Tövbə
Nəğmə oxuyuram, söz ilmə-ilmə
Tale toxuyuram ilməsi
köz-köz.
Elə toxuyuram dərdimi, Allah,
Bu cür hörümçək
də toxuya bilməz.
İlahi,
sən mənə bir az səbr ver,
Hisslərin əlindən qopar, çək məni.
Yoxsa ki, tezliklə dəlisov ürək
Bir qəfil
ölümə çəkəcək
məni.
Məni
gözləyən var
min ildi bəlkə,
Gözləyə-gözləyə alışır goru.
Döyüş gərəkdisə, qoy
varım-gedim
Məni gecikməyin şərindən
qoru.
Kim məni qurtarar görən özümdən,
Dərdi-dərdim oldu nədən özgənin.
Mənim
bədənimdə kimin
ruhudu,
Bəlkə ruh mənimdi, bədən özgənin?
Bəlkə ruh mənimdi-bədən
özgənin,
İlahi,
ruhuma, boyuma bir bax,
Bu ruhu günahsız dolandırmağa
Div boyda bir bədən gərəkdir
ancaq.
Əvvəlin sonu yox, sonun əvvəli,
Bu canım ruhuma
qənimdir, nədən?
Bu əllər, bu
saçlar, bu göz mənimmi?
Yoxsa özgə
ruhu gəzdirir bədən?
Günah
içindəyəm ruhum
didərgin,
Günahın həmişə - son ucu tövbə
Sözümdən boylanan bu tənhalığım
Ruhumun önündə
sonuncu tövbə.
İlahi,
sən mənə bir az səbr ver,
Hisslərin əlindən qopar, çək məni.
Yoxsa ki, tezliklə dəlisov ürək
Bir qəfil
ölümə çəkəcək
məni.
Mən qəm yolçusuyam...
Mən qəm yolçusuyam, qəm mənə neylər?!
Allah, fikrimdə də yalquzaq kimi...
Məni
anlayan yox, məni duyan yox
Başını itirmiş bu yer üzündə.
Bu cür təkliyimdə, tənhalığımda
Mənəm bu dünyanın
sonu, əvvəli
Nə axır bilinir, nə də ki əzəl
Oturub bir qərib çölün
düzündə.
Elə bu təkliyə, bu tənhalığa
Ürəkdən qurd kimi ulamaq gözəl...
Ulaya-ulaya
varıb bir dağa
Ordan da özünü sonsuzluqlara
Dərin
bir dərəyə tullamaq gözəl...
Ruhumu günahkar canın əlindən
Birtəhər qurtarıb ulu göylərə
Günahsız tərtəmiz yollamaq gözəl.
Gözəl, vüsallardan ayrılıq
gözəl
Gözəl, yaxınlardan uzaqlar gözəl.
Bayraqlı parçalar dursun
bir yana
Güllə yarasından çiçəyi
açmış
Köynəklik parçadan bayraqlar gözəl.
Sevinci qəm olan ağrısı
nəşə
Məni mən eyləyən bu kədər gözəl.
Boylanıb dərdimin pəncərəsindən
Bircə
yol adam
tək özümə
baxdım
İlahi,
içimdə gizlənən
MƏN-im
Görünən mənimdən nə qədər gözəl.
...Mən qəm yolçusuyam, qəm mənə neylər?!
Könül, yol yoldaşı de yazaq kimi?
Məni
anlayan yox, məni duyan yox,
Allah, fikrimdə də yalquzaq kimi...
Dağlar duman olmadan
Dön,
hardasan, dön qayıt,
Ümid - güman olmadan.
Al məni də, dur gedək,
Dağlar duman olmadan.
Al məni də, dur gedək,
Bir kimsə
bilməyəcək.
Dur, məni bitirəcək,
Bu bədən, can olmadan.
Xirqəsiz bir dərvişəm,
Külümə bürünmüşəm.
Halıma
bax, ölmüşəm,
Təkkəm viran olmadan.
Beşin
yarısı - gecə...
Sənsiz gecə - bilməcə.
Qayıt,
xəlvət, gizlicə,
Ömür bir an olmadan.
Bəzənib dua ilə,
Allah belə, din belə.
Niyə
gecikdin belə,
Gəl, ölmüşəm
ölmədən.
Dön,
hardasan, dön qayıt,
Ümid - güman olmadan.
Al məni də, dur gedək,
Dağlar duman
olmadan.
Rüstəm BEHRUDİ
525-ci qəzet.-2022.- 13 sentyabr.- S.9.