Ramiz Rövşənlə
Əmircanda görüş keçirilib
Bakı
Şəhər Mədəniyyət
Baş İdarəsinin
təşkilatçılığı ilə Əmircan qəsəbə Mədəniyyət
Evində "Qonağımız
var" layihəsi çərçivəsində yazıçı, esseist,
kinossenarist, tərcüməçi,
Azərbaycan Yazıçılar
Birliyinin üzvü, Xalq şairi Ramiz Rövşənlə
görüş keçirilib.
Baş İdarədən
525.az-a bildirilib ki, əvvəlcə Azərbaycan
Respublikasının Dövlət
Himni səsləndirilib,
Vətən uğrunda
qəhrəmancasına həlak
olmuş şəhidlərin
xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Suraxanı Rayon İcra
Hakimiyyətinin başçısı
Əziz Əzizov, Baş İdarənin rəisi İbrahim Əliyev, Azərbaycan Mətbuat Şurasının
sədri Rəşad Məcid, mədəniyyət
evinin əməkdaşları,
rayon ictimaiyyəti və
şair sevərlər
iştirak ediblər.
Aparıcı Günay Firudinqızı qonaqları salamlayaraq, Xalq şairi Ramiz Rövşənin həyat fəaliyyəti və yaradıcılığı
haqqında məlumat verib.
Sonra Xalq şairi çıxış
edərək, ədəbiyyat,
poeziya, sənətlə
bağlı qənaətlərini
bölüşüb, yeni
yazılan şeirlərini
oxuyub, yaradıcılığı
ilə bağlı çoxsaylı suallara cavab verərək, Azərbaycan və dünya poeziyası haqqında öz fikirlərini bölüşüb.
Tədbirdə iştirak edən Ramiz Rövşən poeziyasının vurğunu
olan gənc və yaşlı nəslin nümayəndələri
şairin şeirlərini
böyük həvəslə
səsləndiriblər.
Çıxış edənlər tədbirdə
Ramiz Rövşən
yaradıcılığının özünəməxsus xüsusiyyətlərindən,
əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, Ramiz Rövşən şeiri
oxuculara sevdirən və şeirə
yeniliklər gətirən imzalardandı. Sonda
şair tədbir təşkilatçılarına,
iştirak edənlərə öz təşəkkürünü bildirib və sənətsevərlər tərəfindən
təqdim olunmuş kitablara
öz xatirə imzasını qeyd edib.
525-ci qəzet.- 2022.- 25 oktyabr.- S.9.