Üzünü səmaya tut...
Əfsanə Rəhimli 1996-cı ildə anadan olub. Bakı Dövlət Universitetini bitirib. Ədəbiyyata, bədii sözə böyük maraq və rəğbəti, poetik yaradıcılığa ciddi həvəsi var.
Yazdıqlarından sezilir ki, müəllif hər şeirində duyğu və düşüncələrinin özünəməxsus bədii ifadə tərzini tapmağa, yaradıcı münasibət sərgilədiyi mövzuların hər dəfə daha uğurlu poetik həllini təqdim etməyə can atır.
Onun şeirlərində əsasən vətən və azadlıq, savaş və sülh, qəhrəmanlıq və şəhidlik, övlad və valideyn anlayışları ön plana çəkilir. Ə.Rəhimli bu kimi motivlərə çox həssaslıqla, həm milli, həm də bəşəri rakursdan yanaşır.
Oxuculara təqdim olunan bu şeirlərdə də müəllifin sözügedən məfhumlara fərdi baxışını, öz dünyaduyumunu əks etdirən misralar yer alıb.
"Ölməsin ümidlərin, sən əziz balamızsan!
Ata - göynəyən qəlbinin aynasıdır, bilirəm,
Ata - ruhunun çırağıdır, evinin işığıdır,
İndi
Ata - Şəhiddir, sən
- Şəhid balası!
Ağlama,
Atandan əmanətsən
Vətənə,
Ondan bizə yadigarsan - Şəhid övladısan!
Köks
ötürsən, unutma
Tanrının varlığını,
Üzünü səmaya tutub dayan, əziz
bala!
Ata oradan sənə baxıb gülümsəyəcək,
Yuxularında görüşüb-ayrılacaqsan.
Üzülmə, bir gün dünyalarınız birləşəcək,
Əbədi qovuşacağınız yerdir
Cənnət!"
Övlad yanğısı
ŞƏHİD
ANASININ DİLİNDƏN
I
Gecələr yuxuma qənim kəsilir kədər-qəm,
Bilməzdim bu yaşda belə
çox olar dərdim.
Möhtacam sevincə, bir təsəlliyə həsrətəm,
Ürəyimdə bir kədər yurd salıb mənim.
Qəlbim
için-için ağlasa
da, hərdən üzüm gülər,
Görənlər aldanar gülüşümə,
xoşbəxt bilər.
Bu dərd xəyallarımı,
arzularımı puç
edər,
Gözlərimdəki kədər ürəyimdəki
ilə birləşər.
Sanmışdım ki, həyatda hər şey gözəldir,
Unutmuşam ki, müharibə şəhid, qurban istər.
Əzablar hökm sürər,
qəlbim fəryad edər,
Ürəyim çırpınar, əsən rüzgarda kədər var...
II
Bağçada oynayan oğlum indi igid bir
əsgər,
Zəfər eşqi ilə
"İrəli!" deyib,
Laçına dönər!
Şübhə, kin, nifrətlə dolu
insanlar içində
Övlad yanğısı bürüyər
məni, Ana hissim dinər.
Düşmən dayanmaz, geri çəkilər daha,
Oğlum ən öndədir, savaşır orda.
Gözləyirəm hər an dönüş xəbərini,
O isə can atır ya Qazi, ya
Şəhid ola!...
III
İki gözümün qarası,
nur topu oğlum,
Sənsiz canlı qalmaz mənim sevgim, duyğum.
Oğlum,
evimin çırağı,
ömrümün mənası,
Sən indi Şəhidsən, mən Şəhid Anası!
Demişdin bir dəfə:
"Qara geyinmə,
Ana,
Mən igidəm, əsgərəm,
Vətən oğluyam!
Sorağımı alarsan Laçında,
Şuşada,
Nə olar, ağlama, göz yaşına qurbanam!"
Səsinə həsrətəm indi,
canlansın qulağımda,
"Ana" deyib, qucaq
açıb, üstümə
qaçardın.
Sözlərim elə düyünlənir
boğazımda,
Tək sözün var idi mənə: Vətən sağ olsun!
Gedəndə göstərmədin əllərini mənə,
Yanıb kül olsa belə,
o əllər çiçəkdir.
Açmadın köksünü qoxlayım
son dəfə...
İndi sən - gül ətirli balam Şəhiddir.
Gecələr ruhumun qapısını
döyür sənsizlik,
Yadıma düşür söylədiyin
"Qarabağ şikəstəsi".
Ay oğul, için-için
söylər, ürəyimi
üzərdin,
Sədasını qoy indi bütün
kənd dinləsin.
Ağlar gülüm
İndi
məndən çox
yaxın o sənə,
qərənfil,
Ağla qərənfilim, qanlı qərənfilim.
Oğlumun gülüşünə şahid olan gülüm,
Ağlar gülüm, solan gülüm mənim.
Soyuq cismini isidər güllərim,
Soyuq əllərinə
hərarət gələr
sənin.
Adına
nəğmələr qoşaram
indi,
Sənsiz
keçməz günlər,
Şəhidim!
Qanlı
köynəyin yenə
sən qoxuyur,
Son sözünlə susub
cahan, el-aləm.
Gedişinlə ruhumu qopardın
məndən,
Ana deyiləm daha, Sən yoxsan, Oğlum!
Dayan, dünya...
Neçə uşaq gözüyaşlı
qaldı atasız,
Neçə qız-gəlin, ana qaldı başsız.
Qara buludlar çəkilsin Vətənimdən,
Dayan, dünya, aparma daha, dayan!
Gecənin hüznü yayıldı
günəşin saçaqlarına,
İndi ulduzlar da ağlayır
insanlar kimi.
Dünya,
dağıldın sanki...
Gedən cavanlar kimin?!
Dayan, dünya, aparma daha, dayan!
Boynubükük Şəhid övladlarının
qəlbi yaralı,
Atanın qucağından ayrılmış
balalar.
Günahsızlara, məsumlara yazma
günahları,
Dayan, dünya, aparma daha, dayan!
Ürəklə söz açmaq
istərəm Böyük
Zəfərdən,
Sevinclə danışmaq istərəm
Qarabağdan?!
Amma sözlərim Ana ürəyini
yaralar axı,
Övladının son gülüşü Şuşada qaldı...
Dayan, dünya, aparma qəhrəmanları,
O igidlər bir evin başçısı,
ümidi, işığı!
Dayan, dünya, aparma daha, dayan!
Ağlayan analar gülsünlər,
istəyirəm,
Ağrıdan çırpınan uşaqlar
tez sağalsınlar.
Görsünlər: dünya da Vətən kimi şəfqətlidir,
Ölüm əvəzinə xoşbəxtlik
tapsınlar...
Möcüzələr var, möcüzə istəyirəm
mən,
Gedənlər dönsünlər öz ocaqlarına.
Gözüyaşlı Analar sevinsinlər, istəyirəm,
Doluxsunan
uşaqlar ağlamasınlar,
Dayan, dünya, dayan,
aparma daha!
Sənə bir sevgidən danışaram...
Sənə bir sevgi hekayəsi danışaram,
Ağlın çaşar, mat-məəttəl
qalarsan.
Dillərdən düşməyən adlarına
Şeirlər yazar, nəğmələr
qoşarsan..
Axı indi qalıbmı ki, İlhamla Fərizə kimi
Ölümə gedənləri ölümünə
sevənlər,
Göz qırpımında
canından keçənlər?!
Görəsən, doğrudurmu belə sevgilər?!
Həyatında dost bilməyən bir
kimsədir,
Sevən yarına düşkündür,
eşqi kor-koranədir.
Sevdiyi kimsə bu həyatda
tək istəyidir,
Dünya yox olsa, o, tək
varlığıdır əbədi.
Gecələr yuxusu çəkiləndə
ərşə,
Döndərər üzünü gözəl
bir üzə - rəsmə tərəf.
Elə
hey baxar, baxar, darıxar,
Tək diləyi olar Allahdan: Ayırma bizi!
Qovuşduran Allah niyə ayırsın onları?
Axı Leyli-Məcnun tək ruhən sevirlər!
Görünür eşqləri hər
yanan şamda,
Ah çəkib ayrılıq
mahnısı çalır
aşiqlər.
Xəzəllər düşür mənim
də telimə tək-tək,
Toplayır sevgilim saçlarım arasından.
İncə-incə toxunub hərdən,
saçlarıma
Sığal çəkə-çəkə söyləyir o astadan:
"İstərəm heç
zaman ayrılmayaq biz,
Hər zaman beləcə təzə qalsın sevgimiz.
Keçmişə söykənib, gələcəyə
yol açaq,
Sevgidən bir ailə - yeni dünya yaradaq.
O qədər xəyallar qurub, arzular diləmişik,
Sanki ömürdən getməyib o illərimiz.
Qarşıda bizi çox sabahlar gözləyir,
Aram-aram ötüşüb
keçir bu anlar.
Bəzən həyat insanı
heç edib sovurur,
Sevginin qədri
bilinməyəndə soyuyur.
Çox
sevənlər bir gündə yanıb-tutuşur,
Heç sevməyənlər tale yolunda
uyuşur.
Gəl söylə, ey nazlı mələk, söylə, nə istər
Könlün, bəlkə könlümə
bir şeylər pıçıldar.
Yoxsa gözləməzsən sonadək
məni sən,
Gedib xidmətdən
qayıdanacan mən?!"
Deyərəm: "Yoxsa məni
vəfasız sanırsan
sən,
İstər dinc xidmətdə
ol, istər müharibədə,
Bəy xonçasıyla, ya da şəhid kimi gəlsən də,
Mən yenə də olaram səninlə birlikdə...
Neçə qız könül verib getdi sevdiyinə,
Söz verib, əhd edib, sonra qıydı özünə.
"Rəbbim əfv etsin, - dedi, - günahın böyüyünü,
Bu yol Sevdiyimin yoludur, Vətən sağ olsun!"
Ey Sevgilim, gözün yolda qalmasın,
Bu tale səni mənə yar etməsə,
Mən sənə bir ömürlük söz verirəm:
Harda olursan ol, qovuşarıq
biz yenə də!
Şəhidim, gələrəm yanına,
gözlə məni,
Məktubda yazmışam mən bu sözləri.
Bu dünya dar gəlsə, qovuşmasaq burda biz,
İnan,
görüşərik, taparam
o dünyada səni...
Əfsanə Rəhimli
525-ci qəzet.-2022.- 10 sentyabr.-
S.15.