Özümüzü niyə sevmirik?
Bizə həmişəmi qonşunun
bağı daha yaşıl, toyuğu qaz boyda görünür,
yoxsa qonşunun bağının və toyuğunun özümüzü
sevməməyimizə dəxli
yoxdur? Bu barədə xeyli düşündüm-daşındım,
gördüm bu, bir nəfərlik iş deyil...
Yox, demirəm
bizim bağımız
o baş-bu baş büsbütün yaşıllıqdır,
amma əlimizi vicdanımıza qoysaq, görərik ki, yel vurub yengələr
oynadığını düşündüyümüz
bağımız heç
də elə deyil.
Sən denən, qonşu əmi, axı, bir neçə il əvvələ
qədər rayona pul göndərəndə
avtovağzalda heç
tanımadığın sürücüyə
etibar edirdin, deyirdin "ora çatanda filankəs səndən götürəcək
pulu" və əmanətin də qəpiyinə qədər
ünvanına çatırdı.
İnsan
ki həmin insandır, bəs inam niyə həmin inam deyil?
Yaxşı, sən denən, cavan dostum, bəh-bəhlə
öyüb-təriflədiyin Avropada indi nə
edirsən? Yadına gəlirmi tələbəlik
illərində qapı
qonşuların, o yaşlı
ər-arvad hər axşam isti yemək gətirirdilər
sənə, həm də heç bir təmənnasız.
Onlar düşünürdülər ki, ev-eşiyindən uzaqsan və bu səbəbdən də səni bir qab isti
yeməyə qonaq eləməyi özlərinə
borc bilirdilər.
İnsan ki həmin insandır, bəs içindəki bu
nifrət nədir?
Ya da sən denən,
uzaq qohumum, oğlun əsgərliyə
gedəndən sonra bütün kənd əhli "ləbbeyk"
deyib qarşında durmuşdu; oğlun Vətənin qulluğuna getmişdi deyə kənd əhli də özünü sənin qulluğuna vermişdi. İndi sən bağımızın
ağaclarını nə
qədər çürük
göstərsən belə...
İnsanlar kihəmin insanlardır,
bu yaddaşsızlıq
nədir bəs?
Ondan, bundan , məndən, səndən,
bizdən soruşuram:
Hər bağ payızı görür,
amma özbağımızın
ən yaşıl günlərində belə,
qonşunun həyəti
niyə daha yaşıl görünür
bizə? Bu
bağı ki salan özümüzük, bəs onda
kimi və nəyə görə sevmirik?
Malik Atilay
525-ci qəzet.- 2022.- 7 sentyabr.- S.8.