Qarabağın və Şərqi Zəngəzurun ekoloji yaraları: işğaldan qalan zədələr

 

Qarabağ onun ətrafındakı rayonların uzun müddət işğal altında saxlanılması nəticəsində həmin ərazilərdə bioloji müxtəlifliyə, o cümlədən, flora fauna növlərinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə ciddi zərər vurulub. Ərazilərin yandırılması, su resurslarının çirkləndirilməsi, qiymətli ağac növləri ilə zəngin meşələr, eləcə təbiət abidələri, ümumilikdə yeraltı yerüstü təbii sərvətlərin məqsədli şəkildə talan edilməsi nəticəsində ekoloji tarazlıq pozulub Azərbaycanın ekologiyasına ciddi ziyan dəyib.

Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti məhz Şuşa şəhəri yaxınlığında yerləşən dövlət qoruğu hesab edilən Topxana meşələrinin qırılması ilə başlamışdır. Ermənistanın işğalı altında qalmış 260 min 311 hektar meşə sahəsi bu ərazilərdə palıd, fıstıq, vələs, göyrüş, şam, ağcaqayın, ayı fındığı, qoz, çinar kimi qiymətli ağac cinsləri kəsilərək müxtəlif məqsədlər üçün istifadə olunub.

Azərbaycanın işğaldan azad olunan ərazilərində 43 min hektar sahəsi olan xüsusi mühafizə olunan təbiət ərazilərində "Azərbaycan Respublikasının Qırmızı Kitabı"na daxil edilmiş 24 fauna 70-dən çox flora növü qorunurdu ki, bunların da əksəriyyəti artıq məhv edilib.

Təbiət abidəsi statusuna malik 152 sayda ağac, 8 xüsusi qiymətli meşə sahəsi, 6 ədəd geoloji-palentoloji obyekt yaşı 120 ildən 2000 ilədək olan pasportlaşdırılmış 145 Şərq çinarı digər təbiət sərvətləri uzun illər ağır misli görünməmiş talanla üz-üzə qalmışdır. Kəlbəcər rayonunda 968 hektar ərazini əhatə edən "Qırmızı kitab"a daxil edilən Ayı fındığı ağacları da kütləvi şəkildə qırılıb.

Azərbaycanın işğaldan azad olunan ərazilərində ekoloji əhəmiyyətə malik 7 relikt göl 10 su anbarı işğalçı Ermənistan tərəfindən ciddi antropogen təsirə məruz qalmışdır. Azərbaycan ərazisindən axan çayların çoxu Ermənistandan Qarabağın ərazisindən qaynaqlanır. İşğal olunmuş ərazilərdə axan yerləşən su mənbələrinin uzun illər boyu çirkləndirilməsi qiymətli balıq növlərinin yox olmasına balıq ehtiyatlarının tükənməsinə səbəb olub.

Ümumi həcmi 631 milyon m3 olan 10 su anbarı, o cümlədən, Tərtər çayı üzərində inşa edilən, su tutumu 560 milyon m3 olan 100 min hektardan artıq əkin sahəsinin suvarılmasına hesablanan Sərsəng su anbarı texniki xidmət göstərilmədiyindən ətraf ərazilərdə yaşayan əhali üçün potensial təhlükə mənbəyinə çevrilmiş, su anbarından aşağıda, dağətəyi aran hissədə yerləşən yaşayış məntəqələrində yaşayan 400 min əhali təhlükə altında qalıb.

Ekologiya Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında Ermənistanın törətdiyi kütləvi ekoloji terror nəticəsində nadir ağac bitki növləri, o cümlədən, çinar şam meşələri məhv edilib. Vəhşi heyvanlara belə rəhm edilməyib.

İşğaldan azad olunan ərazilərimizdə erməni vandallarının törətdiyi ekoloji terror su mənbələrimizin korlanması, meşələrimizin qırılması, regionun ekoloji tarazlığının pozulmasına ciddi təsir göstərib.

Bu ərazilər tanınmaz hala salınıb. Döyüş mövqelərində qazılan səngərlər, gündən-günə genişləndirilən əlavə yollar, oyuq sığınacaq yerləri, mühəndis-istehkam qurğularının inşası bu ekoloji fəlakətin sərhədlərini daha da genişləndirib, torpaq quruluşunda baş verən müəyyən dəyişikliklər isə yağışlı-yağmurlu havalarda sürüşmələrə erroziyalara gətirib çıxarıb.

Beyləqan-Füzuli istiqamətində Ermənistan silahlı qüvvələrinin yerləşdiyi döyüş mövqelərində təmas xətlərindəki binalar yaşayış məntəqələri işğalçılar tərəfindən sökülərək yanacaq tikinti materialları kimi istifadə edilib. İşğal altında olan Kəlbəcər rayonu ərazisindəki "İstisu" təbii mineral suyu Ermənistanın "Cermuk" şirkətlər qrupu tərəfindən qablara doldurularaq, üzərində Ermənistanın Cermuk yaşayış məntəqəsinin ərazisindəki bulaqlardan doldurulması barədə kimyəvi tərkib haqqında saxta məlumatlar yazılmaqla, adıçəkilən şirkətlər tərəfindən xarici ölkələrə satılıb.

Su ehtiyatlarının çirkləndirilməsi, meşələrin yandırılması taktikası Ermənistanın ekoloji terror siyasətinin əsas elementlərindən idi.

Ermənistanın həyata keçirdiyi təcavüz siyasəti nəticəsində işğal olunan ərazilərdəki Azərbaycan təbiətinə, bioloji müxtəlifliyinə bütövlükdə, regionun ekoloji durumuna güclü təsir göstərib.

Ermənistan tərəfindən işğal edilən Azərbaycan ərazilərində 13197, 5 hektar qiymətli meşə sahəsi misli görünməmiş vandalizmə məruz qalıb.

Döyüşlər zamanı ermənilər qadağan olunan fosfor bombalarından istifadə ediblər. Bu bombaların düşdüyü ərazidə hər şey məhv olur. Azərbaycanın işğal olunan ərazilərində qəsdən törədilən yanğınlar nəticəsində, təxminən, 110 min hektar ərazi sıradan çıxıb. Ermənistan qəsdən zəhərli, söndürülməsi mümkün olmayan istifadəsi qadağan olunmuş fosfor bombalarından istifadə etməklə, Şuşa meşələrinə sağalmaz yaralar vurub.

Millət vəkili Afət Həsənova deyir ki, ermənilər torpaqlarımızı 30 ilə qədər müddət ərzində işğal altında saxladığı müddətdə evləri, binaları, mədəniyyət abidələrini sosial obyektləri məhv edib şəhərlərimizi viran qoymaqla yanaşı, ərazilərimizdə ekoloji terror törədiblər, təbiətimizi vəhşicəsinə talan ediblər. Ermənistanın ekoloji terroru nəticəsində regionda ekoloji tarazlıq pozulub.

Ermənilərin törətdiyi ekoloji terrorun, təbiətə vurduqları ziyanın miqyası o qədər böyükdür ki, onu heç zaman tamamilə aradan qaldırmaq mümkün olmayacaq: "Ermənilərin törətdiyi ekoloji vəhşilik, meşələri, flora faunaları məhv etməsi, çayları çirkləndirməsi təkcə Azərbaycana qarşı deyil, bütün dünyaya qarşı bir cinayətdir, çünki ermənilərin bu vəhşiliyi nəticəsində regionda ekoloji balans pozulub. Rəqəmlərə diqqət yetirsək, ermənilərin təbiətə qarşı törətdiyi vəhşiliyin qədər böyük miqyasda olduğunu aydın görə bilərik. Belə ki, məlumatlara əsasən, işğala məruz qalan torpaqlarımızda 280 min hektar meşə sahəsi olub bundan 13197,5 hektarı qiymətli ağac növləri olub. İşğaldan azad olunan Zəngilan, Ağdam, Kəlbəcər, Qubadlı digər rayonlarda qiymətli ağac növlərinin çoxu yarımfabrikat kimi xarici ölkələrə daşınıb. Yəni işğal dövründə bütün maddi sərvətlər talan olunub, meşələr kəsilərək satılıb, təbii resurslar qarət edilib. Ermənilərin törətdiyi digər bir vəhşilik isə təbii abidə hesab olunan ağacları məhv etməsidir. Azərbaycanda bir sıra ağaclar hələ sovet dövründə təbiət abidələri siyahısına daxil edilmişdi. 30 ilə qədər erməni işğalı altında qalmış ərazilərdə 152 ədəd belə ağac mövcud olub. Bu ağacların siyahısına Şərq çinarı, Dağdağan, Palıd, Saqqız ağacı digər ağaclar daxil olub.

Bu ağacların çox qədim, 1600 il yaşı olub. İşğaldan azad edilən ərazilərdə mövcud olan 152 ədəd ağacdan Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Xocavənd Ağdam rayonu əraziasində 139 belə ağacın möcvud olduğu əraziyə baxış keçirilib məlum olub ki, bu ağaclardan 123-ü məhv edilib, yandırılıb, kəsilib, yəni o ağaclar artıq yerində yoxdur".

 

Millət vəkili bildirib ki, ermənilər həmçinin, suçaylar vasitəsilə ekoloji terror törədiblər: "Belə ki, Ermənistanın ekoloji terroru nəticəsində su ehtiyatları, çaylar da çirklənməyə məruz qalıb. Bunun nəticəsində Azərbaycan ərazisindən keçən Araz çayının 43 kilometr hissəsində mikrofloramikrofauna məhv edilibsuyun tərkibindəki ağır metalların miqdarı normadan dəfələrlə çoxdur. Araz çayını ən çox çirkləndirən çaylardan biri Zəngilan rayonu ərazisindən axan Oxçuçaydır. Ermənistan dağ-mədən kombinatlarının yüz min tonlarla ağır metal duzlarını, kimyəvi turşuları Oxçuçayına axıdır və ekoloji terror törədir. Bu çay Ermənistandakı zavodlar tərəfindən o qədər çirkləndirilib ki, artıq suvarma üçün də yararsızdır. Suda zərərli maddələrin çox olması insan sağlamlığı üçünciddi təhlükədir".

Onun sözlərinə əsasən, ermənilər 44 günlük Vətən müharibəsi dövründə də ekologiyaya böyük zərbə vurdular: "Azərbaycan qarşısında tap gətirə bilməyən mənfur düşmən təbitə qarşı da ciddi ziyan vurmağa çalışırdı. Belə ki, Ağcabədi və Göygöl rayonlarını mütəmadi artilleriya atəşinə tutması nəticəsində AğgölGöygöl milli parklarının ərazilərinə bir neçə dəfə raket mərmiləri düşdü və həmin ərazilərdə yanğınlar baş verməklə florafaunaya, təbii landşafta ciddi ziyan dəydi. Bundan başqa, düşmən Azərbaycan Ordusunun gəldiyini görüb meşələrimizi yandırmağa, ağacları məhv etməyə başladı və təbiətə ciddi ziyan vurdu".

Afət Həsənova qeyd edib ki, Ermənistan tərəfindən ətraf mühitə qarşı bu cür qəddar və qeyri-humanist hərəkətlər beynəlxalq ictimaiyyət tərəfindən şiddətlə qınanmalı və Ermənistan bu ekoloji terrora görə cavab verməlidir.

İşğaldan azad olmuş torpaqlarımız həm Birinci Qarabağ müharibəsində, həm işğal müddətində, həm də İkinci Qarabağ müharibəsində kifayət qədər zərər görüb. Müharibə özü də təbiətə təsirsiz ötüşmür. Müharibədə istifadə olunan silahlar təbiətə zərər verir və heyvanların yuvalarını tərk etməsinə səbəb olub. Təbiət elə bir varlıqdır ki, antropoloji amillər təsir etməsə, özü-özünü müddət keçdikcə bərpa edə bilər. Əsas odur ki, xüsusi mühafizə olunsun. Qarabağın təbiətinin flora və faunasının bərpa olması üçün onların qorunmasına şərait yaratsın. Beləliklə, bitkiheyvanat aləmi özünü bərpa edə biləcək.

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2022.- 28 oktyabr.- S.14.