Qələmsiz yazılanlar
status-esselər
"Qlobal informasiya
məkanında ölkəmizin
yüksək beynəlxalq
nüfuzuna xələl
gətirmək, daxili həyatına təsir göstərmək cəhdləri
səngimir".
Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin bu il Mətbuat
Günündə jurnalistlərə
müraciətindəndir.
Hər yeni uğurumuz zamanı belə cəhdləri daha qabarıq hiss edirik. Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşdiyi,
Zabux və Sus kəndlərini nəzarətə götürdüyü,
sevincimizi bölüşdüyümüz
bu günlərdə yenə könül bulandıranların, düşmən
dəyirmanına su tökənlərin kin, nifrət
dolu xəbərləriylə
qarşılaşırıq. İçimizdəki "sapı özümüzdən
olan baltaların" əliylə haqq işimizə qarşı
hücumların şahidi
oluruq.
Təəssüf, min təəssüf!
Ona görə
də cənab Prezidentin sözügedən
müraciətində deyilən
aşağıdakı tövsiyələr
tək jurnalistlərə
deyil, hər bir vətənpərvər,
ayıq düşüncəli
azərbaycanlıya da
aid olmalıdır.
Eynən Vətən müharibəsi
günlərində olduğu
kimi birgə çalışmalıyıq. Düşmənin məkrli təbliğatının
qarşısını almaq
üçün, bu təbliğata açıq-gizli
qoşulan içimizdəkilərin
xain xislətini önləmək üçün
Zəfərimizə kölgə
salan hər məqama qarşı kəskin münasibətimizi
ortaya qoymalıyıq.
"Azərbaycan jurnalistləri
hər zaman prinsipiallıq nümayiş
etdirməli, saxta və yalan məlumatlara
söykənən kampaniyaların
qlobal səviyyədə
vüsət aldığı
bir şəraitdə
Azərbaycanın dövlətçilik
maraqlarını uca tutmalı, vətəndaşlarımızın
dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin
etməli, cəmiyyətimizin
tərəqqisi naminə
var gücləri ilə çalışmalıdırlar".
lll
"Fransa və
ABŞ-ın Azərbaycandakı
səfirləri bu gün Şuşada deyillər. Onlar Azərbaycan hökumətinin
dəvətinə açıq
şəkildə etinasızlıq
göstərdilər. Biz
bunu ərazi bütövlüyümüzə qarşı hörmətsizlik
kimi qəbul edirik".
Azərbaycan Prezidentinin köməkçisi
Hikmət Hacıyev Şuşada keçirilən
beynəlxalq konfransda qeyd edib ki,
Fransa və ABŞ
ATƏT-in Minsk qrupunun həmsədri
kimi münaqişəyə
töhfə verməyib:
"Onlar 30 il bizim, Azərbaycanın zamanını itirdilər.
Bu səfərə qoşulmamaqla onlar bir daha etinasızlıq
nümayiş etdirdilər".
lll
Hər jurnalist
bir sualla kifayətlənə bilərdi. Həm də
oxşar və təkrar sualları verməkdən çəkinmək
lazımdır. Bəzi suallar
isə çıxışa
bənzəyirdi.
Nazir Emin Əmrullayevin jurnalistlər
üçün brifinqində
belə hallar müşahidə olundu.
Nazir hazırlıqlıdır,
səmimidir, sualları
geniş izah edir. Amma adama elə
gəlir ki, bəzi jurnalistlər nazirin cavablarını heç dinləmirlər.
lll
Siz yuxudan duranacan çox sular axdı.
lll
Qonşu
bərk danışanda
da sosial şəbəkədə şikayət
yazırlar...
lll
Məyus olmağa dəyməz. "Qarabağ" qürur duyulası komandadır.
Bizə hələ çox həyəcan və sevinc bəxş edəcək.
lll
Bir xalqı
elliklə 90 dəqiqə
bir nöqtəyə baxmağa vadar etmək özü böyük nailiyyətdir.
lll
Sizcə, feysbukda ən səviyyəli və maraqlı profillər hansılardır?
Kimləri sosial şəbəkə
fenomenləri hesab edirsiniz?
Ən çox
kimləri izləyirsiniz?
Belə bir vacib sorğu.
Cavablarınız maraqlıdır.
lll
Bədnöyüslük, bəd xəbərdən cuşa gəlmək xarakterdir, xislətdir, xəstəlikdir.
lll
Sevindiricidir ki, Dövlət Proqramı çərçivəsində
xaricdə magistratura təhsili alacaq gənclər içərisində
jurnalist həmkarlarımızın
övladları da var.
Bütün gəncləri və valideynləri təbrik edirəm. Vətənə layiqli peşəkarlar
kimi dönsünlər.
lll
Bu ağıllı telefonların
dəbdən düşən
vaxtını necə
təsəvvür edirsiz?
lll
Xain, xəyanətkar,
tərbiyəsiz, avam,
cahil, düşmən
dəyirmanına su tökən profillərin dostluğunuzda olmasını
özünüzə rəva
bilməməlisiniz. Sizin qınağınız,
etirazınız, mübarizəniz
olmasa, onlar qatırlarını dəhmərləməkdə
davam edəcəklər.
lll
Sən ağ yalan
yayırsansa, təkzib
edirlər, bundan sonra yenə dediyini deyirsənsə, artıq sənin bütün fikirlərinə
şübhə yaranır.
lll
Şuşadan şəkil paylaşmaq savabdır.
lll
Xalq yazıçısı
Anar hər çıxışında fərqli
və təsirli məqamları dilə gətirir, təsirləndirir,
təəccübləndirir. Bu gün Şuşada Natəvanın 190 illiyinə
həsr olunmuş tədbirdə də çox təsirli fikirlər söylədi.
Tanrı qorusun!..
lll
Siyasətçi gərək danışanda
hıqqınmasın, özünü
suda balıq, göydə quş kimi hiss etsin, sözlər özləri
axıb gəlib dilindən süzülsün,
sualdan təntiməsin,
çaşmasın.
Belələri az da olsa var.
lll
Riyaziyyat hörmətə minir, ya hüquq dəbdən
düşür?
"Bu il ilk dəfədir
ki, BDU-nun riyaziyyat müəllimliyi ixtisası
üzrə keçid
balı həmin universitetin Hüquq fakültəsinin keçid
balından daha yüksəkdir" (Dövlət
İmtahan Mərkəzinin
Direktorlar Şurasının
sədri Məleykə
Abbaszadə).
lll
Deyir, bu il bir məktəbdə eyni sinifdə oxuyan şagirdlərin hamısı ali məktəblərə qəbul
olunub.
Yaxşı nümunədir. Belə nümunələri təbliğ etməli, onların müəllimlərini
öyməliyik. Həmişə neqativləri qabartmaq olmaz axı.
lll
İndiyəcən bilmirdim, Cinayət Məcəlləsində Əzab
vermə maddəsi varmış. Şeirlərimizdəki
lirik qəhrəmanlara
qarşı cinayət
işinin başlanması
üçün nə
qədər əsaslı
dəlillər tapmaq olar...
Məsələn:
"Allahım, heç sənə əzab verməsin
Sən mənə
verdiyin əzaba görə".
Və sair və ilaxır.
lll
Bu gün şair-tərcüməçi
Səyavuş Məmmədzadəni
son mənzilə yola saldıq.
Şairin "Şuşanı qar gördüm" şeirini
ilk dəfə 1986-cı ilin
yayında, Şuşada,
Vaqif Poeziya Günlərində öz
dilindən eşitmişdim. Bu il iyulun 14-də Şuşada Vaqifin məqbərəsi önündə
çıxış edərkən
şairi və o şeiri də xatırladım.
Ruhu şad olsun!
Şuşanı qar gördüm,
qar gördüm,
Elimi var gördüm, var gördüm,
Səslədim ötən günləri,
Daşları kar gördüm, kar gördüm.
Yazıma
gəl dedim, gəl dedim,
Üzümə gül dedim, gül dedim,
Haçandan sönən ocağın,
Külünə gül dedim, gül dedim.
Dağları dağ gördüm,
dağ gördüm,
Həmişə şax gördüm,
şax gördüm,
Bir bulaq aynasında
Saçımı ağ gördüm, ağ gördüm.
Şuşadan yol getdim, yol getdim,
Dedilər qal getdim, qal getdim,
Ürəyim dilə gəldi,
Dinmədim, lal getdim, lal
getdim.
lll
Adam ağlından keçən
hər sərsəm fikri o dəqiqə statusa çevirib yazmaz ki!..
lll
Fərid
Pərdəşünas Azərbaycanın
ən uğurlu və istedadlı gənclərindəndir; informasiya
texnologiyaları üzrə
mütəxəssisdir, tanınmış
texno-blogerdir, Technote
Media Şirkətinin təsisçisi
və rəhbəridir,
Azərbaycanda qabaqcıl
yüksək texnologiyaların
və innovativ ideyaların tətbiqi və təşviqi sahəsində qazandığı
uğurlara görə
ötən il
Prezident mükafatına
layiq görülüb.
Fəridin Vətən müharibəsi
günlərində informasiya
savaşı sahəsində
və kiber cəbhədə göstərdiyi
əhəmiyyətli fəaliyyəti
ictimai rəyin diqqətini daha çox çəkmişdi.
Bu gün Mətbuat Şurasında Fəridlə
rastlaşdıq, şəxsən
tanış olduq, ayaqüstü fikir mübadiləsi apardıq, indiyə qədər qazandığı
uğurlarına görə
sevindiyimi bildirdim, gələcək fəaliyyətində
uğurlar arzuladım.
lll
Rəşad Nağı Mustafanın "Müharibə başlayıb..." şeiri barədə bir dəfə yazmışdım. Ramiz Rövşən də bu şeiri bəyənmişdi. Rəşad bu gün Şuşada Natəvanın yubiley tədbirində də həmin şeirini oxudu və yaxşı da qarşılandı. Amma şair gərək öz şeirini əzbər deyə. Həm də məşhur şeirini. Özünə də dedim.
Əzbər desə, şeirin təsir gücü daha da çox olardı.
lll
Oxuyan bir saytdan da tapıb
oxuyar. Oxumayan yüz saytda
da yayılsa, oxumayacaq.
lll
Soruşdum, siz burada nəyin
növbəsinə durmusunuz?
Dedilər, "Qarabağ"ın oyununa bilet alırıq.
lll
Dilqəm Əhməd dəyərli kitablar müəllifidir. İmza günü də qələbəlikdir, lap "Qarabağ"ın oyununa növbə kimi.
Sağ olsun!
- həm də qiyabi
tanıdığım dəyərli müəlliflərlə
canlı tanışlığımıza səbəb olduğuna
görə...
Rəşad
MƏCİD
Azərbaycan
Yazıçılar Birliyinin sədr müavini, "525-ci qəzet"in
baş redaktoru
525-ci qəzet.- 2022.- 14 sentyabr.- S.11.