“XIX əsr Qarabağ
şairlərinin şeir
antologiyası”ndan
Möhtərəm Prezidentimiz cənab
İlham Əliyevin 5 yanvar 2022-ci il
tarixli Sərəncamı
ilə 2022-ci il "Şuşa İli" elan edilib. Bununla
əlaqədar, Şuşanın
- zəngin tarixi keçmişə, ədəbi-mədəni
irsə malik bu diyarın XIX əsrdə yaşayıb-yaratmış
şairlərinin əsərləri
ilə geniş oxucu kütləsini ətraflı tanış
etmək niyyətindəyik.
Bu məqsədlə həmin dövrün bir sıra ədibləri
barədə yığcam
bilgiləri və əsərlərindən nümunələri,
"XIX əsr Qarabağ
şairlərinin şeir
antologiyasından" rubrikası
altında, dəyərli
"525-ci qəzet" vasitəsilə
diqqətinizə çatdırırıq.
Məhəmmədəli bəy Məşədi Əsədulla bəy oğlu Vəlizadə Məxfi Qarabağda məşhur olan Bayram xan Baharlının
nəticəsi, Mirzə
Vəli Vidadinin nəvəsidir. Mirzə Vəli Qarabağ
xanı İbrahimxəlil
xan Cavanşirin böyük etimad göstərdiyi yaxın silahdaşlarından idi.
Mənbələrdə onun adı
"Qarabağın düşünən
beyinlərindən biri"
kimi qeyd olunur. Məxfirin atası Məşədi
Əsədulla bəy
Vəlizadə Ağdam
rayonunun Baharlı kəndində yaşamışdır.
Məhəmmədəli bəy
1821-ci ildə Şuşa şəhərində
dünyaya gəlmiş
və ilk təhsilini də orada yeni
tipli məktəbdə
almışdı. Fitri
istedada malik bu gəncin fars və
rus dillərini mükəmməl öyrənə
bilməsi onun sonrakı taleyində mühüm rol oynamışdı. Xüsusilə,
rus dilini mükəmməl bilməsi
sayəsində Şuşa, Şamaxı,
Tiflis və İrəvan
şəhərlərində mühüm dövlət vəzifələrində çalışmışdı.
Harada işləməsindən asılı olmayaraq dövrün mütərəqqi
ruhlu şəxsləri,
xüsusilə Həsən
bəy Zərdabi ilə yaxın dostluq əlaqəsində
olmuş və onun təsis etdiyi "Əkinçi"
qəzetində aktual mövzulu məqalələrlə
çıxış etmişdi.
Əfsuslar olsun ki, digər müasirləri kimi onun da
əsərlərinin əksəriyyəti
itib-batıb.
Məhəmmədəli bəy "Məclisi-üns"ün
fəal üzvlərindən
idi. O, 1892-ci ildə Şuşa
şəhərində vəfat edib. Şairin qəzəlləri 2001-ci ildə toplanaraq nəşr edilib
(M.Məxfi, Qəzəllər, Şuşa
nəşriyyatı, B-2001. 213 s. Ön sözlə tərtib edib
nəşrə hazırlayan Raqub Kərimovdur).
Aşağıdakı şeir örnəkləri
həmin kitabdan götürülüb.
Raqub KƏRİMOV
Filologiya üzrə elmlər doktoru,
professor
525-ci qəzet.- 2022.- 3 sentyabr.-
S.15.