Tibb xidməti leytenantı Tariyel Salmanovun şəhidlik
zirvəsi
Bütün yüksəkliklərdən ucada dayanan bir
zirvə var: Şəhidlik zirvəsi. Bu zirvəyə qalxmaq
hər kəsə nəsib olmur. Bu uca zirvəyə
yalnız müqəddəs
amallar uğrunda çarpışan, qorxunun
nə olduğunu bilməyən, Vətən
və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli,
ləyaqətli insanlar
yüksələ bilərlər.
Bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə
ölümləri ilə
bir əbədilik qazanırlar.
Xalq şairi Bəxtiyar Vahabzadə şəhidləri
belə vəsf edib:
Qatil gülləsinə qurban gedərkən,
Gözünü sabaha dikdi şəhidlər!
Üçrəngli bayrağı öz qanlarıyla,
Vətən göylərinə çəkdi
şəhidlər.
Doğma
Vətən, millət
uğrunda döyüşərkən
həlak olanlara şəhid, sağ qalanlara isə qazi deyilir. “Şəhid” ərəb mənşəli söz olub xəbər verən, bildiyini söyləyən, hazır
olan və hadisəyə şahidlik edən anlamını ifadə edir. Şəhidlik, həmçinin günahların bağışlanmasına
vəsilə olan fəzilətli əməldir.
Bununla bağlı Həzrət Məhəmməd
(s) belə buyurub: “Şəhidin qul borcundan başqa,
bütün günahlarını
Allah bağışlayır”.
Haqqında sizə söz açacağımız qəhrəman
Azərbaycan Silahlı
Qüvvələrinin tibb
xidməti leytenantı,
Vətən müharibəsi
şəhidi Tariyel Allahverdi oğlu Salmanovdur. Şəhidimiz 7 fevral 1988-ci ildə
Ağcabədi rayonu, Kəhriz kəndində dünyaya gəlib.
2006-2011-ci illərdə Azərbaycan
Tibb Universitetində
(ATU) ali təhsil alıb. Ailəli idi, bir qızı
yadigar qalıb. O, birinci dəfə Tovuz döyüşləri zamanı
general-mayor Polad Həşimovun şəhid olmasından sonra döyüşə könüllü yazılıb.
Şəhidin Atası Allahverdi müəllim deyir ki, 27 sentyabr müharibə başlayan günü o, Bakıda idi. Orada müharibənin başladığını eşidib
həmin gecə gec saatda həyat
yoldaşı Ayna ilə evə gəldi. Soruşdum, bala niyə
belə tələsik
gəlmisən? Dedi,
ata Vətən çağırır, mən
hələ müharibə
başlamamışdan cəbhəyə
yazılmışam, gün
bu gündür, mən getməliyəm. Cəbhəyə gedirdi, hiss edirdi
ki, ona görə
çox narahatam.
15 yaşında anasını
itirmiş övladıma
həm ata, həm ana olmuşam,
o mənim son beşiyim,
əziz övaldım
idi...
Gözləri dolan şəhid atası deyir ki, yadımdadır müharibədən 15-20 gün
qabaq təlim formasını yudurtmuşdu. 29 sentyabrda səhər işə getmişdi.
Yolda ona zəng ediblər
ki, tez çağırış
mətəqəsinə gəlin.
Orada həm də həkim kimi fəaliyyət göstərirdi,
tibb xidəmti leytenantı idi. Ön cəbhəyə yola düşəndə yaralılara
öz cibindən dərmanlar alıbmış.
Tariyel ali təhsilini
bitirdikdən sonra Ordumuzun Təlim və Tədris Mərkəzində hərbi
xidmət keçib. Daha sonra Ağcabədi Mərkəzi Xəstəxanasında
çalışıb. Tariyel həm də Birləşmiş
Ərəb Əmirlikləri
və Türkiyədə
həkim kimi kurslarda olub. Maraqlıdır ki, Tariyel şəhid Turqut Xəlilbəyli ilə birgə hərbi xidmətdə olub. Qismət elə gətirib ki, onlar elə
bir gündə də şəhid olublar.
Şəhidin atası Allahverdi müəllim deyir ki, Tariyel 1988-ci ilin fevralında anadan olanda, həmin vaxtda ermənilər Xankəndidə
“Miyatsun” deyə qışqırıb, bayram
edirdilər. Bəlkə də bu bir mistikadır, zaman gəldi həmin ildə doğulan balalar ermənilərdən qisas
aldı. O, uşaqlıqdan
həkim olmaq istəyirdi. Həyat yoldaşına deyirdi
ki, 8-9-cu sinifə oxuyanda qızım Ləmanı yanıma asissent aparacağam.
Azərbaycan Ordusunun leytenantı
olan hərbi tibb qulluqçusu Tariyel Salmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən
Ermənistan işğalı
altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi
bütövlüyünün bərpa olunması üçün başlanan
Vətən müharibəsi
zamanı Cəbrayılın
azadlığı uğrunda
gedən döyüşlərdə
yaralanan hərbçilərə
yerindəcə yardım
edib. Tariyel Salmanov oktyabrın
8-də Cəbrayıl döyüşləri
zamanı şəhid
olub. Azərbaycanın
ərazi bütövlüyünün
təmin edilməsi uğrunda döyüş
əməliyyatlarına qatılan
və hərbi hissə qarşısında
qoyulmuş tapşırıqların
icrası zamanı vəzifə borcunu şərəflə yerinə
yetirdiyi üçün
Azərbaycan Prezidenti İlham Əliyevin
15.12.2020-ci il tarixli Sərəncamına əsasən
Tariyel Salmanov ölümündən sonra
"Vətən uğrunda"
medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin
işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını
yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə
görə Azərbaycan
Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına
əsasən Tariyel Salmanov ölümündən
sonra "İgidliyə
görə" medalı
ilə təltif edilib.
Hazırda şəhidin bir
zamanlar yaşadığı
küçəyə adı
verilib, həmçinin
adına abidə bulaq var. Kənd camaatının arzusudur ki, Tariyelin
adı hansısa rayon
xəstəxanasına verilsin.
Oğlundan danışdıqca həm
köksü qabaran, həm də kövrəlib ağlayan atası onu tez-tez yuxuda "Bura Vətəndir!" oxuyan gördüyünü
deyir. Deyir ki, hər səhər mənimlə
xudahafizləşirdi, yola
düşəndə gəlirdi
mənimlə görüşürdü.
Maşına əyləşib yola düşəndə də ata özündən
muğayat ol deyirdi. Hər dəfə kiçik
də olsa, mənə nə isə alırdı.
Qızı Ləmana verərdi
ki, hədiyyəni o versin mənə. Hər gün Tariyelin gələcəyini
düşünürəm...
Müxtəlif idman növləri ilə məşğul olan şəhidimiz fiziki sağlamlığını
həmişə üstün
tutardı. Hazırda qardaşı Tural
da Laçın polisində xidmət edərək Vətənin
keşiyində dayanır.
Atası bildirib ki, Tariyel
Salmanov oktyabrın 8-də
Cəbrayıl döyüşləri
zamanı şəhid
olub. Həmin gecə yata
bilmirdim. Deyirdim mən
burda isti yerimdə oturmuşam, görən, Tariyel bu yağışda, soyuq havada necədir?
Narahat qaldım, özünə
də zəng çatmırdı. Yanındakı
yoldaşına yığdım
dedi yaralıdır Tariyel, biz olan yeri vurdular, biz çıxdıq, o qaldı.
Dedilər ölümündən əvvəl özü üçün saxlamalı
olduğu iynəni yaralı yoldaşına vurub, özü yaralananda üstündə
həmin iynə tapılmayıb. Bütün əsgərləri
öz canından çox sevirdi. 8 oktyabr axşam saat 17:00-18:00 aralığında
döyüş yoldaşları
şəhid olduğu
yerdən götürüblər
nəşini…
Ruhun şad olsun, əziz qardaş. Sən son damla qanına
qədər özünü
Vətən üçün
fəda etdin. Biz sənin kimi
bütün şəhidlərimizlə
fəxr edirik. Məsələ Vətəndirsə,
biz birik, biz bütövük
və böyük
xalqıq!
Aydın Tağıyev,
Azərbaycan Jurnalistlər Birliyinin
üzvü, müstəqil
araşdırmaçı jurnalist
525-ci qəzet.- 2022.- 6 sentyabr.- S.16.