Kiçik ürəklərin böyük dərdləri...
(Əvvəli ötən sayımızda)
Ermənilər öz həqiqi simalarını, xislətlərini
bir daha göstərərək, dinc
əhaliyə, günahsız
uşaqlara qarşı
qəddarlıqlarını nümayiş etdirdilər. Onlar beynəlxalq
qanunvericiliyin bütün
tələblərini pozmağa
davam edərək,
1994-cü ildə Tovuz
rayonu ərazisindən
axan çaya buraxılan uşaq oyuncağına partlayıcı
maddə yerləşdirərək,
Əlibəyli kəndindən
iki uşağın ölümünə və
birinin yaralanmasına səbəb olmuşdular.
Həmin
hadisə 2011-ci ildə
həmin yerdə yenidən baş vermiş, 13 yaşlı Aygün Şahmalıyeva həyatını itirmişdir
(13 yaşlı qızın
faciəvi ölümü,
2011). Erməni faşizmi dinc
əhaliyə qarşı
təxribatlarını genişləndirməyə
davam edirdilər.
Və yenə də günahsız uşaqlar...
2004-cü ilin fevral ayında Füzuli rayon Qazaxlar kənd sakinləri 11 və 12 yaşlarında iki qardaş Məmmədli Elgün və Məmmədli
Elvin Lələtəpə yaxınlığında minaya
düşərək həyatlarını
itirdilər. Axı nə idi onların günahı?!
Niyə onlar öz torpaqlarında bu qəddar düşmənçiliyin qurbanları
olmalı idilər?. Hər bir uşaq sülh şəraitində
yaşamalı, müharibə
və hərbi cinayətlərin təsirindən
qorunmalıdır. Lakin
düşmənçiliyin ən pis üzü
olan Ermənistan mülki əhaliyə, xüsusilədə körpə
uşaqlara qarşı
terror hücumlarını bitirmək
niyyətində deyildi:
2011-ci ildə Ağdamın
Orta Qışlaq kəndində həyətlərində
dostları ilə oynayan, ailənin tək övladı olan 9 yaşlı Fariz Bədəlov erməni snayperinin gülləsinə tuş
gələrək həlak
olmuşdur. Yaşıdları
ilə şən, dünyadan məmnun halda öz uşaq
oyunlarını oynayan
günahsız Fariz, səni bir neçə
saniyə sonra nələr gözlədiyini
hardan biləydin?!.. Yenədə beynəlxalq humanitar
hüququn və insan haqlarının ciddi şəkildə pozulması. Məkrli
düşmənimizin dinc
soydaşlarımıza qarşı
qəddar planları və yenə bir ailədə sağalmaz yara!
2017-ci il 4 iyul
tarixində Ermənistan
faşizmi bir daha özünün çirkin sifətini dünyaya göstərdi. Füzuli rayonunun Alxanlı kəndinin ağır silahlardan hədəfli şəkildə
atəşə tutulması
nəticəsində 2 yaşlı
Quliyeva Zəhra Elnur qızı və nənəsi Sahibə Allahverdiyeva qətlə
yetirildi. Erməni mərmisinə tuş
gələn 18 aylıq
zavallı qızcığaz
evin yeganə övladı, sevinci idi. Öz kəndlərində, evlərinin həyətində
nənəsinin əlindən
tutub gəzişən
Zəhranın ölümü
bütün uşaqsevərləri,
insan həyatına ehtiramla yanaşan hər kəsi sarsıtdı.
Müharibə qəddardır, ancaq onun da yazılmamış
qanunları var. Onlara dəqiq riayətə görə hətta nifrət etdiyin düşmənə də
hörmət etmək
olar. Bu qanunlar dinc əhalini məqsədli surətdə
öldürməyi və
əzab verməyi qadağan edir. Bu qanunları pozanlar
öz üzərilərinə
"Domokl qılıncı"
kimi əbədi lənəti götürürlər.
Bu dəhşətlidir, ancaq bu belədir,
ona görə ki, dünyada Ali ədalət və Ali qisas vardır (Ermənistanın Azərbaycana
hərbi təcavüzünün
yaşyarımlıq Zəhra
Quliyeva faciəsi,
2017, s. 72).
Və
biz o qisası nəhayət
ki aldıq - döyüş meydanında...
O mələk simalı
körpələrin qanları
yerdə qalmadı.
Tarixə xalqımızın qəhrəman şəhid övladlarının müqəddəs qanlarıyla əbədi yazılan, 27 sentyabr 2020-ci il. Bu tarix bizim böyük Zəfər yolumuzun başlanğıcı oldu. Həmin gün Azərbaycan Ordusu, Ali Baş Komandanın əmriylə əks-hücuma keçərək 30 illik həsrətimizə son qoydular. Cəbhə xəttində əldə etdiyimiz uğurlardan hiddətlənən Ermənistan, məruz qaldıqları bu uğursuzluğun acısını dinc əhalidən çıxmaqla öz simalarını bir daha göstərdi. 27 sentyabr 2020-ci il tarixdən Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini, habelə elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan şəhər və rayonlarımıza raket və ağır artilleriya zərbələri endirdilər (iki sahil qazeti, 2020). Nəticədə mülki əhali və məsum uşaqlar arasında ölənlər və yaralananlar oldu. Ümumilikdə erməni vandallığı nəticəsində 65 mülki vətəndaş həlak oldu ki, onlardan 10-u uşaqlar oldu. 31 uşaq isə yaralandı. 2007-ci il təvəllüdlü Mayakov Artur 17 oktyabr tarixində Gəncəyə atılan raket nəticəsində yaralanaraq xəstəxanaya aparılmış, lakin 7 gündən sonra xəstəxanada dünyasını dəyişmişdi. Eyni qətliam nəticəsində 15 yaşlı Nigar Əsgərova da həlak oldu. Nigarla yanaşı, onun 10 aylıq xalası qızı Narin Xalıqova və anası Sevil Əsgərova da qətliamın qurbanlarından oldular. Ana ilə körpə eyni məzarda dəfn edildilər. Gəncə bombalanmasının qurbanlarından olan, yuxuda ikən həlak olan körpələrdən biri də 1 yaşlı Mədinədir... Bacı-qardaş 6 yaşlı Xəlilli Məryəm və 11 yaşlı Xəlilli Orxan da 17 oktyabr terrorunun qurbanları olub ("Nə evim qalıb, nə də uşaqlarım", 2020). Ermənilərin Gəncəyə atdıqları raket atəşi zamanı dağıntılar arasında qalan, xəsarət alaraq yaralanan nə qədər uşaq oldu. Onlardan biri Ömər Nəsirov o körpə məsumluğu ilə dilə gətirdiyi - "Daşın altında qaldım. Qorxdum... Bu, heç vaxt yadımdan çıxmayacaq..." sözləri nəinki onun özünün, heç bir azərbaycanlının yaddaşından silinməyəcək...
Uşaqlara qarşı erməni vəhşiliyi bununla bitmir. Bərdə rayonu, Yeni Əyricə kəndində fərdi yaşayış evinə mərmi düşməsi nəticəsində 2004-cü il təvəllüdlü Rəhimov Şahmalı Ətraf oğlu həlak oldu. Goranboy rayonunun Qızılhacılı kənd sakini 9 yaşlı Həsənov Elcan Elgün oğlu və Ağcabədi şəhərindən olan 5 yaşlı İbrahimova Ayan Rövşən qızı da yaralanaraq erməni terrorunun qurbanlarından oldular. Bundan əlavə, erməni terroru nəticəsində Ağcabədi rayonunun Taynaq kənd sakini 14 yaşlı İsgəndərov Fərid Dilafət oğlu, Naftalan rayonunun Qaşaltı kənd sakinləri 13 yaşlı Şəhriyar Qurbanov 14 yaşlı Fidan Qurbanova da həlak oldular (Azərbaycanlı uşaqlara qarşı erməni terroru, 2022). Bu uşaqların hər biri yaşlarının ən gözəl, saf, məsum çağlarında qəddar düşmənin dinc əhalini hədəfə almasının qurbanları oldular.
Günahsız dinc adamların, xüsusən məsum körpələrin vəhşicəsinə qətlə yetirilməsi həm müharibə qayda-qanunlarına, həm də bütün bəşəri prinsiplərə zidd hərəkətdir. Heç bir prinsiplərə riayət etməyən işğalçı Ermənistan isə, insanlığa qarşı hər cür zalımlığı etməkdən çəkinməyiblər. Əsrlər boyu Azərbaycan xalqı, onun torpaqlarında dövlət quran, onun maddi sərvətlərini istədiyi kimi çapıb talayan, onun xoş münasibətinə və ehtiramına yalnız xəyanət və pisliklərlə cavab verən erməni şovinist və revanşistlərindən hər cür əzab çəkmiş, hər cür zülm görmüşdür (Azərbaycanda erməni zülmü, 2001, s. 5).
Erməni terrorunu öz gözləri ilə görən, əzizləri,
doğmaları bu cinayətlərdə qurban olan
uşaqların həyatları boyu gözlərində, qəlblərində
daşıdıqları nisgil onları daha da mətin, daha da güclü
etdi. Axı onlar qəhrəman
Azərbaycan xalqının məğrur
övladlarıdırlar. Torpaqlarımızın erməni
işğalında olduğu vaxtlarda yaşları kiçik
olan uşaqlar
böyüdülər, onlara doğma olan yerləri əsla
unutmadılar. Onlar, hər zaman düşmən
tapdağı altında olan
torpaqlarımızın azad edilməsi uğrunda mübarizə aparmağa
hazır oldular. 44 günlük
Vətən müharibəsində əldə etdiyimiz
qələbə tarixdə bənzəri olmayan
qələbə oldu. Və biz bu qələbəyə
layiq idik. Biz qələbə
əldə edərək düşməni öz
doğma torpaqlarımızdan qovduq və o məsum
körpələrin qanını yerdə qoymadıq! Ümid edirəm ki, bir gün bütün
dünyada heç bir körpənin qulaqları güllə səsi
eşitməyəcək, dilləri müharibə kəlməsi
səsləndirməyəcək! Arzu edirəm
onlar qayğıyla əhatə olunmuş, sağlam, hərtərəfli,
hüquqları tam qorunacaq
halda böyüsünlər. Axı uşaqlar bizim gələcəyimizdir!
Leyla
İBRAHİMOVA
AMEA
Mərkəzi Elmi Kitabxanasının əməkdaşı
525-ci qəzet.- 2022.- 26 oktyabr.- S.11.