Erməni Ensiklopediyası erməniləri ifşa etdi

 

1974-1987-ci illərdə 13 cilddə Erməni Sovet Ensiklopediyası nəşr olundu. Redaksiya heyətinin sədri astrofizik Viktor Ambarsumyan idi. Bu ensiklopediyanın elektron variantını Parisdə yerləşən Erməni Apostol Kilsəsinin elektron kitabxanasından əldə edə bildik.

Qeyd edək ki, ensiklopediyanın 2011-ci ildən geniş ictimaiyyətə təqdim olunması üçün elektron versiyasının yayılmasına icazə verilib. Erməni Sovet Ensiklopediyasının 3-cü cildindən İrəvan xanlığına dair məlumatlar əsasən erməni apostol kilsəsinin yepiskopu Ovannes Şahxatunyantsın 1842-ci ildə 2 cilddə tərtib etdiyi əsərinə əsaslanır.

Erməni Sovet Ensiklopediyasının 3-cü cildindəki məqalədən tərcümə (səhifə 571):

İRƏVAN XANLIĞI: Əvvəllər Çuxur-Səəd adlanırdı (mənbələrdəSəədin çuxuru”, “Səədin ölkəsi”) Əmir Səədin adından Sürməli, Ararat (AğrıdağE.Nəciyev) vadisini türkman (yəni Azərbaycan türkləriE.Nəciyev) tayfasından olan rəhbərlər idarə edirdi; XV əsrin əvvəllərindən buranı Əmir Səədin nəslindən xələfləri idarə edirdi, mərkəzi isə İrəvan idi. Ağqoyunluların hakimiyyəti dövründə (1467-1502) Çuxur-Səədi Təbriz padşahlarının övladları idarə edirdi. Səfəvilərin hakimiyyəti dövründə Çuxur-Səəd vilayəti onun qızılbaş əmirlərindən olan bəylərbəyi tərəfindən idarə olunan sərhəd əyalətlərindən biri idi. XVIII əsrin ortalarından Çuxur-Səəd bəylərbəyiliyi mərkəzi İrəvanın şərəfinə adlandırıldı

XVI-XVII əsrlərdə sərhədləri tez-tez dəyişirdi, lakin 1639-cu il müqaviləsindən sonra dəyişməz olaraq qaldı.

XVIII əsrə qədər İrəvan mirbölüklər naiblər tərəfindən idarə olunan 8 mahala (nahiyəyə) bölünürdü: Dərəçiçək, Abaran, Şörəyel, Göyçə Dengiz (dəniz — E.N.), Gərni-Vedi, Sürməli, Qərbi, Qırxbulaq. XVIII XIX əsrdə iri mahalların bölünməsi nəticəsində yeni mahallar yarandı: Zəngibasar, Vedibasar, Parçenis-Dərəkəndi, Səədli, Talin, Seyidli-Axsaxlı, Sərdarabad. Naxçıvana tabe olan Şərur mahalı da ona birləşdirildi. XVI əsrdə İrəvan xanlığının ərazisini qızılbaş rumlu ustaclı tayfalarından olan əmirlər idarə edirdi. 1590-cı il sülh müqaviləsi ilə türklərin hakimiyyəti altında qaldı. 1604-cü ilə Şah Abbas onu yenidən ələ keçirdi. 1636-cı ilə qədər İrəvanı Qacar tayfasından olan Əmirgünə xan oğlu Təhmasibqulu xan idarə etdi.

İrəvan irsi idarəçilikdən çıxdı, ora şaha sadiq olan şəxslər bəylərbəyi təyin edilirdi.

XVII əsrdə 1639-cu il müqaviləsindən sonra Səfəvilər dövlətinin ən gəlirli əyalətlərindən biri oldu

Əhalinin əsas məşğuliyyətləri əkinçilik maldarlıq idi... Bağçılıq əkinçilik yayılmışdı. Arıçılıq məşğuliyyəti var idi. Şəhər əhalisinin əsas hissəsi əkinçilik bağçılıqla məşğul olurdu. Tacirlər ölkə iqtisadiyyatında həyatında mühüm rol oynayırdılar. İrəvandan keçən ticarət iri magistral yollar onun daxili xarici ticarətinin inkişafında mühüm rol oynayırdı.

İrəvan təxminən 10 il - 1724-1735-ci illərdə türk paşalarının əlində qaldı. Nadir şahın hakimiyyəti dövründə (1736-1747) mərkəzi hakimiyyətin bərpa edilməsi ilə Eçmiədzin katalikosunum da imtiyazları bərpa edildi. Nadir şahdan sonra 1795-ci ilə qədər İrəvan vilayətini idarə edən xanlar digər Zaqafqaziya xanlıqları kimi dövlətdən yarımasılı vəziyyətdə idilər. 1795 və 1797-ci illərdə Ağa Məhəmməd xanın yürüşlərindən sonra İrəvan xanlığı yenidən İranın (Qacarlar dövlətinin — E.N.) dayaq məntəqələrindən – sərhədyanı xanlıqlarından biri oldu. Oranı qacar xanları idarə edir, sərdar titulu daşıyır və hərbi qubernatorlar idilər.

1827-ci ildə rus ordusu tərəfindən İrəvanın alınmasından sonra Türkmənçay müqaviləsinə əsasən Naxçıvan xanlığı ilə birlikdə Rusiyaya birləşdirildi və Haykakan (erməni) mərzi (vilayəti) adlandırıldı (1828-ci il martın 21-də Erməni vilayəti yaradıldı — E.Nəciyev).

İrəvanı idarə etmiş türkman (səədli, ağqoyunlu, qızılbaş (rumlu, ustaclı, qacar) əmirlərinin, xanlarının və Osmanlı paşalarının siyahısı:

 

1. Əmir-Səəd (XIV əsrin sonlarından 1410-cu ilə qədər);

2. Pir Hüseyn (Əmir-Səədin oğlu, 1410-cu ildən);

3. Pir Yaqub (Pir Hüseynin oğlu, 1420-ci illərdə);

4. Əbdül (Pir Hüseynin oğlu, 1430-cu illərdə);

5. Yaqub-bəy (1440-cı illər);

6. Həsən Əli Qaraqoyunlu (1460-cı illərdə);

7. Div sultan Rumlu (1515-ci ildən);

8. Hüseynxan sultan Rumlu (1550-ci ilə qədər);

9. Şahqulu sultan Ustaclı (1550-1575-ci illərdə);

10. Məhəmməd xan Toxmaq Ustaclı (1576-1583);

11. Xıdır paşa (1583-cü ildən);

12. Məhəmməd Şərif Paşa (1604-cü ilə qədər);

13. Əmirgünə xan Qacar (1605-1625);

14. Təhmasibqulu xan Qacar (1625-1635);

15. Kəlbəli xan (1635-1639);

16. Çağata Kötük Məhəmməd xan (1639-1648);

17. Keyxosrov xan (1648-1652);

18. Məhəmmədqulu xan (1652-1656);

19. Nəcəfqulu xan (1656-1663);

20. Abbasqulu xan Qacar (1663-1666);

21. Səfiqulu xan (Alxas Mirzə (1666-1674);

22. Saruxan bəy (1674-1675);

23. Səfiqulu xan (1675-1679);

24. Zal xan (1679-1688);

25. Murtuzaqulu xan (1688-1691);

26. Məhəmmədqulu xan (1691-1694);

27. Fəzləli xan Qacar (1694-1700),

28. Zöhrab xan (1700-1705),

29. Əbdül Məhəmməd xan (1705-1709),

30. Ìåhrəli xan (1709-1719),

31. Allahqulu xan (1719-1725),

32. Rəcəb paşa (1725-1728),

33. İbrahim paşa Mustafa paşa (1728-1734),

34. Əlipaşa Dəftərdar (1734-1735),

35. Məhəmmədqulu xan Musabəy (1735-1736),

36. Hacı Hüseyn paşa (1735),

37. Pir Məhəmməd xan (1736-cı ildən),

38. Xəlil xan Özbək (1752-1755),

39. Həsənəli xan Qacar (1755-1762),

40. Hüseynəli xan Qacar (1762-1783),

41. Qulaməli xan Qacar (1783),

42. Məhəmməd xan Qacar (1784–1805),

43. Mehdiqulu xan Qacar (1805–1806),

44. Əhməd xan (1806–1807),

45. Hüseyn xan Qacar (1807–1827).

 

Elnur Nəciyev,

 

Tarix üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2022.- 3 sentyabr.- S.5.