Kiçik ürəklərin böyük dərdləri...
Dünyanın ən məsum, ən saf varlıqlarıdır
uşaqlar. Bu məsumluq,
təmizlik onların baxışlarında düşüncələrində
özünü aydın
surətdə əks etdirir. Lakin çox təsssüf
ki, bəzən bu məsumiyyətin üzərindən qəddar,
sevgisiz insanlar soyuqqanlılıqla xətt
çəkirlər. Bu
qəddarlıq, amansızlıq
dünyada qarşıdurmalara,
müharibələrə səbəb
olur. Və bu müharibələrdə
də ən çox əziyyət çəkən kin, nifrət
nədir bilməyən
uşaqlar olur. Bir çox böyük dövlətlərin
maraqları, məqsədləri,
ambisiyalarının nəticəsi
olaraq Suriyada, İraqda, Əfqanıstanda,
Qarabağda, Ukraynada və s. bölgələrdə
münaqişələr, müharibələr
nəticəsində milyonlarla
uşaqların həyatı
alt üst olub... - olmağa da davam edir. UNİCEF-in
məlumatlarına əsasən,
müharibələrdən zərər görən ölkələrdə yaşayan
250 milyondan çox uşaq var. YUNESKO-ya görə isə 37 milyon uşaq bu savaşlar üzündən məktəbə
getmir, təhsil ala bilmirlər.
Ailə münaqişəsində baş
verən kiçikmübahisələr
uşaqlara mənfi təsir edərkən, ölkəsində gedən
müharibələrin uşaqlara
təsirinin nə qədər böyük olduğunu təsəvvür
etmək o qədərdə
çətin deyildir. Uşaqlar müharibə
ilə müxtəlif
yaşlarda qarşılaşdılar.
Kimisi körpə ikən, kimisi yeniyetmə dövründə, bəziləri
də erkən gənclik çağında.
Müharibənin bütün
acıları, qorxu və həyəcanları
ağ vərəqə
köçürülən yazı kimi qəlbimizə yazıldı.
Uşaq yaşlarımızdan böyüklərdən
eşitdiyimiz "ermənilər
çox xain millətdir", "ömrü
boyu çörəyimizi
yeyib, indi torpaqlarımıza göz
dikiblər" və
s ifadələrin canlı
şahidi olaraq böyüdük. Ermənilər
təkcə bizim torpaqlarımızı deyil,
ömrümüzün heç
vaxt geri qaytarılmayacaq, yaşanacaq
çox gözəl günlərini də işğal etmişdilər...
Çox şeylərdən
məhrum qaldıq... müharibə nəticəsində
həyatımızın istiqaməti
180 dərəcə dəyişdi...
İllər boyu tarix kitablarından
oxuduğumuz, kinolarda gördüyümüz müharibənin
canlı şahidlərindən
biri də mən özüm oldum. Doğulub, yeniyetməlik yaşına
çatdığım Füzuli
rayonu da mənfur qonşularımız
ermənilərin göz
dikdiyi torpaqlardan idi. Vətən torpağı müqəddəsdir. İnsan dünyaya göz
açdığı bir
gündən havası
ilə nəfəs aldığı, boya-başa
çatdığı vətən
torpağına müqəddəs
tellərlə bağlanır.
İnsanın varlığına
hakim olan bu hiss ana məhəbbəti qədər güclü olur. Öyrəşdiyin mühitdən, yaşayış
yerindən, insanlardan ayrı düşməkdə
anadan ayrı qalmağa bərabərdir.
Axı vətənə
əbəs yerə
"Ana vətən" deyilmir
ki! Vətən-torpaq deyilən anlayışların
Ana epiteti ilə əlaqələndirilməsi təbiidir. Uşaqlığın, ərköyünlüyün, şıltaqlığın da
qalır sanki tərk etdiyin o elində, evində. Hələ 3 yaşında
olarkən doğulduğu
Füzuli elindən qaçqın düşmüş,
2020 -ci il
Vətən müharibəsi
şəhidi Ziyad Muradov duyğularını
şeirində qələmə
alaraq yazırdı:
Qarabağda nəyim qaldı?
Nakam qalmış
saf arzular.
Qarabağda nəyim qaldı?
Bir ovuc torpağım deyil,
Sanki dünyam, canım qaldı
Qarabağda nəyim qaldı?
Yarımçıq yellənən boş yüyürük.
Yaylası yarımçıq qalan
ulduzlu gecəm,
Nakam qalan arzularım (Türksoy, 2022, s. 12)
Baş verən
bütün müharibələrdə
ən çox əziyyəti uşaqların
çəkdiyinin şahidi
oluruq. Ancaq əslində qocalar,
qadınlar və uşaqlar hər cür müharibədən,
münaqişədən kənarda
qalmaqdadırlar. Fərq qoymadan
müharibə edən
hər iki tərəf onları qorumalıdır. Bu bütün
müharibələrin müqəddəs
qanunudur. Erməni kimi
vəhşi bir millət və onların havadarları isə nə qanun tanıyır, nə vicdan nədir bilir, nədə ürəklərində
mərhəmət hissi
var. İşğalçı Ermənistan ordusu təkcə Azərbaycanın
kişiləri ilə
deyil, həm də körpə uşaqlarla da müharibə aparmışdır.
Əsrlər boyu Azərbaycanımızın
başından bir çox müharibələr
keçmişdir. Tarixə nəzər saldıqda bunu əyani surətdə görmək
olur. Dünya tarixində ən
çox soyqırımlara
məruz qalan da Azərbaycan xalqı olmuşdur. Azərbaycanlılara qarşı törədilən
soyqırımlar Bakıda,
Şamaxıda, Qubada,
Zəngəzurda, Qarabağda
və digər yerdlərdə xüsusi qəddarlıqla, amansızlıqla
həyata keçirilmişdir.
Həmin
ərazilərdə dinc
əhali kütləvi
şəkildə məhv
edilmiş, kəndlər
yandırılmış, milli
abidələr dağıdılmışdır.
(Əliyev, 2005, s. 101)
Və bəşər tarixində
heç bir vəhşiliklə müqayisə
olunmayan Xocalı faciəsi... XX əsrin faciəsi hesab edilən, XX əsrdə
2-ci dəfə belə
ağlasığmaz etnik
təmizləməyə məruz
qalan Azərbaycan xalqı... Xocalı soyqırımı nəticəsində 63 azyaşlı
uşaq qətlə yetirilib, insan ağlına sığmayan
qəddarlıqla üzləşiblər.
Qarabağ hadisələrinin iştirakçısı, yazıçı-şair
Zori Balayan 26 fevral Xocalıda törətdikləri soyqırımda,
azərbaycanlı uşaqlara
necə ağlasığmaz
işgəncə verərək
öldürdüyünü etiraf etmişdir. İncə ruha sahib olurlar yaradıcı insanlar.
Ermənilərin "incə ruha
sahib" şairinin etdiyi
və sonrada qələmə aldığı
bu qəddarlıqdan sonra bu millət
haqqında fikir artıq formalaşır.
Bu uşaqlar Xocalı
dəhşəti yaşayanda
onun acısını
hələ tam dərk
etmirdilər. Çünki bu ağırlığı
məsum uşaq qəlblərində yaşatmağa,
körpə çiyinlərində
daşımağa hazır
deyildilər. 1992-ci ildə
baş verən o ağrılı, dəhşətli
gecənin qaranlığında avtomatın
ölüm saçan
güllələrinin atəşi
altında ayaqyalın,
başıaçıq qarın
üstü ilə qaçaraq erməni faşistlərindən canını
qurtarmağa çalışan
körpələrin acı
taleyi Azərbaycanın
keşməkeşli çağdaş
tarixinin acı səhifəsidir (Eyvazlı,
2014, s. 16). Bu faciənin konkret talelərdə yaşantıları, qırılmış
insan ömürlərindən
qalan izləri yaddaşlarda bitməyən
ağrısı heç
bir ölçüyə
sığmaz, hesaba gəlməz. Onların həyat
hekayəsi qan donduracaq qədər ağrıdıcıdır. Xocalı sakini Mehdi Əliyevin acı
uşaqlıq xatirəsi:
"Xocalı soyqırımından sağ çıxmış, hər iki valideynini və iki qardaşını itirmiş biriyəm. Onda 4 yaşım vardı, uşaq ağlımla müharibənin nə olduğunu anlamırdım. Amma çəkdiyim əzab - əziyyət, gözümlə gördüyüm zillətlər, ürəyimə çəkilən dağ mənə müharibənin nə demək olduğunu dünyada hamıdan yaxşı anlatdı. Həmin gecə Xocalıdan ailəlikcə çıxmışdıq. Yadımdadı, ermənilər bizi gülləyə tutanda yerə yıxıldım. Ağlaşma və qışqırıq səslərindən qulaqlarım batdı. O təlaşda, qaçaqaçda meşədə demək olar ki, tam tək qaldım. 4 yaşlı uşaq və meşədə tək-tənha. Qışqıra-qışqıra ağlayırdım. Səsimə ermənilər gəldi və məni əsir götürdülər. Təsəvvür edin, 4 yaşlı uşaq - əsir! Məni digər əsirlərin yanına apardılar. Vahimə içində olan adamlar arasında dolaşır, valideynlərimi, qardaşlarımı axtarırdım. Axı onların öldüyünü hardan biləydim, necə dərk eləyəydim? Elə bilirdik həmin dəqiqə dünya külə dönəcək, həyat bitəcək. Bu yaşda ölümlə üz-üzə dayanmağı kimsəyə arzulamazdım. İndi bəzən mənə deyirlər sən böyümüsən, yekə kişisən möhkəm ol! Ancaq anlamırlar ki, mən böyüməmişəm, 4 yaşında olan Mehdiyəm. Anamı, atamı, qardaşlarımı axtarıram-mənə onlar lazımdı! Əclaf müharibə! Onu yer üzünə gətirənə Allah lənət eləsin!"(Eyvazlı, 2014, ss. 19-23).
Ermənistanın Azərbaycana qarşı başlatdığı Qarabağ müharibəsində atəşkəs rejimi zamanı 34 uşaq erməni terrorunun qurbanı olmuşdur. Onlardan 14-ü həlak olub, 20-si yaralanıb. Ümumilikdə isə Qarabağ münaqişəsində 195 azərbaycanlı uşaq qətlə yetirilib. Həmçinin, respublikamızda olan 700 min məcburi köçkündən 200 min nəfərini uşaqlar təşkil edir, 260 min uşaq məcburi köçkün kimi dünyaya göz açmışdır.
(Ardı var)
Leyla
İBRAHİMOVA
AMEA
Mərkəzi Elmi Kitabxanasının əməkdaşı
525-ci qəzet.- 2022.- 25 oktyabr.- S.14.