Azərbaycan-Misir mədəni əlaqələri
müzakirə edilib
Mədəniyyət naziri Anar Kərimov
sentyabrın 1-də Misir
Ərəb Respublikasının
ölkəmizdəki səfiri
Hişam Mohamed Nağı
Abdel Həmid ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki,
görüşdə iki
ölkə arasında
mədəniyyət sahəsində
əlaqələrin hazırkı
vəziyyəti və
planlaşdırılan layihələr
haqqında fikir mübadiləsi aparılıb.
Səfiri salamlayan Anar Kərimov Misir Ərəb Respublikası ilə ikitərəfli münasibətlərin yüksələn
xətlə inkişaf
etdiyini vurğulayıb. Ötən ilin
dekabr ayında Misirə səfərini xatırladan nazir səfər çərçivəsində
keçirilən görüşlərdə
əməkdaşlığın inkişafına töhfə
verə biləcək
addımların atıldığını
qeyd edib.
Anar Kərimov,
eyni zamanda Prezident İlham Əliyev tərəfindən
2008-ci ildə irəli
sürülmüş mədəniyyətlər
və sivilizasiyalar arasında səmərəli
və effektiv dialoqun qurulması məqsədi daşıyan
"Bakı Prosesi"
haqqında məlumat verib. Bildirib ki, "Bakı
Prosesi" artıq nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən
BMT tərəfindən qlobal
platforma kimi qəbul olunur.
Azərbaycan Respublikasının Mədəniyyət
Nazirliyi tərəfindən
ötən il
irəli sürülən
"Mədəniyyət naminə
sülh" (Peace4Culture) qlobal
təşəbbüsü barədə də səfirə məlumat verən nazir bu çağırış
vasitəsilə ölkəmizin
bölgədə və
dünyada sülhü
qorumaq üçün
səylər göstərdiyini
diqqətə çatdırıb.
Qeyd edib ki, çağırışın
əsas məqsədi
postmünaqişə dövründə
olan ölkələrin
işğaldan azad olunmuş ərazilərində
mədəni infrastrukturu
dirçəltmək, milli-mənəvi
dəyərləri yenidən
həmin torpaqlara qaytarmaq üçün davamlı sülhün təmin edilməsinə töhfə verməkdir.
Eyni zamanda bu qlobal
kampaniya Azərbaycanın
işğaldan azad olunmuş ərazilərində
mövcud vəziyyətin,
dağıdılmış infrastrukturun və mədəniyyətə qarşı
törədilmiş vandalizmin
dünyaya çatdırılması
məqsədi daşıyır.
Səfir Hişam Mohamed Nağı
Abdel Həmid səmimi
qəbula görə nazirə təşəkkürünü
bildirib. Diplomat səfirliyin
nazirlik tərəfindən
həyata keçirilən
layihə və təşəbbüslərdə iştirakından məmnunluğunu
bildirib.
Daha sonra görüş qarşılıqlı
maraq doğuran digər məsələlərə
dair fikir mübadiləsi ilə davam edib.
525-ci qəzet.- 2022.- 3 sentyabr.- S.9.