Qəhrəman atanın bizə yadigarı
Həyat
bu, bir baxarsan
hər şey bir anda sona
çatar ..
Həyat
bu, son dediyin an hər şey yenidən can tapar ..
Şəms Təbrizi
Elə yaşamalısan
ki, öləndən sonra da ölməyəsən
- həyatın məqsədi
məhz budur. Əgər hər
bir insan Cəlil Məmmədquluzadə
tərəfindən deyilmiş
bu fikirlə həyatını qura bilsə dünyamız başqa cür olardı. Mən hər zaman
düşünürdüm ki, bu dünyada
iz qoyan əbədi yaşayan insanlar çox azdır və belə bir şəxsiyyət
olmaq hər kəsə qismət olmur. Lakin bu cür insanları
tanımaq üçün
ətrafımıza dönüb
baxmağımız, tariximizə
göz gəzdirməyimiz
kifayətdir ki, anlayaq Azərbaycan elə
igid ərənlər
məkanıdır.
Təxminən bir il bundan qabaq Fizika
İnstitutunun əməkdaşı
Hüseynova Suma tərəfindən
tərtib edilən “Fatehlər Sabirabad şəhidləri” adlı
kitabının təqdimatında
iştirak etmək və belə qəhrəmanların həyatları ilə tanış olmaq mənə qismət oldu. Təqdimat Sabirabad rayonunda
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı
ilə keçirilmişdi.
Bu kitab adından
da bəlli olduğu kimi Sabirabadın igid oğullarının timsalında
bütün Azərbaycan
şəhidləri yad
edilərək ərsəyə
gəlmişdi. Kitabla
ilk tanış olduqda, əlimə alıb vərəqlədikdə,
hər səhifədə
igid oğullar haqqında yazılanları
oxumaq, yarımçıq
qalmış həyatlarını,
arzularını duymaq
mənə çox çətin və əziyyətli olmuşdu.
Azərbaycan sərhədlərini yenidən quran Vətən baniləri, öz adlarını tarixə əbədi həkk etdirən, cisimləri bu dünyada olmasa da hər zaman
qəlbimizdə yaşayan
şəhidlərimizin anım
günündə iştirak
etmək, valideynlərini,
həyat yoldaşlarını
tanımaq mənə
çox qürur vermişdi.
Təqdimat günü şəhid
yaxınları ilə
söhbət zamanı
həmkarımız olan
Vüsalə xanımla
tanış oldum. Onun həyat yoldaşı
baş leytenant Cəfərov Mətləb
Məhəmməd oğlu
noyabr ayının
2-sində Qubadlı istiqamətində
gedən döyüşlərdə
qəhrəmancasına vururşaraq
döyüş maşınına
düşən mərmi
nəticəsində şəhidlik
zirvəsinə ucalıb.
Onların iki yeniyetmə
oğul övladları
bizə yadigar qalıb. Vüsalə xanımla söhbət
etdikdə övladlarının
təhsili ilə dərindən maraqlanan valideyn oduğu aydın görünürdü.
Valideynlərinin arzusu
övladlarını ali təhsilli, savadlı gənc kimi görmək idi. Nəhayət ki, qəhraman atanın bizlərə əmanət etdiyi Hüseyn 610.60 bal toplayaraq
ADA Universitetinin İnformasiya
texnologiyaları ixtisasına
qəbul olmaqla onların arzusunu yerinə yetirdi.
Hüseyn
Mətləb oğlu Cəfərov Sabirabad şəhər N.Nərimanov
adına məktəbdə oxuduğu
dövrdə çalışqanlığı
nəticəsində 7-ci sinifdə
ən yüksək balla həmin məktəbin liseyinə qəbul olur və 9-cu sinfi qırmızı attestatla
bitirir. Savadı, tərbiyəsi ilə
müəllim və sinif yoldaşlarının
hörmətini qazanan
Hüseyn uşaqlıqdan
öz istedadı ilə digərlərindən
fərqlənirdi. 3 yaşında artıq 20 şeir bilir və Azərbaycan himnini əzbər səsləndirirdi. Təbii ki,
Hüseyn öz istedadını kimya fənni üzrə Respublika olimpiadasında yarımfinal qalibi olaraq yenidən təsdiq edir.
10-cu sinifdə oxuyarkən atasının şəhid olması Hüseynə çox dərin stress yaşadır. Bəli, doğrudur ki, həyat bəzən hər kəsə ədalətli davranmır. Bəzən bəzilərinə həddindən artıq cəza, bəzilərinə isə həddindən artıq xoşbəxtlik, şans verir. Bəlkə də biz bunu belə düşünürük. Bizim düşüncəmizin doğruluğundan asılı olmayaraq öz ədalətsizliyi və ədaləti ilə həyat budur. Çətin və keşməkeşli yolda yaşamaq və yaratmaq üçün Tanrı bir çoxlarına güclü iradə və ürək verir. Həyat haqqında öyrəndiyim hər şeyi üc sözlə ifadə edə bilərəm: o davam edir... Məhz elə Hüseyn də bu həyatda güclü iradəsi və Vüsalə xanımın dəstəyi ilə ruhdan düşməyərək, cəsur olmağı seçdi. Yaşıdlarında tez böyüyərək yeniyetmə dövründə o, həyatın çətin sınağından uğurla çıxdı. Mən buna görə Hüseyni və onu sağlam iradəli yetişdirən anası Vüsalə xanımı təbrik edir, atası baş leytenant Mətləb bəyi hörmətlə anıram.
Mən düşünürəm ki, həyat dövr edir, düzgün valideynlər
düzgün övladlar
yetişdirir və düzgün
övladlar düzgün
valideyn olur. Həqiqi
ailənin təməli şərəfli, vicdanlı, ədəbli
övlad yetişdirməkdir. Belə bir övlad
yetişdirdiyinizə görə Sizlərə minnətdaram. Həyat
bir imtahandır, bu imtahanda isə Hüseynə uğurlar,
gələcək tələbə həyatında müvəffəqiyyətlər
arzulayıram.
Səidə
MƏMMƏDOVA
Fizika
üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2022.- 22 sentyabr.- S.16.