Zəfər Günümüz Almaniyada silsilə konsertlərlə qeyd olunur

 

Almaniyanın Köln şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən 525.az-a bildirilib ki, Komitənin dəstəyi "Suite music" təşkilatının təşəbbüsü ilə baş

Əvvəlcə konsertdə Almaniyada yaşayan azərbaycanlı müğənni Seyran İsmayılxanov iki il öncə ölkəmizin Vətən müharibəsində qazandığı parlaq qələbə barədə qısa məlumat verib, Zəfər Günü münasibətilə xalqımızı dünya azərbaycanlılarını təbrik edib.

Sonra Seyran İsmayılxanovun tanınmış musiqiçi Anna Goldun ifasında Azərbaycan Avropa bəstəkarlarının mahnıları səsləndirilib. Təqdim olunan əsərlər xoreoqrafiya qrupunun (Faye Anderson Ələkbər Ağalarov) çıxışı ilə müşayiət olunub. Konsert proqramı tamaşaçıların alqışları ilə qarşılanıb.

Konsert zamanı Dövlət Komitəsinin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Zəfər Gününə həsr olunmuş növbəti konsert oktyabrın 28-də Leverkuzen, noyabrın 19-da Frankfurt-Mayn şəhərlərində keçiriləcək.

Konsertlər 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbənin təbliğinə, alman ictimaiyyətinin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılması məqsədinə xidmət edir.

 

525-ci qəzet.- 2022.- 26  oktyabr.- S.10.