90 yaşlı "Şuşa"
qəzeti
Azərbaycanın mədəniyyət tarixində
dərin iz buraxmış Şuşa
şəhərində tarixən
ədəbiyyata, incəsənətə
böyük maraq olub, bu şəhər
Azərbaycanın elm, mədəniyyət,
musiqi tarixinə bir çox böyük şəxsiyyətlər
bəxş edib.
Bu il Azərbaycanda
"Şuşa İli"
elan olunub. Artıq başa çatmaqda olan bu il Şuşanın adı ilə bağlı bir əlamətdar tarixə də şahidlik edir: "Şuşa" qəzetinin
90 yaşı tamam olur. Qeyd edək ki,
1932-ci ildən nəşrə
başlayan bu illər ərzində qəzet müxtəlif adlarla fəaliyyət göstərib.
Qəzetin redaktoru - tanınmış
tədqiqatçı-jurnalist, yazıçı Vasif Quliyevin sözlərinə
görə, Şuşanın
ziyalı mühiti tarixən mətbuata böyük maraq göstərib: "Şuşa
ziyalıları qəzetə,
jurnala, kitaba tarixən böyük diqqətlə yanaşıblar.
1875-ci ildə "Əkinçi" qəzeti
nəşrə başlayanda
şuşalılar bu
qəzetə abunə
yazılırdılar. Həm də təkcə "Əkinçi" qəzetinə
yox, ondan sonra nəşrə başlayan "Ziya",
"Kaspi" və digər bir neçə qəzetə
də Şuşada kütləvi abunə var idi. Bundan əlavə, XIX-XX əsrdə "Əkinçi",
"Ziya", "İrşad",
"Həyat" qəzetlərində,
"Molla Nəsrəddin",
"Füyuzat" jurnallarında
Şuşa ilə bağlı müxtəlif
səpkili yazılar yer alıb. Bu
yazılarda həm Şuşanın mədəniyyətinə
diqqət yetirilir, həm də orada baş verən hadisələrlə
bağlı materiallara
yer verilirdi".
Hələ XX əsrin əvvəllərindən
Şuşada bir neçə qəzet işıq üzü görməyə başlayıb. Vasif Quliyev deyir ki,
"Şuşa" qəzeti
yaranana qədər Şuşada həm rus, həm də
Azərbaycan dilində
qəzetlər nəşr
edilirdi: "Həmin qəzetlərdən biri
"Şuşinski jizn",
digəri isə "Şuşinski listok" qəzetləri idi. "Şuşinski listok" qəzeti rus, "Şuşinski Jizn" qəzeti isə yarı Azərbaycan, yarı rus dilində nəşr edilirdi. Bunlar Şuşada nəşrə
başlayan ilk qəzetlər
olub. Şuşada mətbuata maraq
və diqqət Azərbaycan Xalq Cümhuriyyəti dövründə
də davam edib. 1919-cu ildə
Şuşada "Qarabağ
əkinçisi" adlı
qəzet çıxıb".
"Şuşa" qəzetini
də məhz bu nəşrlərin davamçısı saymaq
olar. Qəzet 1932-ci ildə "Sosializm maldarçılığı"
adı ilə nəşrə başlayıb.
Qəzet
1932-ci ildə rayon partiya
komitəsi tərəfindən
təsis edilib. Sonrakı illərdə qəzet "Sosialist maldarlığı", "Kolxoz
bayrağı", "Şuşa
kurortu" adları altında fəaliyyət göstərib. Nəhayət, 1965-ci ildən başlayaraq
qəzet "Şuşa"
adı ilə nəşr edilib. Bu
90 ildə qəzetə
təxminən 20 nəfər
redaktorluq edib: Camal Ələsgərov, Həsənqulu Abbasov, İkinci Dünya müharibəsi dövründə
Hüseyn Kərimov, daha sonra isə
Səfər Quliyev, İdris Hacıyev, İdris Məhərrəmov,
Əyyub Kazımov, Fərrux Tağıyev, İsrafil Əbilov, Rəfiqə Tağıyeva.
2005-ci ildən bu günədək isə qəzetin redaktoru Vasif Quliyevdir.
Ancaq "Şuşa"
qəzeti ilə bağlı olan bir neçə mənfi məqam da var. Biri elə
odur ki, məsələn, həmən
redaktorlar arasında təsadüfi, jurnalist ixtisasına yiyələnməmiş
adamlar da olub.
"Şuşa" qəzetinin
o dövrlər digər
rayon qəzetlərindən çox böyük fərqi və üstünlüyü olub. V.Quliyevin
sözlərinə görə,
bu fərq qəzetdə daha çox ədəbiyyatla,
incəsənətlə bağlı
yazıların dərc
olunmasında özünü
göstərib: "Digər
bölgə qəzetlərində
daha çox pambıqçılıqdan, kənd
təsərrüfatından, kolxozdan bəhs edilirdi. Bu cəhətdən
"Şuşa" qəzeti
fərqli idi. Qəzetdə mədəniyyətlə, ədəbiyyatla, musiqi ilə bağlı yazılara daha çox üstünlük
verilirdi. "Şuşa" qəzeti
rayon qəzeti olmasına
baxmayaraq, həm o dövr, həm də indiki dövrdə təkcə Şuşada yox, bütün Azərbaycanda
tanınan bir qəzet olub".
"Şuşa" qəzetində
Azərbaycanın tanınmış
şair və yazıçılarının, o cümlədən, Səməd
Vurğun, Məmməd
Rahim, Cəfər Xəndan, Süleyman Rüstəm, Yusif Vəzir Çəmənzəminli
kimi qələm adamlarının əsərləri
vaxtaşırı çap
olunub. Ötən əsrin 30-cu illərində
qəzetin səhifələrində
bir sıra maraqlı rubrikalar ("Müxbirlərin səsi",
"Müxbirlərimiz yazırlar",
"Müxbir siqnalları",
"Xarici ölkələrdə",
"Cəbhədə xəbərlər"
və s.) yer alıb.
1992-ci ildə Şuşanın
erməni işğalına
məruz qalması
"Şuşa" qəzetinin
də fəaliyyətinə
təsirsiz ötüşməyib. Bundan sonra qəzet düz 13 il
fəaliyyətini dayandırmalı
olub. Yalnız 2005-ci ildən başlayaraq
"Şuşa" qəzeti
fəaliyyətini Bakıda
davam etdirməyə başlayıb.
2020-ci il noyabrın
8-də şanlı ordumuzun
Şuşanı işğaldan
azad etməsi bütün xalqımız
kimi, Şuşanı
90 ildir təmsil edən bu qəzet
üçün də
tarixi hadisədir. Bu, "Şuşa" qəzeti üçün
həm də yeni bir nəfəs
deməkdir. Qəzetin də
Şuşaya qayıdacağı
günlər də uzaqda deyil. Redaktor Vasif Quliyev deyir
ki, qəzetin öz doğma şəhərə qayıdıb
öz fəaliyyətini
orada davam etdirəcəyi gün hər birimiz kimi, onun da
arzusudur. Əgər Şuşada
qəzet nəşri üçün şərait,
imkan yaradılarsa, o da öz fəaliyyətini
məmnuniyyətlə Şuşada
davam etdirmək istəyir. İnanırıq ki, bu arzu da texliklə
gerçək olacaq,
"Şuşa" qəzeti
yenidən Şuşada
işıq üzü
görəcək, bu möhtəşəm şəhərdə
mətbuat yenidən canlanacaq.
Fərid SANÇAR
525-ci qəzet.- 2022.- 28 oktyabr.- S.8.