"Pikasso" sindromu
25 oktyabr məşhur
ispan, fransız rəssamı, heykəltəraşı,
qrafiki, keramisti və dizayneri, XX əsr incəsənətinin
ən tanınmış
şəxsiyyətlərindən biri Pablo Ruiz Pikassonun doğulduğu gündür. O, Jorj Brakla birlikdə üçsəthli cismin orijinal tərzdə bir yerdə yerləşdirilmiş səthlər
sırası kimi təsvir edildiyi kubizm cərəyanının
banisidir.
Ən məşhur
əsərləri sırasında
erkən-kubist "Avinyonlu
qızlar" (Les Demoiselles d'Avignon, 1907) və İspaniya vətəndaş
müharibəsi zamanı
dinc Gernika şəhərinin alman Kondor Legionu tərəfindən bombalanmasına
həsr edilmiş
"Gernika" (Guernica, 1937) əsəri xüsusi qeyd edilə bilər.
Pikasso uşaqlığından
gəncliyinədək realistik
tərzdə rəsmlər
çəkməklə əsrarəngiz
incəsənət bacarığı
nümayiş etdirib. XX əsrin ilk onilliyində yeni mülahizələri,
texnikaları və düşüncələri ilə
təcrübə apardığından
onun incəsənətdə
istiqaməti dəyişir.
Pikassonun
yaradıcılıq bacarığı
özünü rəssamlıq,
heykəltəraşlıq və dizaynla yanaşı, digər çoxsaylı təsviri
və tətbiqi-incəsənət
sahələrində də
göstərirdi. Yaradıcılıqda çevriliş etmiş nailiyyətləri ona dünyaşöhrəti və
həyatı boyu sərhədsiz uğurlar gətirmişdir ki, bu da onu
XX əsr incəsənətinin
ən məşhur şəxsiyyəti edib.
Adı tarixdə 100 ən çox öyrənilmiş
şəxsiyyətlər siyahısına
daxil edilib.
Lakin Pikassonun
adı təkcə əsərlərində, təsviri
sənətə, dünya
incəsənətinə gətirdiyi
yeniliklərdə hallanmır. "Pikasso"
adı psixologiya elmiylə maraqlananlar üçün də olduqca tanış
və maraqlıdır.
Belə ki, dünya psixologiya elmində bir neçə sindroma məhz bu rəssamın adı verilib.
O sindromlardan biri insanın yaddaşı, xatırlamaq tərziylə
bağlıdır. İnsan yaddaşı
elə bir mürəkkəb elementdir
ki, hələ heç bir elm onu axıra kimi araşdırıb öyrənə bilməyib.
Yaddaşın insana oynadığı
oyunlar, yaratdığı
anlaşılmaz situasiyalar
həddindən artıqdır.
Onlardan biri də "Pikasso sindromu"dur.
Məsələn, siz heç aidiyyatı yoxkən, tamamilə başqa bir işlə məşğul olarkən
uzun illərdir (deyək ki, 30 ildir) görmədiyiniz bir sinif yoldaşınızı
xatırlayırsınız. Onun xasiyyəti,
görünüşü, onunla bağlı xatirələrin çoxu
yadınıza düşür,
ilk günki kimi diriliyini, canlılğını
qoruyur. Ancaq onun üzünü
xatırlamaqda əziyyət
çəkirsiniz. Ya da onun üzü olduğunu xatırladığınız
bir sima qəfil yadınıza düşür ki, ona yox, onun
heç vaxt tanımadığı hansısa
tələbə yoldaşınıza
aiddir. Yaddaşınız burada sizə
kiçik bir oyun oynayır. Yəni o,
"bilmirəm, xatırlamıram"
deməyi boynuna almır, onun yerinə sizdən xəbərsiz bir şəkildə başqa
bir simanı yerləşdirir.
Bu, adətən, tamamilə
gizli şəkildə
və kiçik ayrıntılarla baş verir. Məsələn, siz
X adlı sinif yoldaşınızı xatırlarkən
yaddaşınız onun
burnu, qulağı, gözü, ağzını
başqa bir Y adlı şəxsdən
"alıb" bu birinin simasına yerləşdirir. Sizsə, bundan
heç xəbər də tutmursunuz. Bu hal daha çox səslərlə
bağlı olur.
Yəni,
hafizəmiz bizim xatırladığımız insanın
səsinin yerinə başqa bir adamın səsini zehnimizdə canlandırır.
Yaddaşımızın bizə oynadığı
bu oyun psixologiyada
"Pikasso sindromu"
adlanır.
lll
Pikassonun həyatına dair maraqlı faktlardan biri də budur
ki, o, ömrü boyunca dəhşətli miqren xəstəliyindən
əziyyət çəkib. Əslində, bu fakt özünün
doğruluğunu tapmasa
da, bir çox
araşdırmaçılar bu qənaətdədirlər.
Bunun səbəbi isə yenə də rəssamın əsərləridir.
Dünya
tibb elminin bu xəstəliklə bağlı araşdırdığı
və öyrəndiyi
maraqlı bir əlamət var. Sən demə, şiddətli miqrendən əziyyət çəkən insanların
bir qismi xəstəliyin atakları
gəldiyi an görmə pozğunluğu
yaşayır. Yəni
onlar həmin an bir canlıya
baxarkən onun orqanlarının yerini dəyişik, qarışıq
halda, cansız nəsnələri isə
müəyyən reformasiyalar
halında görə
bilirlər. Bu təcrübələrdə iştirak
etmiş xəstələrin
çoxu iddia edirlər ki, ağrılar şiddətlənən
an onlar qarşılarındakı
insanın burnunu alnında, qulağını
çənəsinin altında,
gözünü yanağında
və sair kimi görürlər.
Bu hal onlarda
təxminən 10-15 dəqiqə
çəkir, sonra isə bütün görüntü öz qaydasına düşür.
Bu cür görmə
pozğunluğuna Pablo Pikassonun
adının verilməsi
isə onun əsərləri ilə bağlıdır. Çünki sözügedən xəstələr gördüklərini
məhz Pikassonun əsərlərindəki kimi
təsvir edirlər.
Dediyimiz kimi, Pikassonun miqrendən əziyyət çəkməsi faktı
öz təsdiqini tapmayıb. Bir çox tədqiqatçı
onun bu əsərləri
məhz miqren atakları anında, görmə pozğunluğu
yaşadığı əsnada
gördüklərindən ilhamlanaraq, ya da birbaşa onları çəkərək
ərsəyə gətirdiyini
iddia etsələr də, başqa qism tədqiqatçılar
bunun Pikassonun incəsənətə gətirdiyi
kubizm cərəyanı
olduğunu, xəstəliklə
heç bir əlaqəsi olmadığını
deyirlər. Ancaq bütün
hallarda fakt budur ki, tibb
elmində miqren xəstəliyinin səbəb
olduğu bu görmə pozğunluğu
"Pikasso sindromu"
adlanır.
Dahilər təkcə yaratdıqları
ilə deyil, həm də yaratmadıqları ilə
dahidirlər. Bu gün 141 yaşı tamam
olan dünya
şöhrətli rəssam da məhz həmin
dahilərdən biridir. Maraqlıdır, bu yazını oxuyanlardan
kimdə hansı "Pikasso sindromu" var?
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2022.- 25 oktyabr.- S.8.