Yazıçıların qurultayına
sözardı
Dostlar, son iki-üç
gündə sosial mediada əsasən üç məsələ
(sual) müzakirə olunur.
1.Niyə
Anar?
2. Çingiz Abdullayev jurnalistə niyə sərt cavab verdi?
3. Gənclərə niyə
söz verilmədi?
Başlayaq birincidən. AYB-yə sədr olmaq üçün keyfiyyətləri
qısaca deyəcəm:
Peşəkarlıq, nüfuz,
humanizm, ədalət və təmkin, yəni kübarlıq. Bütün bunlar Anarda var. Ürəyindən namizədlik
keçən məşhur
yazarlarımız bunu
çox gözəl bilir. AYB üzvlərinin
nazı ilə oynamağa çoxlarının
hövsələsi çatmaz.
Mən ilin əvvəlindən qurultaya hazırlığın
kuratoru olmuşam və bunu yaxşı
bilirəm.
İkinci məsələ. Mətbuatı izləyənlər və təcrübəli adamlar Çingiz Abdulayevin emosianal və sərt davranışını anlaya
bilərlər və anlamalıdırlar da.
Ayıq başla, emosiyalar səngiyəndən sonra ağıl verməyə nə var ki?
Özü də sual verən müxbirin kimliyi də bilinmir. Neçə ildir kimlərinsə
marağına işləyən
mətbuatda bu fikirlər dolaşır.
"Çingiz Abdullayev
AYB-nin birinci mərtəbəsini arendaya
verib, pulları mənimsəyir", "Çingiz
Abdullayev AYB-nin binasını girov qoyub kredit alıb",
"203 min hara gedib?"
və s. və i. Dostlar, biz uzun müddətdir ki, qurultaya hazırlaşırıq.
Ölkəmiz üçün bu qədər əhəmiyyətli olan bir tədbirə belə bayağı yanaşmaq anlaşılan
deyil. Mən Çingiz Abdullayevin
ölkəmiz, AYB üçün
hansı işlər gördüyünü, hansı
əziyyətlər çəkdiyini
demək istəmirəm.
Bəzilərini bilirsiniz, çoxunu
isə yox. Amma mən bütün bunların şahidiyəm.
Anarın da, Çingiz
Abdullayevin də, qurumda təmsil olunan yetkililərin də bu pulları
mənimsəməyə ehtiyacı
yoxdur. Ləyaqətli
adam ona
görə oğurluq
etmir ki, bunu bacarmır, yaxud da bunun
üstünün nə
zamansa açılacağından
qorxur, sadəcə ona görə etmir ki, bu
əməl onun düşüncə tərzi,
əxlaq prinsipləri
ilə daban-dabana ziddir.
Ləyaqətsizləri isə görmüsünüz: milyonları
mənimsəyiblər və
cəzalarını alıblar.
Dövlət bu mötəbər
tədbirə ona görə pul ayırıb ki, yazıçıların ölkəmizin
həyatında, mədəniyyətində,
mənəviyatında hansı
önəmli işlər
gördüyünün fərqindədir.
Başqa şeyləri
demirəm: hər kəs qonaq qarşılayanda (ən kasıbı belə) onun qarşısına urvatlı çıxmaq istəyir...
Bəli, Çingiz Abdullayev rusdilldir. Amma Solovyov kimi ermənipərəst, şovinist
birisinin qarşısına
çıxanda, ölkə
dışında brendə
çevrilən bir yazarımız kimi onunla fəxr edəndə belə düşünmürdünüz axı. Azərbaycan dilində danışmaq vacibdi, amma doğma
dilimzidə danışan
o qədər yararsız
və mənasız adamlar var ki!
AYB-yə niyə pul ayırdılar deyənlər isə, inciməyin, qul psixologiyasının daşıyıcılarıdır. Hələ onu demirəm ki, (əslində deməliyəm) kimlərsə belə kritik bir məqamda dövlətlə yazıçıların arasına girməyə uğursuz cəhdlər edir. Savaş hələ bitməyib...
Üçüncü məsələ. Qurulataya namizədəm (ifadəyə bax e?!) deyə sosial şəbəkədə özünü didib-dağıdan bu gənclərin kimlər tərəfindənsə öyrədilməsi açıq-aydın görünür. Belə olmasaydı, onlar Qurultayın Rəyasət heyətinə yazılı müraciət etməli, sədrliyə namizədliklərinin qeydə alınmasını istəyərdilər. Gələcək sədr kimi (gülməli çıxmasın) platformalarını çap edib qurultay nümayəndələrinə paylamalıydılar. Amma nə bunların başbilənləri, nə də özləri bunu etməyiblər. Xətrlərinə dəyməsəydi, deyərdim ki, ağııları kəsməyib. Sosial şəbəkədə yazılan təhqirləri nəzərə alsaq, onlara söz verilsəydi, nələr baş verəcəyini proqnozlaşdırmaq çətindir.
Özü də sədrliyə iddialı Fuad Cəfərli Gənclər Şurasının üzvüdür. Gənclər onu dəstəkləsəydilər, Gənclər Şurasının sədri Fərid Hüseyn öz çıxışında buna toxunardı…
Bir işi görməzdən əvvəl adam özünə sual verməlidir: mən bunu haqq eləmişəmmi? Bu yerdə suala cavab mənfidir. Nizamnamə və demokratiya populist çıxışlar üçün deyil və şantaj üsuluna çevrilməməlidir...
Və bir vacib qeyd. Tanınmış yazarımız, Mətbuat Şurasının sədri Rəşad Məcid doğru deyir və biz də bunu illərdir, deyirik: Azərbaycan mətbuatının saflaşmağa, peşəkarlaşmağa ehtiyacı var...
Mətbuatda mərhəmət itib, dostlar. Deməli, insanlığa da mərhəmət azalıb...
Xeyirli günlər, dostlar!
Elçin HÜSEYNBƏYLİ
525-ci qəzet.- 2022.- 29 oktyabr.- S.11.