Nensini də aldatdılar
Deyirlər yalan ayaq tutar,
amma yeriməz. Təəssüf ki, bəzən yeriyir, özü də xeyli uzağa
gedə bilir. Necə ki ermənilərin bəzi yalanları ümmanın o tayına belə gedib çatır.
Bu dəfə də
belə oldu. Daha doğrusu, bu dəfə ümmanın
o tayından Ermənistana
təşrif gətirən
ağbirçək qadını,
ABŞ Konqresinin sədri
84 yaşlı Nensini elə yüklədilər
ki, o, bu yalanı nəinki Amerikaya, hətta özüylə birgə qəbrə də aparacaq; yəni ermənilərin ona sırıdıqları yalanın
yalan olduğunu heç vaxt bilməyəcək.
Məsələ burasındadır ki,
Ermənistana qonaq gələn ağbirçək
Nensiyə məxsusi hörmət əlaməti
olaraq ev
sahibləri "XIV əsrdən
üzü bu yana göz bəbəyi
kimi qoruduqları konyak şüşəsini
açıb, ona bu nadir içkidən daddırıblar"...
Bəli, bəli, hörmətli oxucu, dediklərimdə müəllif mübaliğəsi
axtarma. Erməni mətbuatı məhz belə yazır, ali qonağın
şərəfinə "on dördüncü" əsrdən
üzü bu yana göz bəbəyi
kimi qoruduğumuz qədim konyak şüşəsini açdıq...
Sözsüz ki, ömrü boyu belə "səxavətlə" qarşılaşmayan
Nensi də buna inandı. Necə inanmasın?!
O dequstator deyil ki! Siyasətçidir. Bəlkə də dequstator
olsa da inanardı.
Bu boyda dövlət başçıları sənə
deyir, orta əsrlərdən üzü
bu yana
bu konyakı sənin üçün saxlamışıq! Bu "səmimiyyətə",
bu "qonaqpərvərliyə"
necə inanmayasan!?
Amma erməni
konyakının qısaca
tarixçəsini bilsən,
inanmaya bilərsən.
Məsələ burasındadır ki, Ermənistanda ilk konyak zavodu XIX əsrin iyirminci illərində açılıb. Birdən elə bilərsiniz, onu ermənilər açıb, əsla!
Ermənistanda ilk konyak zavodunu,
dediyim kimi, on doqquzuncu əsrin iyirminci illərində tanınmış gürcü
alimi, kimya elmləri doktoru Davit Saracişvili açmış,
beləliklə "erməni
konyakı" kimi tanıdığımız içkinin
əsasını qoymuşdur.
Ermənilər isə on doqquzuncu
əsrin əvvəllərində
gürcü aliminin sayəsində əldə
etdikləri içkini
nə təhərsə
on dördüncü əsrdən
etibarən göz bəbəyi kimi qorumuş, XXI əsrin əvvəllərində Amerikadan
təşrif gətirən
ağbirçək qonağa,
yəni Nensi xanıma içirtmişlər.
Maraqlıdır! Görünür, elliklə
deyilən yalanın qarşısında vaxt-zaman
sərhədləri də
silinib gedir, - XIX əsrdə əldə etdiyin şeyi XII əsrdə də saxlaya bilərsən, hələ istəsən,
III əsrdə də...
Bir nəfər yalan danışırsa, buna birtəhər dözmək
olar, amma bir xalq yalana,
sonu görünməyən
ağ yalana
meyillidirsə, bu bəşəri bəlaya
çevrilir.
Qənşərilərinə çıxan yaxşı, dəyərli
nə varsa, hamısı bizimkidir deməklə, görəsən,
nəyə nail olurlar!?
Biləndə ki, təkcə
bizim ərazimizə,
"Arşın mal alanımıza",
"Sarı gəlin"
kimi mahnılarımıza
və sairlərinə
göz dikmirlər, başqalarının da torpağına, mənəvi
sərvətlərinə yiyələnməyə
cəhd edirlər, insan bir az
təskinlik tapır, düşünürsən, bu
bizə qarşı yönəlmiş qərəzli
mövqe deyil, bir xəstəlikdir.
Sən demə,
tamahkar qonşularımız
qədim Tiflisin koloriti olan məşhur
gürcü şairi Yetim Gürcünü də erməniləşdirmək
niyyətindədirlər. Onların bu
cəhdinə tanınmış
publisist-tədqiqadçı Mirzə Maşov tutarlı cavab verib. Mirzə müəllimin dəlillərinə
ikicə kəlmə ilə öz fikrimi də əlavə etmək istərdim: Bu azman ozanın kimliyindən bəhs edərkən hər şeydən öncə diqqət çəkən və maraq doğuran təxəllüsdür: O özünə
təxəllüs kimi
"Yetim Gürcü"
adını və soyadını götürmüşdür.
Buradakı sözlərin hər
ikisi azərbaycancadır
- YETİM GÜRCÜ. Bu faktın
özü şairin azərbaycanlılara hörmətinin
və ehtiramının
göstəricisidir. O, erməni olsa, çox güman ki, Azərbaycan dilinə və xalqına belə hörmət nümayiş
etdirməzdi. Bundan əlavə, necə deyərlər, fakt göz qabağındadır,
şair özünə
Yetim GÜRCÜ deyir,
Yetim Erməni demir. Nolsun ki,
demir, bu faktın özü belə erməni "tədqiqatçılarına" mane olmur ki, ədəbiyyatda
"yeni fikir" söyləyərək desinlər,
Yetim Gürcü, bəli, bəli Yetim Gürcü, gürcü deyil, ermənidir. Bu yerdə demək lazımdır, ay zalım
balası, necə erməni ola
bilər ki, kişi öz diliylə deyir, gürcüyəm!
Hələ bu harasıdır. Onlar, gürcü ədəbiyyatının pasportuna çevrilmiş dünya poeziyasının korifeylərindən olan Şota Rustaveliyə də qarmaq atırlar:
Bir dəfə Gürcüstanın Xalq şairi Cansuğ Çarkviani Ermənistanda qonaq olarkən erməni həmkarları ondan suruşublar: Deyirlər, Sota Rustaveli erməni olub, özü də Rustaveli deyil, Rustaviansdır, siz bu fikirlə razısınızmı?
Hazırcavablılığı ilə seçilən görkəmli gürcü şairi onların cavabında deyir: deyirsiniz erməni olub, olsun erməni, amma fakt budur ki, erməni dilinə elə nifrət eləyib, erməni dildən o dərəcə zəhləsi gedib ki, öz ölməz əsəri "Pələngdərili cəngavər" poemasını gürcü dilində yazıb.
Bundan gözəl cavab olmaz!
Görünür, bu cür əsassız iddialara, "elmi" sərsəmləmələrə istehzalı cavab verməlisən. Qeyri-ciddi iddianı ciddi cavablandıranda, özündən asılı olmayaraq, onu dəyərləndirmiş, urvata mindirmiş olursan.
Amma bir şey də danılmaz faktdır: ABŞ konqresinin 84 yaşlı sədri Nensi xanım ermənilərin sonuncu yalanını (Allah eləsin ki, sonuncu olsun) özü ilə birlikdə əvvəlcə Amerikaya, sonra isə qəbrə aparacaq.
Neynəməli, təki bütün bu sayaq id
dialar və yalanlar qəbrə getsin.
İmir
MƏMMƏDLİ
525-ci qəzet.- 2022.- 20 sentyabr.- S.13;16.