"Barıt qoxulu sətirlər..."
təqdim edildi
Oktyabrın
19-da Azərbaycan Yazıçılar Birliyində Vətən Müharbəsində
döyüşən qazilər və qəhrəmanlarla
görüş keçirildi. Görüşdə
iştirak edən
şeirli-sözlü müharibə iştirakçılarının şeirlərindən ibarət
"Barıt qoxulu sətirlər..."
və Ayaz Məmmədovun "Ünvansız
məktub" xatirə-
povesti kitablarının
təqdimatı oldu.
Kitabda şerləri dərc olunan Emin Piri,
Kərəm Aydın,
Cavid Əlioğlu, Oğuz Alparslan, Elvin Məmmədli, Səbuhi Qurbanov, Eyvaz Əyyub, Tofiq Əhməd, Orxan Səlifov, Həsən Kür, Sərxan Yolçuyev, Nicat Ağayev, Vüsal Hətəmov, Mir Əjdər
Abdullayev, Tamerlan Əsədovun şeirləri
bir neçə ay bundan əvvəl Şuşada Vaqif Poeziya günlərində
"Söz" ədəbi
layihəsinin "İgidlərin
sözü"
proqramı çərçivəsində səsləndirilmişdi.
Qazilərin öz ifalarında şöylədikləri müharibə
vaxtı yazdığı
şeirlər ölkə
ictimaiyyəti və ədəbiyyatsevərləri tərəfindən
böyük maraqla qarşılandı.
"Barıt qoxulu sətirlər..." kitabında qazi və veteran şairlərin Vaqif Poeziya günlərində
səsləndirdikləri şeirlərlə
yanaşı, zəfər
ruhlu şeirlər də yer alıb. Qazilərin şeirlərindən
ibarət yeni şeir antalogiyasının tərtibçiləri
və ön söz müəllifləri
AYB-nin katibi Elçin Hüseynbəyli,
"Söz" ədəbi
layihəsinin rəhbəri
Nigar Həsənzadə,
texniki redaktoru isə Şükufə Məmmədlidir. Kitab
"Vektor" Beynəlxalq
Nəşrlər evində çap edilib.
Tədbiri giriş sözülə
Yazıçılar Birliyinin
katibi Elçin Hüseynbəyli Xalq yazıçısı Anarın
ideya müəllifi olduğu "Barıt qoxulu sətirlər..." haqqında
danışdı. Sonra
sözü Yazıçılar
Birliyinin sədri Anara verdi.
Xalq yazıçısı
Anar 44 günlük Vətən Müharibəsindən,
ordumuzun şücaətindən,
tarixi qələbəmizdən
danışıb. Qazi şairləri
təbrik edən AYB sədri, onların Yazıçılar Birliyinə
üzv seçildiklərini
söylədi. Bundan
sonra qazi şairlərə üzvlük
biletləri təqdim olundu.
Tədbirdə eyni zamanda, təqdimatı olan Qarabağ qazisi Ayaz Məmmədovun "Ünvansız məktub" kitabı Qarabağ döyüşlərinə həsr olunub. Əsərdə müəllif keçdiyi döyüş yollarına nəzər salır, cəbhədə baş vermiş ağrılı və maraqlı hadisələri, keçirdiyi hissləri, təəssüratlarını oxucularla bölüşür. Bu kitab həm də bir döyüşçünün gündəliyidir.
Qazi şairlərin "Barıt qoxulu
sətirlər..." və Ayaz Məmmədovun
"Ünvansız məktub" kitablarının təqdimat
mərasimində Azərbaycan Yazıçılar Birliyinin katibləri Elçin
Hüseynbəyli, Səlim Babullaoğlu, şair Nigar Həsənzadə, yazıçılar Birliyinin üzvləri Rəfail Tağızadə,
Zemfira Məhərrəmli, Aida Eyvazlı, Elmira Aslanxanlı
çıxış edərək qazilərə göstərilən
qayğıya görə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə təşəkkürlərini
bildirdilər. Eyni zamanda,
əməlləri və sözləri ilə Zəfər
tariximizdə imzası olan mərd oğullarımızla fəxr
etdiklərini söylədilər.
525-ci qəzet.- 2022.- 21 oktyabr.- S.9.