Qəzəllər
Zülfi-kəcəbru düşübdür mahi-taban üstünə,
Ya ki kafir tiğ çəkmiş əhli-iman üstünə.
Könlümü yıxmış sərasər ləşkəri-möhnət hənuz,
Gündə yüz kəz üz qoyar bir böylə viran üstünə.
Cismi-zarım əşk seylabında sərgərdan gəzər,
Çün xəsü xaşak düşmüş bəhri-ümman üstünə.
Aşiqi bülbül kimi əfqana mötad eylədin,
Üzdə xalın zağ tək düşmüş gülüstan üstünə.
Vədəyi-vəsl eyləmiş dilbər, peşiman olmaya,
Müstəhəqqəm, nola İsa gəlsə, peyman üstünə.
Hər tərəfdən zülm qıldın, ey fələk, yetər bəla,
Bunca yağdırdın bu Katibtək pərişan üstünə.
lll
Mahdır bu, ya mələk, ya huri-zibadır, nədir?
Pərtövi-hüsni günəştək aləmaradır, nədir?
Zülfdür, ya aşiqi-divanəyə zəncirdir,
Şövqdür bu, ya mənim başımda sevdadır, nədir?
Nöqteyi-mövhumdur, ya çeşmeyi-abi-həyat,
Ya dəhəndir mimvəş, ya sirri-ixfadır, nədir?
Qəmzədir, ya fitnədir, ya can alan
cəlladır,
Ya ki üşşaq əhlinin
qətlinə imadır,
nədir?
Bu necə göz yaşıdır, qərq
eyləyibdir aləmi,
Gül üzündən
ayrı cuş etmiş bu dəryadır,
nədir?
Dindirib lütfiylə eşq əhlini ehya eyləmiş,
Bu, nə xoş
məhbubdur, sani Məsihadır, nədir?
Şövqi-zülfin, ey pəri, aləmdə rüsva eylədi
Katibi hər kim
görər, der kim, bu şeydadır,
nədir?
Qoşma
Sevdiyim,
sən məndən üz döndərmisən,
Nə demişəm
qəlbin mükəddər
olsun.
Şöleyi-ahımdan könül sarayın
Oda yansın,
mənə bərabər
olsun.
Gecə-gündüz sənsən fikrim, xəyalım,
Nə olur bəzmində, səndən
kam alım.
İnsafın yox, mürvətin
yox, a zalım,
Səbr eləmək məndə nə qədər olsun?
Aşiq
deyil camalına uymayan,
Nədən doyar didarından doymayan?
Sevdiyim qapına məni qoymayan
Görüm mənim kimi dərbədər olsun.
Qurban olum dilinə, dodağına,
Baş əgərəm
qaşlarının tağına.
Hansı
gecə baxsam tər buxağına,
İstəmərəm o gecə səhər olsun.
Katibəm, uymuşam bir bivəfaya,
Ömrümü vermişəm badi-fənaya.
Görən, bu dünyada mən binəvaya
Kim qarqadı yarın sitəmkər
olsun.
Mirzə
Məhəmməd Katib
525-ci qəzet.- 2022.- 20 oktyabr.- S.15.