qayğılarını ona çəkinmədən anlada bilər.
Bütün bunları nəzərə aldıqda bizə, yalnız, belə bir insana ürəkdən alqış etmək düşür: Allah üstünüzdə yar olsun, xeyirxah və qayğıkeş insan - hörmətli İsa müəllim!..
Məmməd TAHİR
525-ci qəzet.- 2022.- 15 oktyabr.- S.11.