Qubadlının azad olunmasından 2 il ötür

 

 

İLHAM ƏLİYEV: "QUBADLI ƏMƏLİYYATI XÜSUSİ PEŞƏKARLIQ VƏ FƏDAKARLIQ TƏLƏB EDİRDİ"

Vətən müharibəsinin 29-cu günündə, oktyabrın 25-də Azərbaycan Ordusu daha bir şanlı qələbəyə imza atdı - Qubadlı şəhəri Ermənistanın işğalından azad olundu. Prezident İlham Əliyev rəsmi tviter  hesabında bu müjdəni xalqımıza çatdırdı: "Bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini Qubadlı şəhərini işğalçılardan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"

Qubadlı rayonu 1993-cü il avqustun 31-də ermənilər tərəfindən işğal edilmişdi. 27 ildən sonra Qubadlı öz azadlığına qovuşdu. Şəhərinin azad edilməsi Vətən müharibəsinin gedişində mühüm rol oynadı.

Bu, çətin əməliyyatlardan biri idi. Çünki düşmən şəhərdə güclü istehkam qurmuşdu, şəhərin girəcəyində hərbi baza yaratmışdı, yüksəkliklərdə isə hərbi birləşmələri yerləşmişdi. İstehkamlardan biri Xanlıq qəsəbəsində idi. Qubadlını azad etmək üçün ilk növbədə, ermənilərin istehkamları məhv edilməli, həmin yüksəkliklər götürməli idi. Qarşı tərəf həm o yüksəkliklərdən, eyni zamanda, Ermənistan ərazisindən hərbçilərimizə müntəzəm atəş açırdı.

Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev sonralar Qubadlı döyüşləri barədə danışarkən deyib: "Ermənistan ərazisindən bizə atəş açılırdı. Nəzərə alsaq ki, Azərbaycan Ermənistan ərazisinə keçmək fikrində deyildi mən bunu müharibə zamanı dəfələrlə bildirmişdim. Onlar hesab edirdilər ki, bu imkanlardan istifadə edib, bizim hücumumuzun qarşısını ala bilərlər. Buradan, Qubadlı şəhərindən Ermənistan sərhədinə, bax, o istiqamətdən 5 kilometr məsafədir. Həm oradan ağır artilleriya ilə, həm bu yüksəkliklərdən müxtəlif növ silahlardan istifadə edərək bizim əsgərlərimizi, hərbçilərimizi atəşə tutmuşlar. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu da bu peşəkarlığı, fədakarlığı göstərib. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən, Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri götürüldü strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra Azərbaycan Silahlı Qüvvələri şəhərə girib, buranı da düşməndən təmizləyiblər".

Qubadlının azad edilməsi böyük strateji üstünlüyü təmin etdi. Ona görə ki, Qubadlıdan sonra növbəti istiqamət Laçın rayonu idi. Qubadlıdan Laçın rayonunun cənub hissəsinə gedən yol daim atəş altında idi. Ordumuz Laçın rayonunun cənub hissəsində yerləşən kəndləri azad etdikdən, strateji yüksəkliklər ələ keçirdikdən Laçın dəhlizi nəzarətə götürülür. Qubadlıdan sonra isə Şuşa şəhəri işğaldan azad edildi.

Prezident bu məqamdan danışarkən deyib: "Qubadlı əməliyyatının çox böyük əhəmiyyəti var idi. Çünki Qubadlıdan sonra biz Şuşa şəhərini işğaldan azad etdik. Oktyabrın 25-də Qubadlı azad olundu noyabrın 8-də Şuşa şəhəri azad edildi. Beləliklə, düşmən təslim olmağa məcbur oldu".

Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə dövlət başçısının şəhid ailələrinin üzvlərinə, müharibə iştirakçılarına xüsusi münasibətinin bir daha şahidi olduq. Prezident Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun həyat döyüş yolunun gənclər üçün nümunə olduğunu vurğuladı: "Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bizim şəhidlərimiz bizim qəlbimizdə əbədi yaşayacaq. Azərbaycan xalqı, indiki nəsil gələcək nəsillər həmişə şəhidlərimizlə fəxr edəcək. Onlardan biri bizim əzizimiz Şükür Həmidovdur. Qubadlı rayonunun sakini böyük qəhrəmanlıq göstərmiş doğma rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Şükür Həmidov bizim ən istedadlı cəsarətli hərbçilərimizdən biri idi. O, aprel döyüşlərində böyük qəhrəmanlıq göstərmişdi. Məhz bu qəhrəmanlığa görə mən ona Milli Qəhrəman adını verdim özüm şəxsən onu bu mükafatla təltif etdim... Eşidəndə ki, Şükür həlak olub, bizim hamımızın ürəyi ağrıdı. Şükürün həlak olması bizim üçün böyük itkidir, onun ailəsi, onun yaxınları, atası üçün, hamımız üçün... O, bütün hərbçilərimiz üçün, gənc nəsil üçün nümunədir, öz canını doğma diyar uğrunda fəda edib şəhadət zirvəsinə ucalıb".

Düşmənin Qubadlıda itirdiyi hərbçilərin sayı təxminən 800 nəfərdir. Yaralıların sayının isə bundan iki-üç dəfə çox olduğu ehtimal edilir. Qubadlının azad olunmasının strateji, hərbi, siyasi, iqtisadi, mənəvi-psixoloji əhəmiyyəti var idi. Bu rayonun azad edilməsi Azərbaycanın Ermənistan üzərində hərbi üstünlüyünü möhkəmləndirdi. Azərbaycan Qubadlını azad etməklə həm Ermənistanla olan dövlət sərhədini (120 km) son 27 ildə ilk dəfə bərpa etdi.

İşğaldan əvvəl rayon əhalisinin sayı  29 903 nəfər təşkil edib. Sahəsi 802 kvadrat kilometr olan rayon əhalisi 93 kənddə rayon mərkəzi olan Qubadlı şəhərində məskunlaşmışdı. İri yaşayış məntəqələri Qubadlı şəhəri, Xanlıq, Mahmudlu, Dondarlı, Mahruzlu kəndləridir. Hazırda rayonun əhalisi 39 min nəfərdən çoxdur. Qubadlı sakinləri respublikanın 41 şəhər rayonunda müvəqqəti məskunlaşıb. Əhalinin mütləq əksəriyyəti Sumqayıt Bakı şəhərlərində, Abşeron rayonu ərazisindədir.

Erməni vandalizminin, vəhşiliyinin izləri Qubadlıdan da yan keçməyib. Ermənilər işğal dövründə rayonu yerlə-yeksan edib, talayıb, bütün binalar, kəndlər, qəsəbələr, dini- mədəni, tarixi abidələr dağıdılıb. Eyni zamanda Qubadlı ərazisində Xanlıq kəndində qanunsuz məskunlaşma aparıb, xaricdən gətirilən ermənilər burada yerləşdirib. Bu da Ermənistanın daha bir cinayətidir. Cenevrə konvensiyalarına görə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur.

Hazırda azad olunmuş digər ərazilərimiz kimi Qubadlıda da dövlət tərəfindən bir çox mühüm layihələr həyata keçirilir, strateji əhəmiyyət daşıyan dördzolaqlı yol salınır. Bu yol Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcək. Dövlət başçısı birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Qubadlıya növbəti səfər zamanı şəhərin Baş planı ilə tanış olub, İşğal Zəfər muzeyləri kompleksinin təməlini qoyublar. Prezident Qubadlı rayonu ərazisində yaradılacaq "Zabuxçay" "Bərgüşadçay" su anbarlarının layihələri ilə tanış olub, 35 kilovoltluq yarımstansiyasının Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimində iştirak edib.

Qubadlı şəhəri beynəlxalq hava limanlarının tikildiyi Zəngilan Laçın rayonları arasında yerləşməklə coğrafi mövqeyi logistik imkanları baxımından strateji əhəmiyyətə malikdir. Şəhər şimal (Kəlbəcər) cənub (Zəngilan) xidmət, istehsalat şəbəkələrinin bağlantı nöqtəsi olmaqla, kənd təsərrüfatı, sənaye sahələrinin birgə inkişaf etdiriləcəyi, innovativ yerləri, bağçılıq imkanları üzrə tədris kampusuna malik, eləcə su mənbələrinə həssas yanaşmaların təşəkkül tapdığı ekoloji dayanıqlı rayon mərkəzi kimi formalaşdırılacaq. Növbəti 20 il ərzində şəhər ərazisinin 505 hektara, əhali sayının isə 14 min nəfərə çatdırılması planlaşdırılır.

 

Baş planın əsasında insanların yenidən təbiətlə qovuşması, komfortlu qonşuluq ərazilərinin təşkili, canlı rayon mərkəzi və sakit hərəkət strategiyaları dayanır. Qubadlının təbii imkanları nəzərə alınaraq şəhər parkları, meşə-parklar, çaykənarı bulvar, həmçinin, ictimai bağlar şəhərin əsas simasını təşkil edəcək. Burada yerləşəcək yaşayış məkanlarının ərazi planlaşdırılmasında yaşıl sahələr, piyada əlçatanlığı nəzərə alınmış, çoxfunksiyalı zonaların, ortamərtəbəli və azmərtəbəli binaların, həmçinin, həyətyanı sahəsi olan fərdi evlər üçün zonaların yerləri müəyyənləşdirilib.

Yaxın 20 illik perspektiv üçün Qubadlıda bitkiçilikekoloji kənd təsərrüfatı, balıqçılıq və balıqyetişdirmə, müasir sənətkarlıq, yüngül sənaye, təbiət əsaslı aqroturizm və digər sahələrin inkişafı planlaşdırılır. Beləliklə, şəhərin memarlıq simasının formalaşmasında müasir və ənənəvi elementlərin vəhdətindən istifadə ediləcək, yaşıl şəhər obrazı yaradılacaq.

Qeyd edək ki, 2020-ci il noyabrın 26-da "Qubadlının azad olunmasına görə" medalı təsis edilib. Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Silahlı Qüvvələrinin 15 209 hərbi qulluqçusu Prezidentin müvafiq sərəncamları ilə "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.

 

Pərvanə SULTANOVA

pervane525@mail.ru

525-ci qəzet.- 2022.- 25 oktyabr.- S.6.