Məktəblərdə davranış
qaydalarına dair nümunələr nə
vəd edir?
MÜTƏXƏSSİSLƏR
VALİDEYN-MƏKTƏB MÜNASİBƏTLƏRİNİN
TƏNZİMLƏNMƏSİ VƏ ŞAGİRDLƏRİN
NÜMUNƏVİ MƏKTƏBDAXİLİ NİZAM-İNTİZAM
QAYDALARINA NİKBİN YANAŞIRLAR
Valideynlər - qanuni nümayəndələr,
məktəb heyəti
və şagirdlər
tərəfindən yolverilməz
və hüquqi məsuliyyət yarada bilən davranış nümunələri hazırlanıb. Məktəb
heyəti və şagirdlər tərəfindən
alçaldıcı, təhqiredici
va hədələyici
ünsiyyətə yol
vermək, məktəb
fəaliyyətinə və
tədris prosesinə
mane olan davranış
nümayiş etdirmək,
bədən xəsarəti
yetirmək və ya xəsarət yetirməklə hədələmək,
əmlaka ziyan vurmaq və ya ziyan vurmaqla
hədələmək, radikal
dini va siyasi
baxışları təbliğ
etmək yolverilməz
və hüquqi məsuliyyət yarada bilən davranışlardır.
Həmçinin, ictimai
şəkildə alçaldıcı
və təhqiredici şərhlər etmək,
məktəb ərazisində
və ya onun yaxınlığında
içki içmək,
siqaret çəkmək,
kobud va
ya təhqiramiz ifadələrdən istifadə
etmək və ya digər antisosial
davranışlara yol vermək, akademik nəticələri saxtalaşdırmaq,
həmçinin, şagirdə
xüsusi münasibət
göstərilməsi üçün
pul, hədiyyə və xidmət təklif etmək, yaxud bu təklifi
qəbul etmək də yolverilməz davranış nümunələridir.
Elm və Təhsil
Nazirliyinin Ümumi və məktəbəqədər
təhsilin təşkili
və idarə olunması şöbəsinin
müdiri Elnur Əliyev deyir ki, məktəblərdə
nizam-intizam qaydalarını
pozan şagirdlərə
qarşı tətbiq
ediləcək inzibati
tədbirlər müəyyənləşib. Həmin vaxt
şagirdlərin davranış
səviyyələri nəzərə
alınacaq. Davranış
səviyyələrinə görə
tətbiq ediləcək
inzibati tədbirlər
müəllim baxışı,
qeyri-verbal münasibət,
şagirdlərlə sakit
söhbət, xəbərdarlıq,
uzaqlaşdırma, valideyn
ilə əlaqə saxlamaq, dərsdən sonra şagirdin məktəbdə saxlanması,
psixoloqa yönləndirmə,
sarı xəbərdarlıq
məktubu, narıncı
xəbərdarlıq və
qırmızı xəbərdarlıqdır:
"Qeyd edim ki, şagird davranış qaydaları
ümumtəhsil məktəbləri
üçün çərçivə
xarakteri daşıyır.
Bu qaydalar əsasında
məktəblər özləri
də daxili qaydaları tərtib edə bilərlər.
Nizamnamədə onlara bu səlahiyyət verilib.
Məqsəd şagirdlərin bütün davranış
qaydalarını Nazirlikdən
idarə etmək deyil".
Onun sözlərinə görə, sarı, narıncı və qırmızı xəbərdarlıqlar 5-ci dərəcəli pozuntu sayılır. Şagird davamlı olaraq qırmızı məktub alırsa, bu halda hüquqi prosedur başlayır və yerli icra hakimiyyəti orqanı prosesə cəlb olunur: "Qayda pozuntuları yüngül, orta və ağır olmaqla müxtəlif hissələrə bölünür. 1-ci səviyyə - yüngül səviyyəli qayda pozuntuları. Üzrsüz səbəbdən dərsə gecikmək, ev tapşırığını yerinə yetirməmək, böyüklərə qarşı nəzakətsiz davranmaq və s. 2-ci səviyyə - orta səviyyəli qayda pozuntuları. Məsələn, yalan danışmaq, həqiqəti gizlətmək və ya təhrif etmək, təhlükəsizlik qaydalarını pozmaq, pəncərədən çölə əyilmək, sürahilərdə sürüşmək, başqalarına emosional-fiziki zərər vuran ehtiyatsız hərəkət və davranışa yol vermək və s. 3-5-ci səviyyə - ciddi və ağır qayda pozuntuları. Başqasının əşyasına və ya məktəb əmlakına zərər vurmaq, əks cinsin nümayəndəsinə qarşı qeyri-etik şəkildə davranmaq, zorakılıq etmək, dalaşmaq və ya zorakı şəkildə qisas almaq və s. Şagirdin dərsə gecikməsi yüngün xarakter daşıyır, lakin bu, davamlı hal alırsa, o zaman orta və ağır hissələrə keçə bilər. Təhlükəsizlik qaydalarının pozulması da davranış pozuntusudur. Şagird çoxlu sayda dərsə gecikirsə, artıq onun davranış pozuntusu növbəti dərəcəyə keçir. Yəni xəbərdarlıqlara baxmayaraq, yüngül davranış pozuntuları davam edərsə, bu, sonradan ağır formalı davranış pozuntusuna keçir. Yalan danışmaq qeyri-etik davranışdır, qaydalarda bunların qeyd edilməsi şagirdlərə bunun səhv olduğu anlayışını formalaşdırmaqdır. Ona görə davranış pozuntuları ayrı-ayrılıqda ifadə olunub ki, şagird bilsin ki, məsələn, ev tapşırığını etməmək davranış pozuntusudur. Məktəblərdə çalışan hər bir işçinin əsas hədəfi şagirdin sağlamlığı, təhlükəsizliyi və inkişafı olmalıdır. Yalnız bu halda məktəblərdə sağlam mədəniyyət, sağlam mühit yarada bilərik. Məktəbin direktorundan texniki işçiyə qədər hamı çalışmalıdır ki, şagirdlər üçün sağlam mühit yaradılsın. Direktorların vəzifələrindən biri də budur ki, məktəbdə çalışan şəxslər arasında vəzifə bölgüsü etsin. Şagird davranışının tənzimlənməsi ilə bağlı təhsilverənlərə öhdəliklər verilməlidir, burada direktor müavinləri, sinif rəhbərləri, müəllimlər cavabdehlik daşıyacaq".
Davamlı olaraq qırmızı məktubun verilməsi o deməkdir ki, artıq bu şagirdlə bu səviyyədə çalışmaq faydasızdır. Bu halda yerli icra hakimiyyəti orqanlarında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalara müraciət edilə bilər. Eyni zamanda, polis idarələrində yetkinlik yaşına çatmayanlarla bağlı işlərə cəlb olunan inspektorlar, müfəttişlər də prosesə cəlb oluna bilər.
Elnur Əliyev bildirib ki, davranış pozuntusu edən şagird psixoloqa yönləndiriləcək: "Nizam-İntizam Şurası davranışlarla bağlı qərarlar verəcək, valideynlər bu şuraya dəvət ediləcək. Sarı, narıncı və qırmızı xəbərdarlıqlarda 5-ci dərəcəli pozuntu edən şagird, burada ən ağır situasiya hesab edilir, onunla bağlı hüquqi prosedur başlanır. Bu halda yerli icra hakimiyyəti orqanı da prosesə cəlb olunacaq. Qadağaların tətbiqi valideynlərlə razılıq əsasında həyata keçiriləcək, o, razı qalmasa, digər qurumlara müraciət edə bilər. Nizam-İntizam Şurasının 5-7 üzvü olacaq, onlar müəllim, məktəb rəhbərliyi və valideynlərdən təşkil olunacaq Şura müxtəlif dərəcəli pozuntular zamanı toplanılacaq. Şagirdin polisə göndərilməsi zamanı mütləq şəkildə şura toplanmalıdır. Qaydalar çərçivə sənədi əsasında formalaşacaq".
Şöbə müdirinin dediyinə görə, valideyn-məktəb münasibətlərinin tənzimlənməsi və şagirdlərin nümunəvi məktəbdaxili nizam-intizam qaydaları haqda sənəd layihəsi hazırlanıb. Bu, nümunəvi qaydalardır və çərçivə xarakteri daşıyır.
Elnur Əliyev qeyd edib ki, davranış pozuntuları ilə bağlı şagirdə verilən kartlar və pozuntular onun yaşadığı evə göndəriləcək. Davranış qaydasının pozulması ilə bağlı şagirdə sarı, narıncı və qırmızı məktub verilir. Bu məktub həm şagirdin valideynlərinə göndərilir, həm də məktəbdəki şəxsi işinə əlavə edilir: "Şagird əks cinsə qarşı davranış pozuntuları etməməlidir. O, davranışlarına fikir verməlidir, əks halda onunla bağlı uzaqlaşdırma qərarı alınacaq. Şagirdlərin müsbət davranışları da qiymətləndiriləcək. Qeyd edim ki, şagird davranış qaydaları yalnız qadağalardan ibarət deyil. Müsbət davranış qaydalarına görə yaşıl kartlar da veriləcək. Bu kartlar da həm valideynlərə göndərilir, həm də şagirdin şəxsi işinə əlavə olunur. Müsbət davranışla bağlı davamlı yaşıl kartlar nəticəsində şagirdlərə təşəkkürnamə, təltifnamə və ya diplomlar verilə bilər".
Şöbə müdirinin sözlərinə əsasən, orta məktəblərdə şagirdlərin davranışları ilə bağlı həmişə problemlər olub. Azərbaycanda 70 minə yaxın sinif komplekti var, beləliklə, gündə 350 min dərs keçirilir. Ona görə də bəzi problemlərin olması qaçılmazdır: "Ötən ildən məktəblərdə keyfiyyət monitorinqinin aparılmasına başlanılıb. Tədrisin keyfiyyəti başlıca amil olub. 10 mindən artıq valideyn və şagird arasında anonim sorğu keçirilib. Təhlil nəticəsində müəyyən olunub ki, məktəblərdə şagirdlərin davranış qaydaları təkmilləşdirilməlidir. Qaydalar yeni şərtlər və reallıqlara uyğunlaşdırılmalıdır. Yeni tədris ilinə qədər məktəblərdə şagird davranışı qaydalarını tənzimləyən yeni nümunəvi qaydalar hazırlanacaq. Bu barədə ictimaiyyətə əlavə məlumatlar veriləcək. Yeni qaydalarla məktəblərdə davranış məsələlərini idarə etmək mümkün olacaq. Məktəb rəhbərliyi mövcud qanunvericilik çərçivəsində daha üst normativ aktlara uyğun olaraq qaydalar təşkil edə bilər. Çünki məktəb rəhbərliyinin daxildə nizam-intizamı idarə etmək birinci məsuliyyətidir. Nazirlik olaraq qaydaların tənzimlənməsi ilə bağlı qaydaları yeniləyirik".
Təhsil eksperti Kamran Əsədov deyir ki, valideynlər - qanuni nümayəndələr, məktəb heyəti və şagirdlər tərəfindən yolverilməz və hüquqi məsuliyyət yarada bilən davranış nümunələrinın hazırlanması müsbət haldır: "Davranış nümunələrinın hazırlanması şagirdlərin həyat və sağlamlığının təminatına, tədris prosesinin təhlükəsizliyinin təminatına, məktəbdə, hər bir şagirdin uğurlu təliminə köməklik edən, normal iş şəraitinin yaradılmasına, şəxsiyyətə və onun hüquqlarına hörmətin tərbiyə edilməsinə, davranış mədəniyyətin və ünsiyyət bacarıqlarının inkişafına istiqamətlənib. Dünya təcrübəsi də göstərir ki, məktəblərdə sinfin idarə olunmasının ən vacib yolu davranış qaydalarının olmasıdır".
Ekspertin sözlərinə görə, sinifdə nizam-intizam, davranış problemi şagirdlərin təlim nəticələrinə birbaşa təsir göstərən və məktəblərdə ən çox rast gəlinən problemlərdəndir: "Nizam-intizam olmayan, davranış qaydalarına əməl edilməyən sinifdə yüksək təlim nəticələrindən danışmaq mümkünsüzdür. Nizam-intizam, sinifdə səssizliyin hökm sürməsi demək deyil, şagirdlərin diqqətinin dərsə cəlb olunması deməkdir".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2022.- 21 oktyabr.- S.12.