Gülyanaq Məmmədova Özbəkistanın
"Xalq artisti"
adına layiq görülüb
Özbəkistanda bir sıra azərbaycanlı
elm və mədəniyyət
xadimləri mükafatlandırılıblar. Belə ki,
bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev müvafiq fərman imzalayıb.
Mükafatlandırılanlar sırasında Azərbaycanın Xalq artisti, Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin "Muğam
sənəti" kafedrasının
baş müəllimi,
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının vokalisti Gülyanaq Məmmədova
da var.
"Özbəkistan Respublikasının
Xalq artisti" adına layiq
görülən Gülyanaq
Məmmədova təəssüratlarını
bölüşüb: "Bu gözəl xəbəri mənə Özbəkistanın
Daşkənd şəhərindəki
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin
rəhbəri Samir Abbasov verdi. Gözlərimə inanmadım. Bu günə kimi
Özbəkistanda çox
konsertlərim olub.
Hər birinə Samir bəyin dəvətiylə
getmişəm. İki qardaş
ölkənin mədəniyyətinin,
ədəbiyyatının, tarixinin əks olunduğu, qırılmaz
dostluğunu təcəssüm
etdirən bu konsertlərin hər birində onun rolu əvəzsizdir.
Son dönəmlərdə də Özbəkistana çoxsaylı səfərlərim
oldu. Həmçinin, biz aprel
və may aylarında hörmətli millət vəkilimiz, Milli Məclisin Mədəniyyət
Komitəsinin sədri
Qənirə xanım
Paşayevanın və
Samir bəyin dəvətiylə Özbəkistanda
silsilə konsertlər
verdik. Sonuncu dəfə yeddi
konsert verib səfərdən qayıtmışıq.
Eləcə də mən
Özbəkistanda bir klip çəkdirmişdim
və özbək xalqı məni o vaxtdan tanıyıb, sevməyə başlamışdı.
Silsilə konsertlərimizlə də onların bu sevgisini daha
yaxşı görmüş
olurduq. Təbii ki, bu, məni sevindirməyə bilməz. Sentyabrın 13-də yenidən səfərimiz olmalıdır
və bu ərəfədə belə
gözəl xəbər
almaq məni çox sevindirdi.
Özbəkistanla Azərbaycanın mədəniyyəti,
incəsənəti bir-birinə
çox bənzəyir. Hətta deyərdim
ki, eynidir. Bu da bir tarixi kökdən gəldiyimizin ən gözəl nümunəsidir.
İki dövlət arasındakı tarixə,
kökə bağlanan
dostluğun, qardaşlığın
bu gün davam etdirilməsində mənim də az da olsa payım varsa, bununla ancaq qürur duyuram.
Özbəkistan Prezidentinə bu təltifə görə dərin təşəkkürümü bildirirəm. Eyni zamanda, mən Azərbaycanın da "Xalq artisti" adını daşıyıram. Buna görə həm öz Prezidentimizə, həm də Özbəkistan Prezidentinə sənətimə verdikləri dəyərə görə çox təşəkkür edirəm. Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekova və Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyevə də təşəkkürlərimi bildirirəm ki, hər səfərimizdə bizimlə görüşüb, böyük diqqət göstəriblər. Düşünürəm ki, bu, Azərbaycan mədəniyyətinə verilən bir dəyərdir".
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2022.- 1 sentyabr.- S.8.