Müharibənin sərhədləri
genişlənəcək
Rusiyanın Ukraynaya qarşı müharibəsinin sərhədlərinin
genişlənəcəyi ilə
bağlı narahatlıqlar
artmaqdadır. Rusiyanın Belarus ərazisində birgə hərbi birləşmə yaratması
Minskin də müharibəyə qoşulacağı
təhlükəsini artırır. Məlum olduğu kimi
Rusiya ilə Belarus ittifaq dövlətində
birləşiblər. İndi isə İttifaq dövlətinin qərb sərhədlərində birgə
qoşun qruplaşması
yaradılmasının zərurətə
çevrildiyi qeyd olunur. Bununla bağlı ilk məlumat
oktyabrın 10-da yayıldı.
Rəsmi
Minsk birgə qoşun
qruplaşması yaradılmasının
zəruriliyini regionda vəziyyətin gərginləşməsi
və Ukraynadan hücum təhlükəsinin
meydana çıxması
ilə izah edir. Bundan əvvəl isə
rəsmi Minsk Polşadan
hücum təhlükəsindən
danışırdı.
Belarus ərazisindəki birgə hərbi birləşmənin yaradılması
tam sürətlə aparılır. Regional qoşunlar qrupunun aviasiya komponenti Rusiyadan Belarusa gəlməyə başlayıb.
Belarus Müdafiə Nazirliyinin mətbuat xidmətinin oktyabrın
15-də regional qrupa daxil
olan Rusiya hərbçiləri ilə
ilk eşalonun Belarusa gəldiyi ilə bağlı məlumat yayıb. Belarus eyni zamanda Rusiyadan
170-ə yaxın tank və
200-ə qədər döyüş
maşınının gəlməsini
gözləyir. Bundan başqa
Rusiya Belarusa 100 millimetrlik çaplı
100-ə qədər minaatan
da göndərəcək.
Birgə
hərbi birləşmənin
şəxsi heyətinin
ümumi sayı doqquz min nəfər olacaq. Bu çox
böyük hərbi birləşmə olmasa da, Belarusdan Ukraynaya hərbi müdaxilə üçün
yetərli hesab olunur. Rəsmi Minsk Rusiyanın hərbi
əməliyyatlarına Belarusun
hər cür dəstək verdiyini bəyan etməkdən çəkinmir. Bütün bunlar
Belarusun Ukraynaya qarşı müharibəyə
qoşulmaq ehtimalını
kəskin artırır.
Ukrayna rəsmiləri də
Belarus istiqamətindən təhlükənin
artdığını bildirlər.
Belə görünür ki, müharibənin sərhədləri
bir neçə həftədən sonra genişlənə bilər.
Bu ehtimalı artıran məqamlardan biri də Belarusda
gizli səfərbərliyin
başlaması və
rəsmi Minskin ölkə ərazisində
gücləndirilmiş terror təhlükəsi rejimi tətbiq etməsidir.
Ekspertlər hesab edirlər
ki, bütün bunlar Belarusun Ukraynaya qarşı müharibəyə qoşulmaq
ərəfəsində olduğunu
göstərir. Hətta bəzi
ekspertlər Belarus rəhbərliyinin
bununla bağlı gizli qərarının olduğunu da iddia edirlər. Bütün təhlillər də Belarusun Ukraynaya qarşı müharibəyə
başlamaq ərəfəsində
olduğunu göstərir.
Ukraynaya qarşı müharibəni
davam etdirmək üçün hərbi səfərbərlik həyata
keçirən Rusiyanın
Belarusla birgə hərbi birləşmə
yaratmasının başqa
heç bir səbəbi yoxdur. Digər tərəfdən Belarus ərazisində
böyük hərbi birləşməni fəaliyyətsiz
saxlamaq heç bir məntiqə sığmır. Ekspertlər hesab
edirlər ki, Ukrayna Belarus sərhədində
"baş verəcək"
təxribat birgə hərbi birləşmənin
hərəkətə gəlməsinə
və müharibəyə
qoşulmasına səbəb
olacaq.
Moskva və Minskin birgə hərbi birləşmə
yaratmasına cavab olaraq Ukrayna Belarusla sərhədində
qoşun birliklərini
gücləndirməyə başlayıb. Ukraynanın müttəfiqləri
isə Belarusa qarşı sanksiyaların
sərtləşdirilməsini təklif edirlər. İrlandiya, Latviya, Litva, Polşa və Estoniya Avropa Komissiyasına Rusiyaya qarşı tətbiq olunacaq doqquzuncu sanksiyalar paketi ilə bağlı təkliflər göndəriblər.
Beş Avropa dövlətinin təklifində Rusiyaya qarşı məhdudiyyətlərin
Belarusa qarşı da tətbiq edilməsi təklif edilir. Rusiya və Belarusa
qarşı tətbiq
edilən sanksiyaların
sinxronlaşdırılması əslində bu təklifdən öncə
müzakirə olunmağa
başlayıb. Brüssel bu
müzakirələri aparmaqla
Belarusu Ukraynaya qarşı müharibədən
çəkindirə biləcəyinə
ümid edir. Belarusun hərbi əməliyyatlara
başlayacağı halda
sanksiyalar sinxronlaşdırılacaq.
Bu isə Belarus iqtisadiyyatına mümkün
qədər güclü
zərbə vuracaq.
Belə bir vəziyyətdə
Minsk Moskvaya yardımını
dayandırmaq məcburiyyəti
qarşısında qalacaq.
Digər
tərəfdən sanksiyaların
sinxronlaşdırılması Rusiyanın Belarus vasitəsi
ilə sanksiyalardan yan keçmə cəhdlərinin qarşısını
da alınacaq.
İrlandiya, Latviya, Litva, Polşa və Estoniya Rusiyanın bütün bankları ilə yanaşı Belarus banklarının da SWIFT qlobal maliyyə hesablaşma sistemindən çıxarılmasını təklif edirlər. Rusiyaya görə Belarusa qarşı sanksiyalar bundan əvvəl də tətbiq edilib. Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından bir neçə gün sonra martın 2-də Avropa İttifaqı Belarusa qarşı məhdudlaşdırıcı tədbirləri elan etmişdi. Səbəb olaraq Minskin Rusiyanın Ukraynaya hərbi təcavüzü dəstəkləməsi göstərişdi. Avropa İttifaqı hesab edirdi ki, Rusiyaya Ukraynaya qarşı müharibədə Belarus ərazisindən fəal istifadə edərək, ballistik raketlərin atılması, ağır silahları daşıyır. Eyni zamanda Rusiya hərbi təyyarələrinin Belarus hava məkanından istifadə etməsi də Avropa İttifaqını sanksiyaya əl atmağa vadar edən səbəblərdən idi. Snksiya çərçivəsində Avropa İttifaqı Belarusla bir çox sənaye malları və yarımfabrikatlar üzrə ticarəti qadağan etmişdi.
Avropa İttifaqı ilə yanaşı ABŞ da Ukraynaya qarşı müharibədə Rusiyaya yardım etdiyinə görə Belarusa qarşı sanksiyaları artırmaq niyyətindədir. Yeni məhdudiyyətlər həm Belarusun dövlət qurumlarına, həm də onun elitasına qarşı yönələcək. ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays mətbuata açıqlamasında deyib ki, prezidenti Aleksandr Lukaşenkonun siyasəti sayəsində Belarus Rusiya qarşısında öz suverenliyini böyük ölçüdə itirib. "Buna görə də Rusiya prezidenti Vladimir Putin hərbi meydança Belarus ərazisindən istifadə edir". Vaşinqtonda hesab edirlər ki, Lukaşenko rejimi Ukraynaya qarşı təcavüzdə Moskvanı dəstəklədiyi müddətdə ABŞ yalnız Rusiyaya deyil, Belarusa qarşı da yeni sanksiyalar tətbiq etməkdə davam edəcək.
Avropa və ABŞ-da hesab edirlər ki, sanksiyaların köməyi ilə Belarusu Ukraynaya qarşı müharibədən çəkindirmək mümkün olacaq. Siyasi təhlilçilər və hərbi ekspertlər isə Belarusun Ukraynaya qarşı müharibəyə qoşulma ehtimalının çox yüksək olmasında təkid edirlər. Rusiya ordusuna qarşı bir sıra hərbi uğurlar qazanan Ukrayna isə Belarusun müharibəyə başlaya biləcəyindən narahat deyil. Ukrayna rəsmiləri bildirir ki, Belarus istiqamətdən hərbi müdaxilə olsa bu Minskin müharibəyə qoşulması anlamına gələcək. Belə vəziyyətdə isə Ukrayna Belarus ərzasindəki bütün hərbi obyektlərə zərbə endirmək hüququ qazanacaq.
Bütün bu açıqlamalar və atılan
addımlar müharibənin sərhədlərinin genişlənəcəyindən
və münaqişənin daha çox ərazilərə
yayılacağından xəbər verir.
Xaqani
CƏFƏRLİ
525-ci qəzet.- 2022.- 19 oktyabr.- S.10.