Mədəniyyət və İncəsənət
Universitetinin nümayəndə heyəti
Özbəkistanda
Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin (ADMİU) rektoru
və nümayəndə
heyəti Özbəkistanda
səfərdə olublar.
Oktyabrın 19-da Özbəkistan Bədii Akademiyasının
Kəmaləddin Behzad
adına Milli Rəssamlıq və Dizayn İnstitutunda "Dünya alimlərinin nəzərində Kəmaləddin
Behzad yaradıcılığı"
adlı Beynəlxalq elmi konfrans keçirilib.
Konfransda Fransa, Türkiyə, İran, Azərbaycan və digər ölkələrin
səfirləri, səfirlik
nümayəndələri, mötəbər qonaqlar iştirak ediblər.
ADMİU-nun
rektoru, professor Ceyran Mahmudova, Beynəlxalq əlaqələr və tərbiyə işləri
üzrə prorektor,
professor Gülşən Əliyeva-Kəngərli,
Rəssamlıq fakültəsinin
"Təsviri sənət"
kafedrasının müdiri
Rəşad Cabarov,
"Təsviri sənət
tarixi və nəzəriyyəsi" kafedrasının
müdiri Aslan Xəlilov və
ADMİU-nun dosenti, sənətşünaslıq
üzrə fəlsəfə
doktoru Elfira Məlikova-Qurbanova İnstitutun
rektoru A.Mirzorəhimovun
xüsusi dəvətilə
konfransa qatılıblar.
Konfransın ikinci hissəsində məruzələr dinlənilib. Professor Gülşən Əliyeva-Kəngərlinin
həmsədrliyi ilə
baş tutan iclasda Azərbaycandan
ADMİU-nun Təsviri sənət
tarixi və nəzəriyyəsi" kafedrasının
müdiri, dosent Aslan Xəlilov maraqlı məruzə ilə çıxış
edib.
Konfransın sonunda ADMİU-nun nümayəndə
heyəti Kəmaləddin
Behzad adına
Milli Rəssamlıq və Dizayn İnstitutun rəhbərliyi
tərəfindən "Təşəkkürnamə"lərlə
təltif ediliblər.
Konfransdan
sonra ADMİU-nun rektoru
C.Mahmudova İnstitutla
yaxından tanış
olub, fakültələrin
iş prinsipi və keçirilən dərslərlə maraqlanıb.
Qərarlaşdırılıb ki, qarşılıqlı
müqaviləyə əsasən,
yaxın gələcəkdə
iki təhsil ocağının davamlı
olaraq müəllim və tələbələrinin
təcrübə mübadiləsi
aparılsın.
Özbəkistan səfəri çərçivəsində
universitetin rektoru,
professor Ceyran Mahmudova Özbəkistan Bədii Akademiyasının Kəmaləddin
Behzad adına
Milli Rəssamlıq və Dizayn İnstitutunun "Fəxri
professoru" seçilib.
Belə
bir yüksək təltifə görə Kəmaləddin Behzad adına Milli
Rəssamlıq və
Dizayn İnstitutunun rektoru A.Mirzorəhimova təşəkkürünü bildirən C.Mahmudova da öz növbəsində,
rəhbəri olduğu
universitetlə institutun
əlaqələrinin inkişafı
istiqamətində əlindən
gələni edəcəyini
bildirib.
Konfransın ikinci günündə iştirakçılar Özbəkistanın
Səmərqənd şəhərinə
səfər ediblər.
Oktyabrın 21-də
ADMİU-nun nümayəndə heyəti Özbəkistan Bədii Akademiyasının
prezidenti, Xalq rəssamı Akmal Nuridinovla görüşüblər. Görüşdə iştirak edən hər iki rektor
həyata keçiriləcək
layihələr və
yaradıcılıq planlarından
danışıblar. Oktyabrın
22-də ADMİU nümayəndə heyəti Özbəkistanda
yerləşən Heydər
Əliyev adına
Mədəniyyət Mərkəzini
ziyarət ediblər. Buradakı mühitlə yaxından tanış
olan rektor C.Mahmudova Mərkəzə
ADMİU tələbələrinin əl işi olan "Xarı bülbül" rəsmini
hədiyyə edib.
Özbəkistan səfəri Tətbiqi Sənət Muzeyinin və tarixi-memarlıq abidələrinin ziyarəti
ilə yekunlaşıb.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2022.- 26 oktyabr.- S.10.