Ürəyimi şam
elədim
Külü qaldı öz içimdə.
Barıt imiş fikirlərim,
Vulkan oldu köz içimdə.
Hey, duyğuları xışladım,
O bahar ömrüm qışladı.
Quru nəfəsim daş dadır,
Gəl bu daşı əz içimdə.
Dərdlər də düzüldü getdi,
Canım da üzüldü getdi,
Səsim də süzüldü getdi,
Diri qaldı söz içimdə.
...O söz mənə bir şey deyir:
"Hələ gözləmə ölməyi,
Bura qalmalı yer deyil,
Sən də sovrul tez içindən.
lll
Dünya xətrimə dəymiş...
Yer qəribə, göy qərib.
Görən, günahım nəymiş
Tanrı bura göndərib?
Körpə budaqlarımdan
Yola-yola gül dərib
Ömrümün baharında
Məni qışa döndərib.
Sevinməyi,
gülməyi
Aradıqca
gözlərim,
Ağlamağı,
ölməyi
Ürəyimə
göstərib.
Dərdi tikan qanqalam,
Yer bitirib, göy dərib.
Mənim
bu taleyimi
Öz tikanım
göyərdib.
lll
Sirr kimi axıb içimə
Niyə hopdun sevincimə?
Əzizim,
məndən incimə
Səni sevsəm, öldürərlər.
Bilsələr ki, mən sevirəm
Cəllad olar bütün aləm.
Sən yazıqsan, mən cəhənnəm,
Səni sevsəm, öldürərlər.
Öz ömrünə qərarsızlar
Min söz qoşar
o ağızlar.
Sən sevdiyin vəfasızlar
Səni sevsəm, öldürərlər.
Sevməyəcəm, hey, desəndə
İtib qalmışam mən səndə.
Xəbər tutsan bəlkə
sən də
Öldürərsən, öldürərlər...
lll
Kirin mənə
təmizlik,
Günahın mənə tövbə.
Yalvarıram, əzizim,
Məni
sevməmiş ölmə!
Sən elə bil yadsan
ki,
Ən doğmamdan
doğmasan.
Görən, necə olardım,
Neylərdim, doğulmasan?
Sinəmdə buz gəzirdim
Çıxanacan qarşıma.
Buzu əritmək üçün.
Çaxıldın yaddaşıma.
O qığılcım bəs edər
Məni kül eləməyə.
Dodaqdan vurulmağa
Gözdən güllələnmyə...
Mətin QARA
525-ci qəzet.- 2022.- 14 sentyabr.-
S.16.