Torpağım, daşım qərib...  

 

QÜRBƏT TALELİ SOYDAŞLARIMIZIN QƏRİB DİALEKT VƏ FOLKLORUNA DAİR

 

 

Zaman-zaman vətənimizin əraziləri parça-parça bölünərək başqa dövlətlərin tərkibinə qatılmışdır. Lakin həmin ərazilərdə, ata-baba yurdlarında yaşayan soydaşlarımız ləhcələrini, folklorunu etnoqrafiyasını qoruyub saxlamışlar. Bununla belə, yüz illər ərzində bir qədər unutqanlıq yadlaşma özünü göstərmişdir. Qürbət taleli soydaşlarımızın "Bilmirəm haralıyam, torpağım, daşım qərib" misraları onların ürək çırpıntılarını, soydaşlara qovuşmaq həsrətini bariz şəkildə göstərir.

İnsanın tarixin yaddaşı gödək olur.

Yaddaşı bərpa etmək, Azərbaycandan ayrı düşmüş soydaşlarımızın qərib dialekt folkloru üzərində tədqiqat apararaq birliyimizi təmin etmək, unutqanlığa son qoymaq naminə Milli Elmlər Akademiyamızın Dilçilik, Ədəbiyyat Folklor İnstitutları əməli işlər görürlər. Bu işə ilk olaraq Dilçilik İnstitutunun direktoru akademik M.Şirəliyev başlamışdır. O vaxt Elmlər Akademiyasının gəlhagəl vaxtı idi. Hamı o məbəddə işləməyə can atırdı. İnstitutda Azərbaycan dilindən dərs deyən, sürgün həyatı yaşamış müəllimim Qulam Bağırov məni professora təqdim etmişdi.

1962-ci ildə institutu bitirərək İraq Respublikasına tərcüməçi işləməyə gedəndə, professor məni yanına çağıraraq dedi: "Oğlum, İraqda azərbaycanlılar yaşayırlar, bu böyük şansdır, onların dialektini öyrən, material topla, qayıdanda müdafiə edərsən". Mənə mövzu verdi təsdiq etdirdi. Dialektologiya şöbəsinə göstəriş verdi ki, məni dialektoloji materialla təmin etsinlər, material toplama proqramı versinlər. Şöbənin əməkdaşları mənə dialektologiyaya dair çoxlu kitablar da verdilər. Allah hamısına rəhmət eləsin. Çox qayğıkeş, təmənnasız insanlar idi.

İraqda dörd il çalışdıqdan sonra vətənə döndüm 1969-cu ildə "Kərkük dialektinin fonetikası" adlı dissertasiya müdafiə etdim. Professor məndən çox sevinirdi. Düzü, o vaxt görülən işi lazımınca dəyərləndirə bilmirdim. Bu işin bəhrəsini sonralar gördüm. Akademik Ağamusa Axundov Dr.Əbdüllətif Bəndəroğlunun redaktorluğu mənim fəal iştirakımla Dialektologiya şöbəsinin alimləri "İraq Türkman ləhcəsi" (Bakı, "Elm", 2004, 422 səh.) adlı sanballı kitab yazdı. Bu monoqrafiya İraq türkman ləhcəsinə dair ilk nəzəri əsər idi (Təvazökarlıqdan kənar olmasın, kitabı öz hesabıma çap etdirdim).

Akademik Məmmədağa Şirəliyevin ən böyük xidmətlərindən biri Dərbənd dialekti ilə bağlıdır. Alimin rəhbərlik etdiyi Dialektologiya şöbəsinin əməkdaşları M.İslamov, B.Tağıyev, S.Behbudov, Ə.Ağayev, Z.Xasıyev, N.Məmmədov, F.Xalıqov Sovet sisteminin laxlamağa başladığı 1976-80-ci illər arası 7 (yeddi) dəfə Dağıstanın Dərbənd Tabasaran rayonlarında dialektoloji ekspedisiyada olmuş, zəngin material toplamışdılar. Ekspedisiyalarda Dərbənd rayonunun 20 kəndindən - Vəlikənd, Zidyan, Padar, Tatlar, Ulutərəkəmə, Dəli Çoban, Molla Xəlil, Qaradağlı s., Tabasaran rayonunun 9 kəndindən dialektoloji material toplamış, tədqiqat apararaq ortaya "Azərbaycan dilinin Dərbənd dialekti" adlı abidə bir əsər qoymuşlar (Bakı, "Elm", 2009, 448 səh.).

 

Bilmək maraqlıdır ki, "Azərbaycan dilinin Dərbənd dialekti"ni yaradan yaşadanlar indi Dərbənd Tabasaran rayonunun - 30-dan artıq kəndində həyatlarını sürürlər.

Onu da deyim ki, Dərbənd ədəbi mühiti tədqiq edilib. Araşdırmanı əslən Dağıstandan olan, Ədəbiyyat İnstitutunun əməkdaşı Mövlud Yarməmmədov aparmışdır.

Dərbənd Aşıq mühiti Məhərrəm Qasımlının rəhbərliyi ilə alimlər qrupu tərəfindən tədqiq edilmişdir. Professor Məhərrəm Qasımlı, Fəxrəddin Qəribsəs Zeynəb Dərbəndli dəfələrlə Dərbənd ətraf kəndlərdə olmuş, zəngin material toplamış "Dərbənd. El sənətkarları" (Bakı, 2019, 272 səh.) adlı kitab buraxmışlar.

Görkəmli folklorşünas alim Məhərrəm Qasımlı, Oruc Əliyev Rza Xəlilov Dərbənd folklorunu da tədqiq etmiş, "Dərbənd. Folklor örnəkləri" (Bakı, 2014, 368 səh.) adlı kitab çap etmişlər.

İrəvan ədəbi mühitini isə Ədəbiyyat İnstitutunun əməkdaşı, professor Mirəli Seyidov professor Əkbər Yerevanlı tədqiq etmişdir.

Göyçə Aşıq mühitini Folklor İnstitutunda professor Hüseyn İsmayılov araşdırmış sanballı monoqrafiya nəşr etdirmişdir.

Borçalı Aşıq mühitini Ədəbiyyat İnstitutunun Folklor yazılı abidələr şöbəsinin əməkdaşı Tinatin Məmmədova tədqiq etmiş 1999-cu ildə "Borçalı Aşıq mühiti" monoqrafiyasını çap etdirmişdir. Borçalı folkloru da Ədəbiyyat İnstitutunun əməkdaşları tərəfindən tədqiq edilmişdir. Borçalı dialekti isə Dilçilik İnstitutunda araşdırılmışdır.

İraqda yaşayan soydaşlarımızın folkloru bizim tərəfimizdən araşdırılmış və "Kərkük folkloru antologiyası" adı altında böyük tirajla çap olunmuşdur (Bakı, "Azərnəşr", 1987, 367 səh., təkrar nəşr 1990). Sonralar latın qrafikası ilə Folklor İnstitutunda Ə.Bəndəroğlu və mənim birgə hazırladığımız "Azərbaycan folkloru antologiyası, İraq Türkman cildi" nəşr olundu (Bakı, "Ağrıdağ", 1999, təkrar nəşr "Nurlan", 2009, 436 səh.). Eyni zamanda, iki cilddən ibarət  "İraq Türkman poeziya antologiyasını" çap etdirdim (Birinci cild - Bakı, "Elm və təhsil", 2019, 464 səh., ikinci cild - Bakı, "CBS PP", 2021, 464 səh.).  Ədəbiyyat İnstitutunda "İraq Türkman nağıllar kitabı"ım geniş ön sözlə (7-36) çap edilmişdir. (Bakı, "Təhsil", 2014, 432 səh.)

Folklor İnstitutunun bu sahədə gördüyü işlər əlamətdardır. İnstitut Zəngəzur folkloruna həsr olunmuş iki kitab buraxıb. Bundan əlavə institut 30 ilə yaxın işğal altında olmuş ərazilər daxil, Qarabağ folkloruna dair "Qarabağ: folklor da bir tarixdir" adı altında 10 (on) kitabın hazırlanması və çapına nail olmuşdur.

Qarabağ mənfur ermənilərin işğalı altına düşənə qədər Laçın Diyarşünaslıq Muzeyinin direktoru vəzifəsində çalışan, AMEA Arxeologiya, EtnoqrafiyaAntropologiya İnstitutunun baş elmi işçisi Solmaz Məhərrəmova XIX-XX əsrin əvvəllərinə dair Zəngəzur, Cəbrayıl və Cavanşir qəzalarının materialları əsasında sanballı tarixi-etnoqrafik əsər yazmışdır.

Bütün bu tədqiqatların gələcəkdə, elə indinin özündə də, tariximizana dilimiz üçün necə böyük əhəmiyyət kəsb etdiyini dərk etmək o qədər də çətin deyil.

 

Qəzənfər Paşayev

Əməkdar elm xadimi

 

525-ci qəzet.- 2022.- 29 oktyabr.- S.10.