Şahbaz Xuduoğlu :NövbətiMilli Kitab Sərgisi”nin tarixi bəllidir

 

Ötən il oktyabrın 1-də start verilən, “Qanunnəşriyyatının təşkilatçılığı ilə baş tutan “I Milli Kitab Sərgisioxucular tərəfindən maraqla qarşılanmış, minlərlə insanı cəlb edə bilmişdi.

 Qanunnəşriyyatının direktoru Şahbaz Xuduoğlunun 525.az-a verdiyi məlumata görə, növbətiMilli Kitab Sərgisi”nin bu ilin 24 sentyabr-1 oktyabr tarixlərində keçirilməsi nəzərdə tutulur: “NövbətiMilli Kitab Sərgisiilə bağlı çoxlu müraciətlər alıram. Artıq tarix bəllidir: 24 sentyabr-1 oktyabr… Bu dəfə daha möhtəşəm bir sərgi görəcəksiniz; bir-birindən maraqlı görüşlər, kitab müzakirələri, oxu saatları, konsert proqramları, sənət adamları ilə görüşlər, imza saatları s. Əziz dostlar, bilirəm, sərgi sərgidəki mühit üçün, kitab ətrafında olan söhbətlər üçün darıxmısınız. Kitab sərgiləri məhz bu cəhətinə görə digər sərgilərdən fərqlənir”.

Naşir bildirib ki, artıq sərgiyə hazırlıqlar başlanılıb: “Bu sərgidə çox böyük endirimlər olacaq. Bütün axtardığınız kitabları məhzMilli Kitab Sərgisi”ndə tapacaqsınız; köhnə, yeni, hər növ janrda hər kəs üçün; uşaq, böyük, məktəbli, tələbə s. “Milli Kitab Sərgisi”nə hazırlıq başladı. Bütün iştirakçılara şərtlərlə bağlı əlavə məlumat veriləcək. Sərgi ürəyinizcə olsun deyə təklif arzularınızı bildirin”.

Qeyd edək ki, “Milli Kitab Sərgi”sinin Bakı İdman Sarayında keçirilməsi nəzərdə tutulur.

 

Nadir Yalçın

 

525-ci qəzet.-2022.- 10 sentyabr.- S. 13.