"Rossotrudniçestvo"nun
təmsilçisi Milli
Kitabxanada olub
Oktyabrın 24-də Rusiyanın MDB ölkələri, xaricdə
yaşayan həmvətənlərlə
iş üzrə
Federal Agentliyi olan
"Rossotrudniçestvo"nun Azərbaycandakı nümayəndəliyinin
rəhbəri İrek
Zinnurov Azərbaycan Milli Kitabxanasının qonağı olub.
Milli Kitabxanadan 525.az-a bildirilib ki, kitabxananın direktoru Kərim Tahirov qonağı salamlayaraq iki qonşu ölkə arasında daim mədəni əlaqələrin
mövcud olduğunu və bu sıx
dostluq münasibətlərinin
bu gün də yüksək səviyyədə davam etdirildiyini söyləyib.
İrek
Zinnurov Milli Kitabxana ilə birgə aksiyaların, müxtəlif istiqamətli
tədbirlərin təşkilinin
mümkünlüyünü qeyd edib, direktorun
VIII Bakı Beynəlxalq
Kitab Sərgisi çərçivəsində Milli Kitabxanada keçirilmiş "Müasir
dövrdə kitabxanalar:
gələcəyə baxış"
mövzusundakı dəyirmi
masada xarici qonaqlara "Qarabağa kitabla gedək" kitabtoplama kampaniyasına dəstək məqsədilə
etdiyi çağırışa
qoşulmağa hazır
olduqlarını, xüsusən
tələbat olan rus ədəbiyyatını
Qarabağ fonduna hədiyyə edə biləcəklərini vurğulayıb.
Kərim
Tahirov son 2 il pandemiya səbəbindən
yeni rus kitablarının alınmasında
müəyyən problemlərin
olduğunu, lakin Rusiyanın aparıcı kitabxanaları ilə hər zaman sıx əlaqələrin
mövcudluğunu diqqətə
çatdırıb, ötən
il M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanası
ilə əməkdaşlıq
haqqında memorandumun imzalandığını və
kifayət qədər
rusdilli oxucu auditoriyası olan kitabxanada rus yazıçılarla məktəblilərin
görüşünün təşkil edildiyini, cari ildə Belarusda Rusiya Dövlət Kitabxanası
və Rusiya Prezident Kitabxanasının
direktorları ilə görüşdüyünü, il sonu Rusiya
Dövlət Kitabxanası
ilə Rusiya-Azərbaycan
kitabxanaçılarının birgə dialoqunun baş tutacağını,
iki kitabxana arasında əməkdaşlıq
haqqında memorandumun müddətinin uzadılacağını
vurğulayıb.
Direktor, həmçinin
nümayəndiliyin kitabxanasını
tanışlıq məqsədilə
ziyarət edəcəklərini,
birgə əlaqələrin
inkişafı və genişləndirilməsi üçün
əməkdaşlığın vacibliyini, bunun üçün memorandumun
mövcudluğunun önəmini
bildirib.
İrek
Zinnurov Kərim Tahirovu nümayəndiliyin
ölkəmizdə təşkil
etdiyi tədbirlərə
dəvət edib, kitabxananın bütün
layihələrinə kitabla
dəstək ola biləcəklərini,
Rusiya nəşriyyatları,
müəllifləri ilə
əlaqələrin qurulmasına
kömək edə biləcəklərini söyləyib
və qəbula görə təşəkkür
edib.
Sonra Milli Kitabxananın direktoru Kərim Tahirov tərəfindən
qonağa Milli Kitabxana haqqında 3 dildə
yazılmış (Azərbaycan, ingilis və
rus dillərində) "Azərbaycan Milli Kitabxanası. Fotoalbom",
"Azərbaycan xalçaları dünya
kolleksiyalarında", "Qədim qalanın yuxuları,
"Qobustan - minilliklərin kitabı"
adlı kitablar və Azərbaycanın tarixi və mədəniyyət abidələrini
əks etdirən xəritə təqdim edilib.
525-ci qəzet.- 2022.- 25 oktyabr.- S.9.