Qoşmalar
Yenə
ziyafətdir xublar evində,
Mahvəşlər bir yığnağa düşübdür.
Eyham edər, bir-birinə naz edər,
Qaş-gözləri oynamağa düşübdür.
Şirinlər söhbəti, hekayətləri,
Var işvəsi, nazü nəzakətləri,
Vacibdir Kəbətək ziyarətləri,
Əlim yetmir, min iraqə düşübdür.
Əlvan
olub gül hənadən əlləri,
Qucmalıdır gərdənləri, belləri,
Sona çığasıtək sərdən
telləri
Əfşan olub, gül yanağə düşübdür.
Gözəllərin padşahı, sərvəri,
Fələyin istəkli mahi-ənvəri,
Mədəd sevib bir Leylivəş dilbəri,
Məcnunsifət dağdan dağə düşübdür.
Vəsfin
edim boyun qonaqlarının,
Ağ gül kimi bədən,
buxaqlarının,
Həsrətindən şəkər
dodaqlarının
Lalə dağə, qönçə
bağə düşübdür.
lll
Sevgili sultanım, istəkli xanım,
Yadlarınan aşinalıq eyləmə.
Dön başına könül sevən aşiqin,
Hər nakəsə
ilticalıq eyləmə.
Qoynun içi qızıl gülün çəməni,
Dodaqların ləlü mərcani-Yəməni,
Aşiqinəm, hər dəm yada sal məni,
Vəfalı yar, bivəfalıq eyləmə.
Nə müddətdir həsrətini
çəkərəm,
Gözlərimdən qanlı yaşlar tökərəm,
Vəfalı qulunam, sənə
nökərəm,
Padşahım, gəl gədalıq eyləmə.
Hüsnün düşüb Dağıstanə,
Dərbəndə,
Dodaqların bənzər nabata, qəndə.
Bir busə lütf eylə mən dərdiməndə,
Ağrın alım, nakəsalıq eyləmə.
Müxəmməs
Nə xoşdur bir güləndamın başın
almaq qucaq üstə,
Müsəlsəl zülfünə etmək
tamaşa gül yanaq üstə,
Etmək
şirin təkəllüm
hər dəm, bir xoş səyaq
üstə,
Öpüb məstanə çeşmindən,
qoymaq dodaq dodaq üstə,
Verər çox nəşə damağə qoşa gəzmək ayaq üstə.
Götürüb tellərin hər
dəm ruyindən kənar etmək,
Heyrət
gözüylə baxıb,
camalına güzar etmək,
İçirdib badeyi-gülgun, qılıb
məstü xumar etmək,
Açılsa sinədən bəndi
necə olur namuslar etmək,
Görüncə iki şamamə
yetişmiş tazə
tağ üstə.
Edib yüz nazilə əfşan, açıb
geysulərin ölçmək,
Gəhi
işvə, gəhi qəmzə, gəhi vəqt oynayıb gülmək,
Gəhi
öpmək, gəhi qucmaq, gəhi dəm oynayıb gülmək,
Durub min
şövqilə baği-vüsalından
gülün dərmək,
Üz üz üstə, qolu boynunda ola yatmaq damağ üstə.
Girib səhni-gülüstanə dolanmaq
nazilən bağı,
Tutub nazik əlin gəzmək gəhi solu, gəhi sağı,
Görəndə ağlaya yüz
qan ləbində qönçə yaprağı,
Urubdur bənzi-zəncirə siyəh xal əhli-üşşaqi,
Qurib dəstə, çəkib ləşkər getmək şəhri-əraq üstə.
Çəkib bir künci-pünhanə, edəsən eyş ilə işrət,
Yanınca mütribi-xoşhal edə şamü səhər söhbət,
Sevəsən bir gülüzarı, görəsən dünyada ləzzət,
Mədədi öldürür, yaran, belə dərdü, belə möhnət,
Görübdür bivəfa gülün bu gün bu xarı zağ üstə.
Məşədi Əlimədəd Qazi oğlu Qurtlar
525-ci qəzet.- 2022.- 17 sentyabr.- S.15.