Qəzəllər
Hər kəsin
ki, can üçün bir mehriban cananı yox,
Öylə bilsin cismi var, amma içində canı yox.
Bir
könül kim xalidir aləmdə
zövqi-eşqdən,
Bir xərabə
mülkə bənzər kim, onun
soltanı yox.
Ləblərin
bir abi-heyvandır, xəttin zülmət ona,
Böylə zülmət içrə Xızrın
çeşmeyi-heyvanı yox.
Hər ay
olduqda mudəvvər, var bir nöqsanı, leyk,
Bədrlənmiş aydır ol arizin, nöqsanı yox.
Zülfünə
eşq əhli iman verməgin zahid əgər,
Küfr
söylərsə, nola ol kafərin
imanı yox.
Hər qəm olsa dəhrdə derlər ki, bir payanı
var.
Gör nə
qəmdir dərdi-hicrin kim, onun payanı
yox,
Yar
cövrü təndə mehman olsa xoşdur könlümə,
Tarü
mar olsun o evlər kim anın mehmanı yox.
Hər
vüsalın aqibət aləmdə bir hicranı var,
Talibəm
mən ol vüsala kim, anın hicranı
yox.
Dərdimin
tədbirini sordum Fəlatundan, dedi:
- Məxfi,
dərdin eşq dərdidir, anın dərmanı yox.
lll
Qəza
munşiləri ol qamətin şümşad yazmışlar,
İki çeşmin dili-uşşaq üçün cəllad
yazmışlar.
Səri-zülfündə
könlüm çəkməz əsla xaniman dərdin,
Bəli, divanəni hər qeydidən azad
yazmışlar.
Cəfayi-yarı
çəkdikcə könül xoşnud olur, zira
Cəfayı-yardan üşşaq könlünü
şad yazmışlar.
Salıb
deyin dəşt ilə dağa məni bir şuxi - Şirinvəş.
Məni-divanənin adın bu gün Fərhad
yazmışlar.
Səri-kuyində,
ey gül, naleyi-zarımdan incimə,
Ki, qismət bülbüli-zarə həmin fəryad
yazmışlar.
Hucumi-ləşgəri-qəmdən
demə virandır könül,
Əzəl gündən bu bərbad olmuşu bərbad
yazmışlar.
Ənisi-dərdü
qəm, Məxfi, vüsalın hiç bulmazmı,
Qəmi-hicrinə bu biçarəni mötad
yazmışlar.
lll
Əcəb
məxmurdur məstanə gözlər,
İçibdir qaliba peymanə gözlər.
Baxanda hər
tərəf, hər yanə gözlər,
Yüz afətlər salır dövranə gözlər.
Dəxi qətlim
üçün xəncər nə hacət,
İşarə eyləsin müjganə gözlər.
Dutubdur aləmi
seyli-sirişkim,
Dönübdür guya tufanə gözlər.
Genə
can almaq istərmi nigarım?
Çıxıb yüz naz ilə cövlanə gözlər.
Əgər
qanımı qəmzən tökmüyübdür,
Nədən bəs qərq olubdur qanə gözlər?
Şikayət
etməzəm mujganlarından,
Ura min
ox əgər bir canə gözlər.
Durub can qəsdində
qorxum budur kim,
Bulaşsın qanıma şahanə gözlər.
Tökən
qanımı, Məxfi, qəmzələrdir,
Düşüb nahaq yerə böhtanə gözlər.
lll
Hansı ahu gözlünün çeşmin kimi
xummarı var?
Hansı xummarın gözüntək mərdümi-xunxarı
var?!
Həlqə-həlqə
arizin üzrə tökülmüş hər tərəf,
Hansı gəncin həlqeyi-zülfün kimi şəhmarı
var?
Sərvə
nə nisbət qəddin, qəddin qiyamətdir sənin,
Hansı sərvin qamətintək şiveyi-rəftarı
var?
Tutilər
şirinsüxənlikdə yetişməzlər sənə,
Hansı tutinin böylə xoş ləhcəvü
göftarı var?
Ləblərin
təğrirə kəldikdə tökər qəndü
nabat,
Hansı şuxun, ləblərintək ləli-şəkkərbarı
var?
Ayü
gün kimdir ola axər, muqabil
hüsnünə,
Hansı mahın, arizintək şöleyi-ənvarı
var?
Naleyi-zarımdan
aləm təngə gəlmiş sərbəsər,
Hansı bimarın səntək, Məxfi, ahu zarı var?
lll
Xəlq
olub ruzi-əzəldən böylə məstanə bu göz,
Aşiqin qanın içib, yoxsa ki, peymanə bu göz?
Can verən
dəmdə dedim yar yüzün barı
görüm,
Çıxdı
can həsrət ilə baxmadı cananə bu göz.
Düşübən
çöllərə xu tutmuşam ahuyla mən,
Aqibət qıldı məni gör neçə divanə
bu göz.
Məstü məxmur olub bəs ki, gəzərdi sərxoş.
Mən bilirdim salacaqdır məni bir qanə bu göz.
Rəsmdir,
qan eyləyən kimsənə, eylər pünhan,
Aşiqin qanın içər göz görə, mərdanə
bu göz.
Görməsə
yar yüzin hər göz açan dəmdə gözüm,
Axıdıb seyli-sirişkim tökər ümmanə bu
göz.
Qaşları
yayı tutub, kiprigi ox, qəmzə xəndəng,
Qətlimə,
Məxfi, çəkib ləşgəri-şahanə bu
göz.
lll
Heyranam səndəki
ol nərgisi-şəhlayə, Bikəm,
Valehəm səndəki ol qaməti-rənayə, Bikəm.
Salacaqdır
o iki çeşmi-xumarın bilirəm,
Aqibət gör məni ahu kimi səhrayə, Bikəm.
Biəti-zülfünü
divanə könül qıldı qəbul,
Saldın axər bu qaragünlünü qovğayə,
Bikəm.
Yüsifin
eşqinə, əlhəqq, o Züleyxa düşdü,
Salmısan aləmi sən yeksərə sevdayə, Bikəm.
Görə
gər Qeys belə hüsnü məlahətdə səni,
Ölüncə baxsa əgər canibi-Leylayə, Bikəm.
Nə münasib ki, yüzün bərgi-gülə nisbət edim,
Arizin tənə urar hər güli-həmrayə, Bikəm.
Səni hər kəs görə divanə olur, sanma gələ,
Sən kimi böylə gözəl bir də bu dünyayə, Bikəm.
Tünd olub keçmə, dönüm başına, gördükdə məni,
Bir nəzər qıl, sən Allah, məni-rüsvayə, Bikəm.
Məxfi aləmdə özün şaha bərabər tutmaz,
Salsa ol sərv qəddin başına bir sayə, Bikəm.
Məhəmmədəli bəy Məxfi
525-ci qəzet.-
2022.- 3 sentyabr.- S.15.