Sevməkmi, sevilməkmi?  

 

 

- Ömrünün sonlarında yoxsulluqla üzləşən rəssam Rembrandt Harmensin həyat yoldaşının ölü bədənini məzarından çıxararaq məzar yerini satıb.

- Bir dəqiqə... - Dostumun sözünü kəsirəm. - Bu ola bilməz, mənasız iddiadır. Axı o, arvadını çox sevirdi, bunu anlamaq üçün rəssamın xanımına ithaf etdiyi əsərlərini görmək kifayətdir.

- Sən hardan bilirsən, Rembrandt arvadını qədər sevib?  Heç səni kimin qədər sevdiyini bilə bilməzsən.

Dostum haqlı idi, həm çox haqlı. Doğruluq payı qədərdir bilmirəm, ancaq istənilən halda bu hekayədən anladığım odur ki, sevginin qədəri üç-beş şəkillə, xoş sözlə, bəzən heç əməllə ölçülə bilməz. Deməli, sevirəm deyən Rembrant da..

Şairdən soruşurlar ki, sevməkmi daha gözəldir, sevilməkmi? Şair sevmək deyir. Çünki sevildiyindən heç vaxt əmin ola bilməzsən.

Bəlkə ilk gördüyün anda, bəlkə illər sonra, beş gün gec, on gün tez, anlayarsan onu sevdiyini. Ürəyinin döyüntüləri verər eşqin müjdəsini. Azmı sevərsən, çoxmu sevərsən, bu ayrı bir məsələ. Amma xəbərdar olar ruhun, ürəyinin həngaməsindən.

Bəs sevildiyindən necə əmin olar insan? Fərhad kimi dağ yarıb, Məcnun kimi çöllərəmi düşməli? Nədir ölçü, nədir nizam?

Görəsən, bunu bilməyin  bir üsulu varmı? Çətin...

Axı insan övladını başqa canlılardan fərqləndirən əsas xüsusiyyətlərdən biri yalan danışa bilməsidir. Bu gün, sevdiyini zənn etdiyin beş il sonra sənə yanıldığını göstərər. Bəlkə yanıldığını görmərsən, bilməzsən, amma gerçək dəyişməz.

, bir heç Rembrandt kimi ölümü gözləmədən, elə sağkən yar bildiyin səni başqasına dəyişər. Bu, rəssamın arvadına etdiyindən ağırdır, barı Rembrandtın xanımı ərinin etdiyini görməmişdi, hadisə o, öləndən sonra vaqeə olmuşdu.  Xəyanət isə bir canlının canından can qoparmaqdır. Məncə, aldadılan insanlar həm ona görə çox ağrıyır ki, sevilmədiyini anlayır, ya da bir başqasının ondan daha çox sevildiyini. Axı sevmədiyini bildiyin bir adamın xəyanəti səni qədər incidə bilər ki? Uman yerdən küsmürükmü?

Hələ Məcnun sandığının yalan olduğunu öyrənəndə qırılan qürurun ağrısından danışmıram. Gəl bundan sonra kəs qürurun səsini.

Sevildiyindən əmin olmayanda sevmək qorxudur səni. Əgər sevmirsə, hər an gedə bilər. Hər an gedə biləcək adamla yola çıxmaq da ürək istəyir. Kimin ipinin üstünə odun yığdığını bilmirsənsə, ürək daim bu ipin qırılması qorxusunu yaşayır.

Bir sözlə, insan ömür boyu qədər sevildiyindən əmin ola bilmir. Bilsə belə, bunun qədər davam edəcəyini təxmin edə bilməz. Hardan bilirsən, bəlkə sən öləndən sonra Rembrandt kimi o da sənin məzar yerini satacaq? Ən yaxşısı bu sualın izinə düşməməkdir.

Bütün suallara rəğmən, sakitcə başını aşağı salıb sevmək - ən gözəli bu olsa gərək ki. Ürəyinin səsi yeganə xəritən olsa, yanlış ünvanlarda aldığın yaraların iniltisini bu səs basdıracaq. O sevməsə belə, sən sevmisən axı. Eşqin günahına çevrilirsə, öz günahının cəzasını çəkmək başqalarının xətasının cəzasını çəkməkdən daha yaxşıdır. Çünki öz günahlarımızın künc-bucağında vaxtsa yaşanmış xoşbəxtlik izi var.  Nazim Hikmətin dediyi kimi, "sən almanı sevisən deyə, almanın da səni sevməsi şərtmi?"

 

Aytac SAHƏD

 

525-ci qəzet.- 2022.- 7 sentyabr.- S.8.