Ukraynanın silahlandırılması davam edir

 

 

Rusiynın bütün etirazlarına baxmayaraq, Qərb dövlətləri Ukraynanı silahlandırmaqda davam edirlər. ABŞ prezidenti Co Bayden Ukraynaya 600 milyon dollar dəyərində silah-sursat verilməsi ilə bağlı sərəncam imzalayıb. Yeni hərbi yardım paketinə HIMARS reaktiv yaylım atəşi sistemləri üçün mərmilər, İnsansız Hava Aparatları əleyhinə sistemlər, artilleriya əleyhinə radarlar (RLS) dəqiq idarə olunan artilleriya mərmiləri daxildir. Hərbi ekspertlər yardım paketində yer alan silah-sursat içərisində Ukrayna üçün HIMARS reaktiv yaylım atəşi sistemləri üçün mərmilərin 55 millimetrlik min ədəd yüksək dəqiqlikli artilleriya mərmisinin daha çox önəm daşıdığını qeyd edirlər. Məlumatlara görə, Ukraynaya veriləcək HIMARS reaktiv yaylım atəşi sistemləri üçün mərmilərin sayı iki min ədəd təşkil edəcək. Hərbi ekspertlər HIMARS reaktiv yaylım atəşi sistemləri üçün iki min ədəd mərminin yeni yardım paketi ilə Ukraynaya veriləcək 36 min ədəd 105 millimetrlik artilleriya mərmisindən daha önəmli hesab edirlər.

Ukraynanın Rusiya ordusuna qarşı son iki ayda əldə etdiyi uğurların əsas səbəblərindən biri HIMARS reaktiv yaylım atəşi sistemləri hesab olunur. ABŞ-ın hərbi rəhbərliyi hesab edir ki, Ukrayna bu silahlardan çox effektiv istifadə edir. Bir neçə gün öncə açıqlanan bir məlumatda Ukraynanın bu silahdan istifadə etməklə Rusiyanın 400-dən artıq hərbi obyektini dağıtdığı qeyd edilirdi. Ukraynanın Xerson Xarkov ətrafında Rusiya ordusuna ağır zərbələr vurması da HIMARS reaktiv yaylım atəşi sistemlərinin gücü ilə izah olunur. ABŞ hələlik 78 km məsafəni vurmaq imkanı olan mərmilər verir. Ancaq çox yaxın zamanda 300 km məsafəni vura bilən raketlərin veriləcəyi gözlənilir.

ABŞ Senatında respublikaçıların lideri Mitch McConnell prezident Co Baydeni Ukraynaya silah yardımını artırmağa çağıraraq uzun mənzilli ATACMS raketləri, pilotsuz təyyarələr tanklar verməyə çağırıb. Senator bildirib ki, Ukrayna ordusunun uğurları azad dünyanı ruhlandırır, lakin arxayınçılıq üçün hələ tezdir.

Bu arada, Almaniyanın Ukraynaya daha iki Mars II MLRS 50 zirehli maşın verəcəyi məlum olub. Alman mətbuatının məlumatına görə, Nazirlər Kabinetinin daha çox üzvü Ukraynaya tankların, piyadaların döyüş maşınlarının zirehli transportyorların göndərilməsinə tərəfdardır. "Der Spiegel" nəşrinin məlumatına görə, Almaniya Ukraynaya Mars II üçün 200 ədəd raket göndərəcək. Almaniyanın Ukraynaya verəcəyi hərbi texnikanın arasında Dingo zirehli transportyorları da çox diqqət çəkir. Bu zirehli maşınlar çətin keçilən əraziləridən keçməyə qadir patrul kəşfiyyat maşınıdır. Berlin, həmçinin, Kiyevin ağır silahlar, o cümlədən, Leopard 1 Leopard 2, Marder piyada döyüş maşınları ilə bağlı xahişini araşdırır.

Rusiyanın ağır məğlubiyyəti fonunda Ukraynanın silahlandırılması davam edir. Bu isə hərb meydanında vəziyyəti tamamilə dəyişəcək.

 

Xaqani CƏFƏRLİ

 

525-ci qəzet.- 2022.-  17 sentyabr.- S.6.