Niderland ekzotikası barədə xoş təəssüratlar

 

 

Əvvəli ötən şənbə sayımızda

 

 

 Burada yaşayanların orta yaşı 90-dan yuxarı idi. Hər adama bir otaq ayrılır, orada evlənən qocalara isə qoşa otaq verilir. Otağa xatirə əşyası kimi fotoşəkillərdən əlavə heç gətirməyə icazə verilmir. Bura daxil olanlar var-dövlətləri ilə vidalaşmalı olurlar bu sakinlər arasında tam maddi bərabərlik formalaşır. Varlı sahibkar da, kasıb fəhlə eyni şəraitdə yaşayır. Onlar gündə üç dəfə ümumi yeməkxanada qidalanırlar. Yeməkxanada bizi olduqca dadlı kofeyə qonaq etdilər, təmizliyə isə söhbət ola bilməzdi. Hər sakinə ayda cib xərci kimi 800 qulden pul verilir, həmin dövrün məzənnəsinə görə bu, 200 dollara bərabər idi. Bu pula o, əsasən, binanın birinci mərtəbəsində yerləşən ərzaq malları dükanından istənilən çayı, kofeni, şirniyyatı ya meyvəni ala bilərdi.

Binanın sakinləri övladlarının dəvəti ilə onların yanına getdikdə, orada qalacaqları üç günlük müddət üçün onlara əlavə məbləğdə pul ya quru ərzaq payı verilir ki, qida ehtiyacına görə övladlarından asılı olmasınlar. Digər bir müsbət cəhət, sakinlərin əziyyət çəkdiyi xəstəliklərin narahatlıqların 25 adda siyahısının mövcud olmasıdır. Hər adama bu siyahıdakı fəsadlardan uyğun gələni üzrə hər cür yardım qayğı göstərilir. Bəziləri paltarını sərbəst qaydada geyinib soyuna bilmir, bəzilərini təbii ehtiyaclarını ödədikdən sonra təmizlənməsi üçün onlara lazımi kömək göstərilir. Yuxuya gedə bilməyənlərə uşaq kimi dayə nağıl danışmaqla, onu yuxuya verir.

Sakin binada hərəkət edərkən yıxıldıqda ya narahatlıq keçirdikdə əlindəki ratsiyanın düyməsini basır, xidmət personalı harada olmalarından asılı olmayaraq ona kömək etməyə tələsir, ilk özünü yetirən siqnalı ləğv edib, çətinliyi həll etməyə girişir. Ümumiyyətlə, ahıllar evindəki şərait, sakinlərə göstərilən qayğı bizim təəccübümüzə heyrətimizə səbəb oldu. SSRİ sanatoriyalarında istirahət edənlərə belə, burada olan qədər xidmət qayğı göstərilmirdi.

 

Zandamda Böyük Pyotrun heykəli

 

Amsterdamdan ölkənin digər şəhərlərinə gedir axşam qaldığımız otelə qayıdırdıq. İlk səfərimiz Zandam şəhərinə oldu. Burada Rusiya çarı Böyük I Pyotr 1697-ci ildə gəmiqayırma sənətinə yiyələnmişdi. Onun yaşadığı taxta bina təbiətin təsiri ilə çürüməsin deyə, şüşə sarkofaq altına salınmışdı. Bu tarixi məskənin qarşısında balta ilə dülgərlik edən çar Pyotrun miniatür, lakin bədii cəhətdən uğurlu olan cəlbediciliyi ilə seçilən heykəli qoyulmuşdur. Biz onun yataq otağı ilə tanış olduq. Burada çarpayı, yorğan-döşək var idi. Uzun boylu Pyotr belini divara söykəyib, ayaqlarını qabağa uzatmaqla yatarmış. Rusiya üçün Avropaya ilk dəfə pəncərə açan bir hökmdar belə əziyyətlərə qatlaşaraq, avropalılardan çox şey öyrənmiş, ölkəsinə dəniz donanması, Sankt-Peterburq kimi gözəl şəhər bəxş etmiş, Rusiyada Avropa həyat tərzini yaymaq üçün qəddar üsullara əl atmış, K.Marksın ifadəsincə deyilsə, "Barbarlığı barbar metodlarla çıxarmışdı". Onun hərbi istedadı da tükənməz idi, Baltika sahillərini zəbt etmiş, isveçliləri məğlub etmişdi. O, daim Asiyaya baxan, üç əsr ərzində monqol əsarəti altında olan Rusiyanın baxışlarını əks istiqamətə, Avropaya tərəf döndərmiş, Avroasiyada qüdrətli bir dövlətin yaranmasının bünövrəsini qoymuşdu. Fransız heykəltaraşı Falkonenin yaratdığı "Mis atlı"da təsvir olunan böyük Pyotr təkcə altındakı atı şahə qaldırmamışdı, o, Rusiyanı cəhalətdən, hər cür gerilikdən xilas etmək üçün bütöv bir ölkəni xalqı sivilizasiya zirvəsinə doğru irəliləməyə, sıçrayış etməyə sövq etmişdi. Zandamdakı balaca heykəl Rusiyanın böyük hökmdarının əməllərinin miqyasına uyğun gəlməsə , bu əməllərin başlanğıcında çarın sənətə yiyələnmək, Rusiyanı inkişafa çatdırmaq üçün əlçatmaz həvəsini nümayiş etdirir.

Sonra biz Amersfort şəhərinə getdik, orada dəfn edilmiş Sovet əsgərlərinin uyuduğu qəbiristanlığa baxdıq. Hər qəbirin üstündə kiçik daşda əsgərin adı, bəzilərində isə naməlum əsgər olduğu yazılmışdı. Qəbiristanlıq olduqca yaxşı, səliqəli şəkildə saxlanırdı. Mən Belqradda Sovet əsgərlərinin dəfn edildiyi qəbiristanlıqda da olmuşdum, orada tankist Mişanınkı ilə birlikdə çox sayda naməlum əsgərlərin qəbiri var idi. Amersfortdakı qəbiristanlıq sahmanına görə Belqraddakından səviyyə etibarilə daha yüksək idi.

Sonra Rotterdam Delft şəhərlərində olduq. Rotterdam ölkənin ikinci böyük şəhəri olmaqla yanaşı, Avropanın ən böyük limanıdır. Şəhər Reyn çayının iki sahilində yerləşir. Dərin sulu kanallarla liman Şimal dənizi ilə birləşir. Rotterdamın əsası XIII əsrdə qoyulmuşdur. "Dağılan şəhər" heykəli bədii obrazda dəhşətli ağrıdan əzab çəkən adamı təsvir edir. II Dünya müharibəsində nəhəng ölçüdəki dağıntılara baxmayaraq, şəhər böyük qayğı ilə bərpa olunmuş, burada ilk dəfə qitədəki piyada gəzintisi üçün ayrıca küçə salınmışdır. Küçə bizim indiki Fəvvarələr Meydanı Nizami küçəsinin bir hissəsi kimi şəhər sakinlərinin istirahət zonasına çevrilmişdi. 1960-cı illərin birinci yarısında, Bakının məşhur meri Əliş Ləmbəranski şəhərin mərkəzindəki kiçik bir ərazini belə gəzinti yerinə çevirmişdi. XXI əsrin ilk onilliyində isə bu ənənə yeni keyfiyyətdə davam etdirilmiş, "Azərbaycan" kinoteatrının qarşısı, Fəvvarələr Meydanı Nizami küçəsinin bir hissəsindəki daha böyük ərazini əhatə etməklə rəngli daşlarla örtülmüş yer səthindən ibarət olan, fəvvarələrlə abstrakt heykəllərlə bəzədilən gəzinti zonası şəhərin digər arxitektura gözəlliklərinə əlavə olunmuşdur. Bura təkcə şəhər sakinlərinin deyil, turistlərin çox sevdikləri görüş istirahət yerinə çevrilmişdir. Çox sayda kafe restoranlar isə gecə-gündüz gəzintiyə çıxanlara xidmət göstərməklə, istirahət müddətinin uzanmasına köməklik göstərir. Son iki onillikdə Bakı özünün arxitektura inciləri uğurlu şəhərsalma yenilikləri ilə Qərbin Şərqin sintezi adlanmasını saxlamaqla yanaşı, dünyanın abad gözəl şəhərlərindən birinə çevrilmişdir bu yenilik onun sakinlərində qürur hissləri doğurmaya bilməz. Vaxtilə Rotterdamdan nümunə götürən Bakı indi çox sayda Avropa şəhərlərinə, öz libasını dəyişməklə yanaşı, keçmişinin dəyərli cəhətlərini qoruyub saxlayan bir məkan timsalındakı nümunə ola bilər. Bədxahlarımzın korluğu davam etsə , Bakının gur inkişafını indi əcnəbilər təkrarən qeyd edir, onun ayrı-ayrı cəhətlərini dünyanın ən məşhur şəhərlərinə məxsus olan cizgilərlə müqayisə edirlər. Bakı sakinlərinin, bütün ölkə əhalisinin iftixar amillərinə bir, daha böyük səbəb əlavə olundu, Ali Baş Komandan İlham Əliyevin zəfər bəxş edən strategiyası əsasında Azərbaycan Ordusu 10 noyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrini tam məğlub edib, ölkənin ərazi bütövlüyünü bütünlüklə bərpa etdi xalqın həyati arzusu həyata keçməklə, reallaşdı. Bakı isə XXI əsrin birinci rübündən artıq qalib bir ölkənin, tarixi zəfər çalmış xalqın paytaxtına çevrildi.

 

 

Rotterdam şəhəri

 

 

Delft şəhərində biz meriyada, meriya binasının yerləşdiyi meydanda olduq, rəsmi qaydada bağlanan nikah mərasimində iştirak etdik. Sonra şəhərin məşhur kaşı qablar zavodu ilə tanış olduq, şəhərin adındakı "delf" sözü ingilis dilində "kaşı" deməkdir. Kaşı qab istehsalı burada XVII əsrin ortalarından inkişaf etməyə başlamışdır. Kaşı qabın üstünün şirələmə qaydasında örtülməsi ilə yanaşı, şəhər evlərinin divarlarını bəzəyən kaşı da dəbdə idi. Kaşıdan belə istifadə Portuqaliyada və Mərakeşdə daha geniş yayılmışdır, Portuqaliya şəhərlərində evlərin fasadını iri kaşı freskalar bəzəyir. Kaşı qabların formasına və bəzəyinə isə Çinin çini qablar üslubu böyük təsir göstərmişdi. Zavod həm də suvenir qablar da buraxır, SSRİ-də belə suvenirlərin üstü rəhbərlərin portretləri ilə bəzəndiyi halda, Delft suvenir kubok və vazalarında təbiət gözəllikləri təsvir olunur. Bu şəhərə səfərimiz fövqəladə hadisəsiz də ötüşmədi və bu, qrupun üzvlərinin əhval-ruhiyyəsini xeyli pozdu. Saat 5-ə yaxın avtobusa oturanda, leytenant Şmidt adına zavodun partkom katibindən xahiş etdim ki, adamları saysın. İlk dəfə idi ki, bunu edirdik. İki dəfə saydıqdan sonra bildirdi ki, bir nəfər çatmır. Azərbaycandan olanların hamısı avtobusda idi, məlum oldu ki, özünü dənizçi kimi təqdim edən riqalı latış yoxdur. Hamıdan xahiş etdim ki, çıxıb ətraf küçələri gəzsinlər, hər şey ola bilərdi, bəlkə xəstələnmişdir, yaxud kanala düşmüşdür. Bir saatdan sonra yığışanda, onun tapılmadığı aydın oldu. Sonra bələdçi qadınla restorana girib xırda pul vermək hesabına Haaqaya, səfirə zəng etdik. Mən səfirlə danışıb, nə baş verdiyini ona söylədim. Amsterdama geri dönəcəyimizi də əlavə etdim. O, razılıq verdidedi ki, baş konsuluvitse-konsulu mənimlə görüşməyə göndərəcəkdir.

 

 (Ardı var)

 

Telman ORUCOV

 

525-ci qəzet.- 2022.- 3 sentyabr.-S.14.