Nailə Musayeva:
"Azərbaycanda yaxşı təhsil verən kifayət qədər
ali məktəb və müəllim var"
İqtisadiyyat hər bir dövlət
üçün mühüm
rol oynayır. İqtisadiyyatın araşdırılması və
inkişaf etdirilməsi
olduqca çətin işdir. Bunun üçün savadlı və təcrübəli kadrların
olması vacibdir.
Müsahibimiz professor, bir
çox yerli və xarici ali məktəblərdə
dərs demiş iqtisadçı Nailə Musayeva da belə
kadrlardan biridir.
1976-cı
ildə Bakıda dünyaya gələn Nailə Musayeva Azərbaycan Dövlət Neft Akademiyasında ali təhsil aldıqdan sonra ADNA ilə yanaşı Corciya Dövlət Universitetinin (ABŞ, Atalanta)
"Master of Business Adminstration" proqramı üzrə magistr dərəcəsinə
layiq görülüb.
2010-cu ildə regional turizmlə bağlı Avropanın bir sıra ölkələrində
araşdırmalar aparıb,
həmçinin, Dauqavpils
Universitetində (Latviya)
regional iqtisadiyyat üzrə
fəlsəfə doktoru
adını alıb.
2003-2007-ci
illərdə bir sıra tanınmış
yerli və əcnəbi şirkətlərdə
çalışan N.Musayeva
2008-ci ildə Azərbaycan
Turizm İnstitutunda akademik fəaliyyətə
başlayıb, 1 il sonra bu ali
təhsil müəssisəsi
ilə paralel Azərbaycan Prezidenti Yanında İdarəçilik
Akademiyası, Bakı
Dövlət Universiteti,
Azərbaycan Dövlət
Bədən Tərbiyəsi
və İdman Akademiyası və s. yerli ali təhsil
ocaqlarında mühazirələr
deyib, seminarlar keçib. Bu siyahıya Finlandiyanın Kajaani
İMC Universitetini, Litvanın
Beynəlxalq Qanun və Biznes Ali Məktəbi və Utena Tətbiqi Elmlər Universitetini, Latviyanın Rezekne Texnologiyalar Akademiyası və Dauqavpils Universitetini, Avstriyanın Krems Tətbiqi Elmlər Universitetini və digərlərini də əlavə etmək olar. Adıçəkilən sonuncu
ali məktəbin
fəxri professoru adına layiq görülən N.Musayeva
hazırda Bakı Biznes Universiteti, Azərbaycan Turizm və Menecment Universitetində dərs deyir, Azərbaycan Avrasiya Turizm Proqramında çalışır.
Bildiklərini tələbələrə Azərbaycan, ingilis və rus dillərində
tədris etməyi bacaran Nailə xanım öz peşəsinin sirlərini
bizimlə bölüşdü.
O, söhbətə ölkə
xaricində fəaliyyəti
və karyerası ilə bağlı başladı.
- Ölkəmizdə xaricdə
təhsil almağa daha çox önəm verilir. Təlimlər və dərslərlə
bir qədər məşğul olduqdan sonra iqtisad üzrə
biliklərimi daha da təkmilləşdirməli
və inkişaf etdirməli olduğumu düşündüm. İlk olaraq
İqtisad Universitetində
doktoranturaya qəbul olmaq istədim, çünki Azərbaycanda
o zamanlar turizmlə bağlı iqtisadiyyatın
bir bölməsi yox idi. Qəbul olsam da, müəyyən
sənəd problemlərinə
görə doktorantura
təhsili istəyim alınmadı. 1 il sonra isə "Erasmus +" proqramına
müraciət etdim və araşdırmaçı
kimi həm Yunanıstana, həm də Latviyaya seçildim. Atam Baltikyanı ölkələr,
Vladivostok, Sankt-Peterburqda yaşadığına,
işlədiyinə və
təcrübə keçdiyinə
görə onunla məsləhətləşdim, nəticədə qərarımız Latviyadan yana oldu. 1 il orada araşdırma apardım və daha sonra
Dauqavpils Universitetinin doktoranturasına qəbul oldum. Bu ölkədə iqtisad üzrə regionun inkişafı üçün 7 il araşdırmalar apardım. Daha sonralar isə İtaliya, İngiltərə,
Fransa, İspaniya,
ABŞ, Polşa, Estoniya,
Litva, Skandinaviya ölkələri, Hindistan,
Misir və s. kimi ölkələrdə
həm təlimlər
keçmiş, həmdə
universitetilərdə müəllim
kimi dərs demişəm.
- Təhsil almaq üçün xarici ölkə vacibdirmi?
- Hal-hazırda yox. Müxtəlif ölkələrdə təhsil almış, yerli mədəniyyətə
bələd olan dərin bilgili mütəxəssislərimiz çoxdur.
Hətta
Sovet dövründə
belə ölkəmizdə
belələri yetərincə
idi. Savadlı və təhsilli olmaq üçün xaricə getmək lazım deyil, Azərbaycanda yaxşı
təhsil verən kifayət qədər ali məktəblər
və müəllimlər
var.
- Apardığınız ən
çətin araşdırma
və maraqlı məqam nə olub?
- Ən çətini
turizm regionları ilə bağlı olan araşdırmalarımdı. Çünki
bu iş əlavə diqqət və səy tələb edirdi. Ən maraqlı məqam isə İspaniyada gerçəkləşib. Bütün millətlərə hörmət
edirəm, lakin Madriddə xoşagəlməz
hadisə ilə üzləşdim. Hər nə
qədər Avropanın
qabaqcıl ölkələrindən
olsa da, turizm cəhətdən inkişaf etmədiklərinin
fərqinə vardım.
Madrid hava limanı
ərazisində çantamı
oğurladılar. Gündəliyim,
biletim, kompüterim, 5
illik araşdırmam və texnologiya cihazlarımın hamısı
aeroport işçilərinin
diqqətsizliyi və məsuliyyətsizliyi üzündən
oğurlandı. Məhz bu
məqam mənim ən unudulmaz və ən çətin hadisə kimi yadımda qalıb.
- Bəs, Azərbaycana dönməyinizin səbəbi
nə idi?
- Ailəmə və vətənimə çox
bağlı biriyəm.
Məhz bu xüsusiyyətim Azərbaycana qayıtmağımda
böyük rol oynadı. Almaniya, Latviya kimi ölkələrdən
iş təklifi alsam da, Azərbaycanı
seçdim. Düşündüm
ki, hamımız Azərbaycanı tərk etsək, millətimə, övladlarımıza kim savad verəcək, Azərbaycan nə vaxta qədər
"donor" mütəxəssislərini
başqa ölkələrə göndərəcək?
Yəni,
öyrəndiklərimizi və
təcrübələrimizi qayıdıb öz millətimizlə bölüşməliyik.
Azərbaycan və Bakı
mənim üçün
əvəzolunmazdır. Amma qeyd edim ki,
Latviyanı ikinci vətənim sayıram.
Elmi araşdırma və iş karyeramı orada başladığımdan Riqa,
Dauqavpils şəhərləri mənə
çox əzizdir. Buraya Polşa, Avstriya və İtaliyanı da əlavə edərdim ki, orada mənə
xüsusi dəyər
verilib.
- İdman menecmenti
ölkəmizdə hansı
səviyyədədir?
- Ana bətnindəki uşaq kimidir, yəni, başlanğıc səviyyəsindədir.
Digər ölkələrlə
müqayisədə çox əskikliyimiz
var. Lakin bu problemin aradan qaldırılması üçün
müvafiq qurumlar tərəfindən müəyyən
tədbirlər həyata
keçirilir. Məsələn, Azərbaycan Dövlət Bədən Tərbiyəsi
və İdman Akademiyasının buraxdığı
indiki kadrlar gələcəkdə Azərbaycanın
idman menecmentinin və jurnalistikasının
əsasını qoyacaq.
- İdmanla əlaqəli
insanlarla işləmək
asandır, yoxsa əksinə?
- Hər bir insan idmanla məşğul olmalıdır. Özünü fiziki idarə etməyi bacaran, məşq edən və fiziki aktivliyini qoruyan kəs daxilində də, karyerasında da rejimə tabe olacaq və zamanını düzgün qura biləcək. Onu da qeyd edim ki, idmançıların arasında savadlı insanlar az deyil. Cəmiyyətimizdə belə bir mənfi düşüncə formalaşıb ki, idmançıların əksəriyyəti bilikdən uzaqdır. Bununla razı deyiləm. Çünki idmanda söz deyə bilən, fiziki və zehni idarəetməsini düzgün quran insan başqa sahələrdə də özünü inkişaf etdirə bilər. Bir sözlə, mənim üçün idmançılarla işləmək daha asandır.
- Bəs, hansı dildə dərs demək sizə daha rahatdır?
- İlk olaraq qeyd edim ki, ingilis, rus, və Azərbaycan dillərini bilir və təhsil verirəm. Rahatlığına və rus bölməsində oxuduğuma görə bu dildə dərs demək mənim üçün asandır. Həmçinin, ingilis dilində təhsil və praktika aldığıma görə də ingilis dilində fikrimi rahat izah edirəm. Lakin Azərbaycan dilində dərs demək mənə xüsusi zövq verir.
- Tələbərinizə ən çox hansı məsləhətləri verirsiniz?
- Həyatda hər işə zövqlə, ürəklə yanaşmaq və nə isə etdikdə özünü qarşındakı insanın yerinə qoymaq lazımdır. Belə olduqda insanın həyat motivasiyası artır və görülən iş daha keyfiyyətli olur. Çətinliklər hər zaman var və olacaq. Bu, bizi ruhdan salmamalıdır. Əksinə, gördüyümüz işə daha çox diqqət yetirməli və sona qədər davam etməliyik.
Məhəmməd
Tağıyev
525-ci qəzet.- 2022.- 18 oktyabr.-
S.13.