Müharibə təhrikçiləri
Hələ heç iyirmi yaşını bitirməyən
gənclərin vaxtsız
ölümləri, anaların
göylərə yüksələn
fəryadları, ataların
üzündə donmuş
ömür... hansımızı
dəli etmir ki? Qəlbində bir
az mərhəmət
olan insan bu mənasız savaşlara necə duyğusuz qala bilər?
Amma bu cür müharibələrdən,
ölümlərdən bəhrələnən,
hətta müharibəyə
səbəb olan zehniyyətlər hələ
də işləməkdə
və yeni ölümlərə zəmin
yaratmaqda davam edir.
Azərbaycan-Ermənistan münaqişəsi xəbəri
eşidilən kimi Amerika və Avropa mediası cəbhədəymiş kimi
qərəzli xəbərlər
yaymağa başladı. Almaniyanın ən çox baxılan xəbər proqramının - "Tagesschau"
müxbiri Silvia Stöber
"Kölgədə döyüş"
adlı xəbər və şərhində ziddiyyətdən ziddiyyətə
keçir. Xəbərin
əvvəlində Azərbaycanı
ittiham edərkən yazır: "Azərbaycan
hərbi gücünü
sınamaq istəyirdi,
lakin beynəlxalq təzyiqlərə görə
geri çəkilməli
oldu".
Həmin məqalədə müəllif
özü ilə ziddiyyət təşkil edərək yazır ki, müharibəni ilk kimin başlatdığı
məlum deyil və araşdırılacaq.
Almaniyada
da çox oxunan "Die Welt" qəzetində
"Pavel Lokşin"in
dərc etdiyi xəbərdə bu müharibənin də Putinin müharibəsi olduğu yazıldıqdan
sonra erməni tərəfinin cəmi 49 itkisi qeyd olunur.
Xəbərlərdə həyatını itirən Azərbaycan əsgərləri ilə
bağlı bir sətir belə yer almır.
Avstriyanın ORF xəbər agentliyinin
xəbərinin başlığı
da müharibənin hara çəkiləcəyini
açıq şəkildə
ortaya qoyur: "Azərbaycan yaranmış
vəziyyətdən yararlanırmı?"
"The Guardian" regiondakı münaqişələrə bir qədər sakit yanaşdığı halda, Fransanın "Le Monde" qəzeti Azərbaycanla Ermənistan arasında münaqişənin Rusiya tərəfindən törədilə biləcəyini vurğulayır. Əksər Avropa qəzetləri həm Qərbi çətin vəziyyətə salmaq, həm də Ukraynadan diqqəti bu bölgəyə çəkmək üçün Putinin bölgədəki münaqişələri qızışdırdığı iddiası ilə bağlı yazılar və şərhlər yazıb.
ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays isə müharibə xəbəri yayılan kimi hansı tərəfdə olduğunu açıqlamaqdan çəkinməyib. "Azərbaycanın Ermənistan torpaqlarını bombaladığı və Ermənistanın infrastrukturuna xeyli ziyan vurduğuna dair kifayət qədər dəlillər gördük" deyərək, yeni münaqişələri alovlandır.
Bəli, Avropa və Amerikanın qəzet və televiziya kanallarında eyni üslubda qərəzli və təxribat xarakterli xəbərlər yayılmaqda davam edir. Avropa və Amerika mediası və siyasəti əvvəldən hadisələrə ədalətlə yanaşmaq istəmirdi. Biz müharibədən, qandan qidalanan, hər hadisəyə qərəzsizlikdən çox qərəzlə yanaşan bir zehniyyətlə qarşı-qarşıyayıq.
Təbii ki, regionda Rusiya kimi güclərlə birlikdə bu iki ölkə arasındakı münaqişədən başqa dövlətlər də yararlanmaq istəyir. Qərb isə artıq öz tərəfini müəyyən edib.
Təəssüf ki, Qərbdə
irqçilik, ayrı-seçkilik və qərəzlilik
tam sürətlə davam
edir. Aydındır ki,
Birinci və
İkinci Dünya
müharibələrindən heç kim dərs almadı. Ancaq pandemiya və ondan sonra başlayan Ukrayna-Rusiya müharibəsi ilə onsuz da çətin
günlər yaşayan dünya
yeni müharibələr, xəstəliklər
və ekoloji fəlakətlərlə necə
mübarizə aparacağını hesablamalıdır.
Hər kəs bu oyunu
diqqətlə izləməli, müharibə
qızışdıranlara və silah
tacirlərinə heç vaxt
imkan verilməməlidir.
Orxan ARAS
525-ci qəzet.- 2022.- 16 sentyabr.-
S.16.