Qəzəllər
Çəkmə, ey dil, bu qədər möhnəti-əyyam əbəs,
Olmuş aləmdə yolun təng əbəs, nam əbəs.
Olur asudə bu əyyamda
gümnam olan,
Sahibi-nam olan kəs olur
bədnam əbəs.
Əvəz yad edüb sağəri-çeşmim pürxun,
Vermədi saqiyi-dövran bana bir cam əbəs.
Əvəzi-şiri-qəza xuni-cigərdən
daim,
Almış ağuşə, verir madəri-əyyam əbəs.
Görmədim milləti-islamda bir
kəs salim,
Verməsün xəlqi özünə nisbəti-islam əbəs.
Dami-təzvir edib xirqəvü
əmmamə, rida,
Bəsdür, ey şeyx, dəxi
qurmaginən dam əbəs.
Mərifət kəsb eylə,
ilət odi məxluqə, Məmai,
Gəlməyib həzrəti-insanə bu əhkam əbəs.
lll
Hər dəm düşəndə
səfhəyi-rüxsarə tellərin,
Yandırdı, ey sənəm, bəni o dəmdə tellərin.
Tel-tel açanda həlqeyi-zülfi-muənbəri,
Səd parə
qıldı könlümü
sədparə tellərin.
Ömrüm yetişdi başa,
əlim zülfə yetmədi,
Axırda bağladı bəni bir tare tellərin.
Ney, tar, zülf rişteyi-canımdurur
mənim,
Qılmış cəbinin üzrə onu parə tellərin.
Bir dəm kənar olmadı ol məhcəmaldən,
Olmuş hicab arizi-gülnarə tellərin.
Salmış kəməndə tir-kaman
ilə, oxlayır,
Şəhla gözün, hilal qaşın, qarə tellərin.
Etmiş
əsirə silsiləyi-zülfi-pürxəmə,
Məcnunsifət çəkib məni bazarə tellərin.
Cana, Məmai dərdinə dərman bulunmadı,
Ey kaş,
edəydi dərdinə
bir çarə tellərin.
Qoşma
Əmrin
qapısına dadə
gəlmişəm,
Əzəl məni ol Xudayə bağışla!
Hər günah ki desən,
günahkarıyam,
Kərbəlayi-müəllayə bağışla!
Biçarə, binəva günahkar
canım,
Əgər ki, öldürsən halaldır qanım.
Gəlmişəm qapına, eylə
divanım,
Məhəmmədi-Mustafayə bağışla!
Bən gəlmişəm ocağına
bəndivan,
Bənim
sağlığıma heç
yoxdur güman,
Saxla dul külfətim, əhlü-əyalım,
Çəkdiyin əmmi Rəsayə
bağışla!
Gecə-gündüz sənsən fikrü xəyalım,
Sənə qurban mənim bu yazıq canım.
Dolandım başına, eylə
qurbanım,
İsmayıla və Minayə
bağışla!
Allah, görən ağa
gəldimi rayə?
Rəhm eylərmi məni-binəvayə?
Canım
qurban olsun təkcə şəhlayə,
O Musayə, o İsayə bağışla!
Əzəldən var idi mehrü məhəbbət,
Hamısını eyləmişəm bihörmət,
İlləti bu işdən eylə azad,
Yenə xaki-Kərbəlayə
bağışla!
Məmo bəy Məmai
525-ci qəzet.- 2022.- 20 oktyabr.-
S.15.