Firəngiz Əlizadənin "Muğamsayağı" əsəri San-Sebastyanda səsləndi

 

San-Sebastyan şəhərində, Bask Ölkəsi Milli Orkestrinin konsert zalında aparıcı skripkaçı Kamran Ömərlinin rəhbərliyi ilə "Le Monde" simli kvartetinin kamera musiqisi konserti olub.

525.az xəbər verir ki, konsertdən əvvəl Azərbaycanın İspaniyadakı səfiri Ramiz Həsənov Milli Orkestrin baş direktoru Oriol Rok ilə görüşüb. Səfir Azərbaycan musiqisinə, Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi Firəngiz Əlizadəyə göstərdiyi diqqətə görə orkestrin rəhbərliyinə təşəkkürünü bildirib. R.Həsənov Azərbaycan İspaniya arasında mədəniyyət körpüsünün yaradılmasının, xüsusən iki ölkənin orkestrləri konservatoriyaları arasında əlaqələrin qurulmasının zəruriliyini bildirib.

Milli Orkestrin baş direktoru Oriol Rok, öz növbəsində, mədəniyyətlərarası dialoqun əhəmiyyətini qeyd edərək, Azərbaycan İspaniya musiqiçilərinin iştirakı ilə layihələrin həyata keçirilməsində maraqlı olduğunu vurğulayıb.

Sonra R.Həsənov O.Rok konsertdə iştirak ediblər.

Bask Ölkəsi Milli Orkestrinin baş skripkaçısı, Reyna Sofiya Musiqi Məktəbini (İspaniya) bitirmiş Kamran Ömərli kamera musiqisi konsertinin proqramını "Colores de sonido" (Səsin rəngləri) adlandırıb.

"Le Monde" görkəmli Azərbaycan bəstəkarı Firəngiz Əlizadənin "Muğamsayağı" əsərini, eləcə norveçli bəstəkar Edvard Qriqin "G minor op 27 simli kvartet"ini ifa edib.

K.Ömərli bu il Firəngiz Əlizadənin yubiley ili olduğunu bildirərək deyib: "Vətənimdən uzaqda yaşasam da, mən öz növbəmdə, bir azərbaycanlı musiqiçi kimi, Firəngiz xanımı yubileyi münasibətilə təbrik etmək, Azərbaycan mədəniyyətinin İspaniyada təbliğinə töhfə vermək istədim".

Fransız skripkaçı Virjil Demiyak F.Əlizadənin əsəri ilə bağlı təəssüratlarını bölüşüb: "Muğamsayağı" çox təzadlı, sakit meditativ hissələrə malik əsərdir. Bu əsərdə zərb alətlərindən istifadə kvartet üçün yeni səs imkanları açır".

Polşadan olan violonçel ifaçısı Monika Mazur deyib: "Mən ilk dəfə Azərbaycan musiqisi ifa edirəm bu, çox maraqlı təcrübədir. "Muğamsayağı"na toxunaraq, sanki başqa reallığa keçirəm. Bu, yeni mədəniyyətləri musiqiləri təcrübədən keçirmək üçün əla "səyahət"dir".

Konsertdən sonra səfir R.Həsənov ispan dinləyicisini Azərbaycan musiqisi mədəniyyəti ilə tanış etdiyinə görə kvartetin musiqiçilərinə təşəkkürünü bildirib. Səfir qeyd edib ki, F.Əlizadənin əsərləri Azərbaycan musiqi mədəniyyəti xəzinəsinə daxil edilib Azərbaycan klassik musiqisinin iki ölkə arasında mədəni əməkdaşlığın qurulmasına xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

Qeyd edək ki, Milli Orkestrin 400 tamaşaçı tutumuna malik ən böyük zalında baş tutan kamera musiqisi konserti anşlaqla keçib.

 

525-ci qəzet.- 2022.- 26  oktyabr.- S.10.