"Davranış qaydaları sayəsində məktəblərdə daha sağlam mühit yaranacaq"

 

Məlum olduğu kimi, Elm Təhsil Nazirliyi tərəfindən "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları" "Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat" hazırlanıb. Hər iki sənəd hazırlanarkən şagirdlər, müəllimlər, o cümlədən, valideynlər arasında keçirilən sorğuların nəticələri nəzərə alınıb, beynəlxalq özəl təhsil müəssisələrinin təcrübələri araşdırılıb. Sənədlərin hazırlanması prosesinə təcrübəli məktəb direktorları müəllimlər, özəl təhsil müəssisələrinin nümayəndələri, yerli beynəlxalq mütəxəssislər cəlb olunublar. Hər iki sənəd ümumi təhsil müəssisələrində şagird davranış qaydaları valideyn-məktəb ünsiyyətinin tənzimlənməsi ilə bağlı çərçivəni müəyyən edir. Sənədlər bu gündən etibarən 2 həftə ərzində ictimai müzakirəyə çıxarılır. Toplanmış rəy təkliflər nəzərə alınaraq sənədlərin son versiyası hazırlanacaq, 2023-cü ilin əvvəlindən etibarən isə tətbiqinə start veriləcək.

Qeyd edək ki, 2021-2022-ci tədris ili ərzində 100-dən çox ümumi təhsil müəssisəsində aparılmış keyfiyyət monitorinqlərinin nəticələrinin təhlili məktəb proseslərinin tənzimlənməsi ilə bağlı bir sıra prosedurların yenilənməli ya təkrar hazırlanmalı olduğunu bir daha göstərdi. O cümlədən, şagird davranışının valideyn-məktəb ünsiyyətinin tənzimlənməsi ilə bağlı qaydaların yenidən işlənməsinə ciddi zərurət yarandı.

"Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları" ilə bağlı layihədə qeyd olunub ki, bütün ümumi təhsil müəssisələri Nizam-İntizam Şurası (NİŞ) yaratmalıdır. Bildirilib ki, NİŞ adətən məktəb rəhbərliyi, təhsilverənlər (sinif rəhbəri, fənn müəllimləri, psixoloqlar s.) ən azı bir valideyn daxil olmaqla 5-7 nəfərdən ibarət olur.

Elm Təhsil Nazirliyindən verilən məlumata görə, direktor şuranı qayda pozuntusunun səviyyəsini müəyyən etmək ya müvafiq intizam tədbirinin tətbiqi zərurəti yarandıqda, valideyn/qanuni nümayəndə övladı barədə verilmiş intizam tədbiri qərarına rəsmi şəkildə etiraz etdikdə, məktəbdaxili nizam-intizam qayda prosedurlarını yenidən nəzərdən keçirməyə ehtiyac olduqda toplaya bilər.

Şagirdə yaşıl kart müvafiq şəxslərin (sinif rəhbəri, fənn müəllimi, UBTR s.) təqdimatı əsasında Nizam İntizam Şurasının qərarı ilə verilə bilər Sinif Davranış jurnalında qeydiyyatı aparıla bilər.

Şagird yaşıl kart aldıqdan sonra sarı xəbərdarlıq məktubu alarsa, 1 yaşıl kartı, narıncı qırmızı xəbərdarlıq məktubu aldıqda isə 2 yaşıl kartı ləğv olunacaq.

Hər yarımilin sonunda yaşıl kartların sayına uyğun olaraq şagirdlər tərifnamə, təşəkkürnamə fəxri fərman ilə təltif olunacaq. 3 yaşıl kart olarsa, şagirdə tərifnamə veriləcək.

Şagirdə cari yarımil ərzində narıncı xəbərdarlıq məktubu verilibsə, onun tərifnamə alması üçün yaşıl kartlarının sayı ən azı 5 olmalıdır. Şagirdə qırmızı xəbərdarlıq məktubu verilibsə, ən azı 8 yaşıl kartı olmalıdır.

5 yaşıl kart olarsa, şagirdə təşəkkürnamə veriləcək. Şagirdə cari yarımil ərzində narıncı xəbərdarlıq məktubu verilibsə, onun təşəkkürnamə alması üçün yaşıl kartların sayı ən azı 8 olmalıdır. Şagirdin cari yarımildə qırmızı xəbərdarlıq məktubu varsa, ona təşəkkürnamə verilə bilməz. 8 yaşıl kart olarsa, şagirdə fəxri fərman veriləcək. Şagirdə cari yarımil ərzində narıncı ya qırmızı xəbərdarlıq məktubu verilibsə, ona fəxri fərman verilə bilməz. Şagirdin təltifnamələri onun şəxsi işinə əlavə edilir. Məktəb yuxarıda qeyd olunanlardan əlavə, rəğbətləndirmə tədbirləri tətbiq edə bilər. Məktəb müəyyən hallarda şagirdi birbaşa olaraq fəxri fərmanla təltif edə bilər (Məsələn, yerli beynəlxalq olimpiadalarda, müsabiqələrdə yüksək nəticə göstərən şagirdlər s.)".

Nazirlikdən bildirilib ki, çox ağır qayda pozuntularına ya 1-ci, 2-ci, 3-cü 4-cü səviyyə qayda pozuntularının təkrarına yol verən şagirdlərin hansı formada cəzalandırılacağı müəyyənləşdirilib.

Bu hallarda şagird dərsdən ya olduğu məkandan (dəhliz, həyət s.) uzaqlaşdırılacaq məktəb idarəetmə heyətinin üzvü şagirdə davranışının niyə qəbuledilməz olduğunu izah edəcək.

Şagird səhvini anladıqda dərsə qayıda bilər. Əks təqdirdə, dərsin qalan hissəsini məsul şəxsin nəzarəti altında təyin olunmuş xüsusi otaqda keçirəcək ya valideyn/qanuni nümayəndə məktəbə çağırılaraq, şagird evə göndəriləcək. Şagird dəstək üçün psixoloqa yönləndirilir (NİŞ-in ya direktorun qərarı ilə); Bir neçə dəfə dərsdən sonra "Məktəbdə saxlanılır"; Qırmızı Xəbərdarlıq məktubu (şagirdin şəxsi işində saxlanılır UTİS- qeyd olunur); Müəllim, valideyn/qanuni nümayəndə, idarəetmə heyəti üzvü direktorla görüş; Məktəb daxilində dərsdən uzaqlaşdırılma.

Nazirliyin məlumatında qeyd olunub ki, uzun saçları olan şagirdlərə saçı açıq şəkildə məktəbə gəlməyə icazə verilməyə bilər. Şagirdlər şəxsi gigiyena qaydalarına riayət etməli; dərs zəngindən əvvəl üst geyimi (palto, papaq, kapüşonlu jaket s.) çıxarmalı; ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarına aid qaydalara riayət etməli (məktəbli forması, ayaqqabı s.); geyim səliqəli təmiz olmalı; uzunluğu çiyindən aşağı olan saçları səliqəli şəkildə arxadan toplamalı; fiziki tərbiyə dərsləri üçün məktəbin geyim qaydalarına riayət etməlidirlər.

Qaydalarda eyni zamanda, şagirdlərə qadağan olunan məsələlər əksini tapıb. Qeyd edilib ki, şagirdlərə çox dar geyim, hündürdaban ayaqqabı, dizdən yuxarı olan ətək, zinət əşyası bahalı saat kimi aksessuarlar, qeyri-adi saç düzümü saç rəngi, uzun rəngli dırnaqlar, makiyaj, saqqal qadağandır. Ümumi təhsil müəssisələrindən yuxarıda qeyd olunanlara bağlı daxili qaydalar tərtib etmələri tələb olunur.

Məktəbdə şagirdlərin telefondan istifadə edəcəkləri hal müəyyənləşir.

Əgər müəllimlər şagirdlərin şəxsi elektron cihazlarından (telefon, planşet s. - red.) istifadə edəcəkləri dərs planlaşdırırsa, o zaman bunu ailələrə öncədən yazılı şəkildə bildirməli cihazların təhlükəsiz şəraitdə saxlanmasını təşkil etməlidir.

Əgər valideyn/qanuni nümayəndə övladına təhlükəsizlik məqsədilə (məktəbə gəlib gedərkən əlaqə saxlamaq üçün) elektron cihaz verərsə, o zaman ümumi təhsil müəssisəsi dərs gününün sonuna qədər bu cihazların təhlükəsiz şəraitdə saxlanılmasını təmin etməlidir. Dərs müddətində elektron cihazlar şagirdlərə verilməməlidir.

Azərbaycan Gənc Alim, Doktorant Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib ki, məktəblərdə davranış qaydalarını tənzimləyən normaların olması olduqca vacib idi. Onun sözlərinə görə, yeni tətbiq olunan davranış qaydaları sayəsində məktəblərdə daha sağlam mühit yaranacaq:  "Məktəb subyektləri valideynlər, şagirdlər, müəllimlərlə bağlı ümumi normaların qəbul olunması olduqca mühümdür. Müxtəlif ölkələrin təcrübəsinə nəzər saldıqda, bizimdə buna ehtiyac yarandığını görürük. Son zamanlar məktəblərdə baş verən xoşagəlməz hallar da bu normaların qəbuluna şərait yaratdı. Buna müxtəlif yanlış yanaşmalar var. Anlamalıyıq ki, burda söhbət insanların hüquq azadlıqlarının məhdudlaşdırılmasından getmir. Əksinə, məktəblərin idarə olunmasında valideynlərin rolunun artırılması, məktəb mühitinin demokratikləşdirilməsi, eyni zamanda, məktəbin yazılmamış qaydalarının çərçivəyə salınması məsələlərinə yer ayrılır".

Elm Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərovanın sözlərinə görə, məktəblərdə nizam-intizam qaydalarını pozan şagirdlərə qarşı tətbiq ediləcək inzibati tədbirlərinə qarşı cəmiyyət sərt təpki göstərməyib. Sovet təhsil sistemində məktəblərdə müəyyən cəza tədbirləri olub. Davamlı olaraq dərs mühitini pozan, dərsə gecikən, sinif yoldaşlarına qarşı aqressiv formada fiziki güc tətbiq edən, müəllimə qarşı hörmətsizlik edən şagirdlərə qarşı hər hansı cəza tədbirinin olması vacibdir.

Şura sədri deyir ki, kütləvi təhsil sistemində hər şagirdə indivudal yanaşma tətbiq etmək bir qədər çətindir. Bu qaydalar bütün münasibətləri tənzimləyə bilməsə də, şagirdlərdə davranışları ilə bağlı məsuliyyət yaradacaq:

"Əgər valideyn bu inzibati tədbirlərə qarşı çıxırsa, bundan çıxış yolunu da göstərməlidir ki, dərsi pozan, sinif yoldaşını döyən şagirdə qarşı necə davranmaq lazımdır. Dəcəl şagirdlərin hamısını bir sinfə yığmaq mümkün deyil".

G.Səfərova məktəblərdə nizam-intizam qaydalarını pozan şagirdlərə qarşı tətbiq ediləcək inzibati tədbirlərindən sui-istifadə hallarının yolverilməz olduğunu söyləyir. Həmsöhbətimiz deyir ki, onu narahat edən yeganə məqam məktəblərdə bundan sui-istifadə hallarına yol verilməsi ilə bağlıdır: "Hesab edirəm ki, buna da monitorinqintizam şuralarının vasitəsilə nəzarət etmək olar. İctimai Şura da bununla bağlı monitorinqlər təşkil edəcək".

G. Səfərova bildirir ki, yayılan videolar məktəblərdə çəkilən, şagird intizamsızlığını əks etdirən videolar belə bir inzibati tədbirlərin olmasını zəruri edir: "Şagirdlər başa düşməlidirlər ki, məktəbdə özlərini tərbiyəli aparmalıdırlar. Bunun məsuliyyətini dərk etməlidirlər".

Şura sədri deyir ki, məktəblərdə nizam-intizam qaydalarını pozan şagirdlərə qarşı tətbiq ediləcək inzibati tədbirlərlə bağlı hələki ictimai müzakirə aparılır. Bu müzakirə başa çatdıqdan sonra tətbiqinə başlanılacaq. Valideynlər də bu prosesə cəlb ediləcək. Valideyn övladının məktəbdə davranışı barədə məlumatlandırılacaq.

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2022.- 22 oktyabr.- S.15.