Əhməd bəy Ağaoğlu yaradıcılığında kulturoloji fikir

 

(Əvvəli ötən sayımızda)

 

Əhməd bəy Ağaoğlu qeyd edir ki, məktəblərimizdə tədris olunan Sədi Şirazinin "Gülüstan"ı "Bustan"ı zamanla səviyyə cəhətdən uyğun gələ bilmir. Əhməd bəyində dünyagörüşü kulturoloji fikri o idi ki, yenilikçi olmaq lazımdı zamanla uyğunlaşmaq lazımdı. Ədib milli tərəqqi üçün yeganə yol kimi Qərb mədəniyyətini görürdü. Əhməd bəy mədəniyyəti həyat tərzi adlandırırdı. Ortaq mədəniyyətin xalqları birləşdirmək gücündə olduğu fikrini irəli sürürdü. Ortaq mədəniyyətin xalqların xarici görünüşləri, qan, cins, rəng müxtəlifliklərinə rəğmən onları birləşdirməyə qadir olduğunu bildirirdi. Bu mədəniyyət ortaqlıqları tərəflərarası mədəniyyətin ruhunu təşkil edirdi. Əhməd bəy bildirirdi ki, hər bir kəsin xarici görünüşü onun ruhunun, dünyagörüşünün, mədəniyyətinin təzahürüdür. Mədəniyyətşünas alim eyni zamanda bildirirdi ki, mədəniyyət məsələlərinin bir qismi maddi, digər bir qismi isə mənəvidir. Maddi qisim, məsələn, geyimlərin forması, binaların arxitekturası, ibadət ayinlərin icra forması sairələrdən ibarətdir. Mənəvi qisim isə düşüncə mənəviyyata aid olduğuna görə daha genişdir. Ümumiyyətlə, hər bir xalqın mədəniyyətinin özünəməxsus bir düşünmə gücü, düşünmə tərzi, düşünmə zəkası vardır. Əksər hallarda mədəniyyətlər bu xüsusiyyətlərə sahibdirlər. Bununla yanaşı hər bir mədəniyyətin bir qəlbi, bir duyum tərzi vardır. Ortaq mədəniyyətə sahib olan xalqlarda ortaq bir əxlaqa, bir dəyər duyğusuna, ortaq yaxşı pis, gözəl çirkin görünüşə sahibdirlər.

Əhməd bəy Ağaoğluya görə İslam dini təhsil sisteminin mədəniyyətin problemlərində islahatçı mövqedən çıxış edir. Məhz buna görə Əhməd bəy İslam dinini mədəniyyətə, onun inkişafına zərər gətirməyən, elmə təhsilə böyük önəm verən bir ideologiya kimi qiymətləndirmiş, onun daim elmi mədəni inkişafa meylləndirən islahatçı mövqeyindən araşdırılımasına səy göstərmişdir. Ə.Ağaoğlu İslam dinini Şərqdən deyil, Qərbdə - Fransanın Sarbonna Universitetinin tarix - Şərq dilləri məzhəbləri şöbəsində öyrənirdi. Əhməd bəyin islahatçı dünyagörüşünün bu qədər kəskin şəkildə formalaşmasında məhz bu səbəbin olması üstünlük təşkil edirdi.

Əhməd bəy Ağaoğlunun Avropada təhsil almasının, Qərb ədəbiyyatı, tarixi, mədəniyyəti ilə yaxından tanış olmasının, dünyagörüşünün formalaşması prosesinin məsul bir dövründə Xristian əqidəli mütəfəkkirlərin əhatəsində yaşamasının yaratdığı  yaşatdığı çətinliklərə baxmayaraq, Əhməd bəydə İslam dininə, onun peyğəmbərinə ailə üzvlərinə (Əhli Beytə), Qurana dərin inam etiqadına zərrə qədər olsun bir azalma yarada bilməmişdir. Əhməd bəy İslama xüsusi hörmət bəsləyir, onun bəşər tarixində oynadığı mütərəqqi rolu yüksək qiymətləndirirdi.

Əhməd bəyin fikrincə, mədəniyyətlər qəlb beyində meydana gəlmişdir. Belə olan halda eyni mədəniyyət zümrəsi eyni baş ilə düşünər, eyni qəlb ilə duyar, eyni mənəvi duyğularla hiss edər. Əhməd bəy yaradıcılığında Avropa yaşam tərzi ilə başqa millətlərin yaşam tərzini müqayisə edərkən üstünlüyü Qərbə verir. Ağaoğlu yaradıcılığında İran cəmiyyətinin bəzi mənfi nəticələrini, "təzahürlərini" önə çıxarmışdır. Məsələn, o Nəsirəddin şahla fransız dövlət başçısı Carnotun görüşü hadisəsini təsvir edərkən birinin - Nəsirəddin Şahın təkəbbürlü tərzini, göz qamaşdıran mücəvhərlərlə örtülü ədalı geyimini Fransız dövlət başçısı Sadi Carnotun sadə qara geyimini, təvazökar davranışını müqayisə edərkən burada belə bir nəticəyə gəlir ki, mədəniyyət həyat tərzi kimi dəyərləndirilməlidir. Əhməd bəy onların hər ikisinin timsalında Şərqlə Qərbi müqayisə edir. Şahın bu ədasını Şərq despotizminin mahiyyətini göstərən açıq örnək kimi dəyərləndirir. Əhməd bəy Ağaoğlunun kulturoloji düşüncələrini Nəsrəddin Şahla bağlı başqa bir fikrində aydın bir şəkildə görmək olur. Əhməd bəy qeyd edir ki, Nəsrəddin Şah gecə vaxtı küçədən keçərkən mantosunu çiynindən yerə atıb arxasınca gələn sədri-əzəmə hökmlə "götür!" - deyir. Sədri-əzəm dərhal uşaq kimi əyilib mantonu götürür qolu üstə salıb Şahın arxasınca gedir. O, bu fikirləri ilə Şərqdə hökmdarın hökmlərinin sorğu-sualsız qəbul olunduğu fikrini təsdiqləyirdi. Əhməd bəy Şərqdə Qərbin azadfikirliliyinin olmamasını bu kimi qısa tarixi faktlara əsaslanan xatırlatmalarla sübut edirdi. Əhməd bəy Ağaoğlu iddialarını tarixi faktlarla əsaslandırmağı çox gözəl bacarırdı. Əhməd bəyin mədəniyyət anlayışı bölünməzlik, tamlıq prinsipinə əsaslanırdı. O, deyirdi ki, Qərb mədəniyyətinin üstünlüyünü qələbəsini etiraf ediriksə, bu qələbənin yalnız elm, siyasi ictimai təşkilata bağlamamalıyıq, mədəniyyətin bütünlükdə zehniyyətinə, görüş tərzinə, ruhuna, dünyagörüşünə, beyninə, şüuruna, qəlbinə, yaşam tərzinə, mühitinə bağlanmalıyıq. Qərb həyatı bizim həyatımıza bütünlükdə qələbə qazanıbsa demək ki, bizim təkcə geyimlərimiz deyil, beynimiz, ruhumuz, zehniyyətimiz dəyişilib, Qərb həyatına uyğun olmalıdır.  

Əhməd bəy Ağaoğlu mədəniyyətdə şəxsiyyət anlayışına aydınlıq gətirərkən, onu dil kimi millətin maddi varlığı hesab edirdi. Hər maddi vücudun da bir şəxsiyyəti vardır deyirdi. Kainatda eynilik yoxdur, insanlar şəxsiyyətləriylə mütləq surətdə digərlərindən ayrılırlar. Əhməd bəyin fikrincə, şəxsiyyətlər hansısa əxlaqla, hüquqla, memarlıqla fərqlənmir, inkişaf dərəcəsinə görə fərqlənir. Onun fikrincə, şəxsiyyəti yalnız hərəkətsizlik öldürür. İstər fərdlərdə və istərsə də millətlərdə həyat nə qədər hərəkətli və qüvvətlədirsə, şəxsiyyət də o qədər fəaldır.

Əhməd bəy Ağaoğlu bildirirdi ki, bəşər tarixində cəmiyyətlərsiz din olsa da dinsiz bir cəmiyyətə rast gəlinməmişdir. Dinlərin sivilizasiyaların inkişafında, insanların həyat tərzində böyük rolu olmuşdur. Hər bir din cəmiyyətin tarixində, təhsil və incəsənətində böyük əhəmiyyətə malik olmuşdur. Böyük təsir qüvvəsinə malik olmuşdur. Din bəzən adət-ənənələrin arasında sıxışdırılaraq xalqların yaranış xüsusiyyətlərindən qidalanaraq əsas mahiyyəti etibari ilə dəyişilmiş, öz həqiqi çərçivəsindən kənara çıxmağa məcbur olmuşdur. Əhməd bəy Ağaoğlu "Nədən bu günə qaldıq?" məqaləsində yazır ki, müsəlmanlar üçün nicat yolu ancaq Qurandır. Ondan başqa bizim qurtuluş yolumuz yoxdur. Əhməd bəy Avropa ilə Şərqi müqayisə edərək qeyd edir ki, Avropa necə cəhalətdən və zülmətdən Jan Husların, Lyüterlərın, Qalonilərın və Qromeylərin vasitəsilə çıxdısa müsəlmanlarda cəhalətdən və zülmətdən Quran vasitəsilə çıxacaqlar. Əhməd bəy Ağaoğlunun bu fikirləri onun dünyagörüşünü açıq bir şəkildə göstərir.  Əhməd bəy savadlı,  Avropa təhsili almış, Qərb, Avropa mədəniyyəti ilə tanış olmuş bir ziyalıdır. Mədəniyyətşünas alim Əhməd bəy böyük bir xalqın, millətin geridə qalmasının səbəbini Qurana olan inamın zəifliyində görürdüeyni zamanda çıxış yolunuda Quranda axtarmağı məsləhət görürdü. Əhməd bəyin yaradıcılığındakı kulturoloji fikrin əsas hissəsini İslam mədəniyyətinin müdafiəsi təşkil edir. Qərb cəmiyyətində belə bir fikir formalaşıb ki, müsəlman cəmiyyətində baş verən geriliyin, xaosun günahkarı təkcə İslam dinidir. Şərqi tərəqqi etməyə qoymayan İslamdır və bu din olmasaydı, Şərqdə hər şey tərsinə ola bilərdi. Ə.Ağaoğlu Qərblə Şərq arasında uçurum yaradan bu fikirləri Qərbin özünün məqsədli şəkildə yaratdığını qeyd edirdi. O, bildirir ki, bu fikirlərin formalaşdırılmasında məqsəd islamın zərər görməsi olmuşdur. Bu fikrin tərəfdarlarının əsas məqsədi o idi ki, müsəlmanlar tərəqqiyə çatmaq üçün İslam dinindən imtina etməlidirlər. Ə.Ağaoğlu Qərbin bu fikirlərini əsla qəbul etmirözünün dünyagörüşü səviyyəsində bu fikirləri qəbul edilməz sayırdı. Şərqlə Qərb arasında olan bu münaqişəyə özünün "Üç mədəniyyət" əsərində geniş bir şəkildə aydınlıq gətirirdi. Ə.Ağaoğlunun dünyagörüşünü təhlil edərkən onun İslam dininə və onun banisi Hz. Məhəmmədə olan fikirləri önəmlidir. O, dünya ədəbiyyatşünasları və şərqşünaslarının İslam dini və Hz.Məhəmmədə olan münasibətlərini kəskin şəkildə tənqid edirdi, onların fikirlərini əsassız olduğuna görə qəbul etmirdi. Əhməd bəy Hz. Məhəmmədi "dəvə sarvanı", "yalançı ərəb peyğəmbəri" kimi adlarla adlandıran, parodiya edən, İslam peyğəmbəri haqqında "camaatı yoldan çıxaran və buynuzlu bir şeytan" adlandıran Dante, Şekspir, Volter, Leybnits, Qottinger, Marraqis. kimilərini dünyagörüşünə uyğun olaraq qəbul etməmişdir. Ə.Ağaoğlu Danteni məşhur "İlahi" komediyasında Hz. Məhəmmədi təhqir etdiyinə, ŞekspirLeybnitsini kütləni güldürmək üçün İslam peyğəmbərini lağa qoymalarına, Volterin Papa tərəfindən bağışlanmaq üçün peyğəmbərə uyğun olmayan sözlər işlətməsinə görə qəbul etmirdi və onları bu əsassız fikirlərinə görə tənqid edirdi. Əhməd bəy Ağaoğlu Şekspir, Volter, Monteskyö, Bethoven, Qriq, Mendelson, Puşkin, Lermontov kimi mütəfəkkirlər məhz azad fikirli cəmiyyət yarada bilər fikrində idi. Ə.Ağaoğlunun dünyagörüşünün formalaşmasında E.Renan, İ.Ten, Qaston Pari, Z.Oppert, MadamMüsyö Diyolafya, Darmsteter kimi mütəfəkkirlərin böyük rolu olmuşdur. Ə.Ağaoğlu bu qədər Qərb sivilizasiyası ilə əhatə olunmasına baxmayaraq, o, özünün müsəlman kimliyinə sadiq qalmış, yaradıcılığında da Qərbə nisbətən Şərqə, Şərq sivilizasiyasına üstünlük vermişdir. Onun məqsədi Şərqi tənqid etmək deyildi, sadəcə nə yolu ilə olursa olsun Şərqdə yeni intibah yaratmaq istəyirdi.

 

(Ardı var)

 

Həcər ATAKİŞİYEVA

 

525-ci qəzet.- 2022.- 21 sentyabr.- S.14.