Molla Pənah Vaqif şeirində ali müdriklik hissi

 

ALLAHVERDİ EMİNOVUN EYNİADLI MONOQRAFİYASI HAQQINDA DÜŞÜNCƏLƏR

 

Bu günlərdə ustadım Allahverdi Eminovdan kitab hədiyyə aldım: "Molla Pənah Vaqif şeirində ali müdriklik hissi". Hisslər aləmi məni çox uzaqlara - ötən əsrin 60-cı illərinə apardı - şagird illərimə. Allahverdi Eminov bizə Ədəbiyyat fənnini tədris edirdi, iyirmi üç yaşlı müəllimimizi qısa vaxt ərzində sevdik, o da ədəbiyyatı sevdirdi. Neçə-neçə şagirdi - mən istisna olmamaqla bu yolu seçdik. Maraqlı o idi ki, bu günədək Allahverdi müəllimlə əlaqə saxlayırıq, görüşürük, telefonla hal-əhval tuturuq. Onun məhsuldar yaradıcılığını izləyirik. Sevinirik ki, yaşı səksəni keçsə , böyük həvəs enerjilə yazır. Məhz adını çəkdiyim monoqrafiyanı yetmiş doqquz yaşında qələmə alıb...

Molla Pənah Vaqif klassik şairimizdir, özünün ayrıca məktəbini yaradıb, ədəbiyyatşünaslar onun yaradıcılığı ilə bağlı tədqiqatlar aparıblar. Mən az-çox bu araşdırmaların bir çoxu ilə tanışam, onlar Vaqif poeziyasına ənənəvi kontekstdə yanaşıblar, Vaqif şeirini məlum konturlar çərçivəsində təhlil ediblər. Allahverdi Eminov isə bir ədəbiyyatşünas pedaqoq kimi Vaqif poeziyasının yaranma qaynaqlarının fəlsəfi-estetik çalarlarını, qadın gözəlliyinin həm ezoterik (batini), həm zahiri (görümü) əlamətlərini qəlbən duyaraq poetik təsvirə (yozuma) söykənib. Bu isə o deməkdir ki, Şərq erotikasında "ali müdriklik" kimi səciyyələndirildiyini əsaslandırıb. M.P.Vaqif məhz gözəlliyə qadın simasında bir həzinlik, ilahidən kişilərə bəxş edilmiş "libido"ya (enerjiyə) yanaşma, bir sözlə, görünənin ağıla da təsirini etiraf edib:

 

 

üzə tökülən siyah sünbüllər

Şəkər dodağında ibrani dillər,

Nüəmbər qoxulu, pərişan tellər,

Bərbad eylər hər səhərdən ağlımı.

 

 

Müəllif doğru olaraq göstərir ki, poeziya insanın sevincinə kədərinə yad olmadığı kimi, qadın gözəlliyinin estetik-fəlsəfi mahiyyətini çatdırır. M.P.Vaqif zahiri gözəlliyi səadət hesab etməklə yanaşı, bu gözəlliyin oyatdığı zərif estetik gücündən danışır, təbii boyalarla gözəlliyin bəzi cizgilərini canlandırır. Məsələn, "Sevdiyim, ləblərin yaquta bənzər" qoşması tipik misal ola bilər.

Allahverdi Eminovun monoqrafiyasının orijinallığı - şairin poeziyasının kodu ondadır - Varlığın idrakını həyatın gözəlliyində işıq boya olması, misraların brilyant daşı kimi bərq vurması, şairin canlı nəfəsi duyulan sözlərə vaqif kəsilməsidir:

 

 

 

Sürmələnsin ala gözlər şux olsun,

Siyah kirpik ucu almaz ox olsun.

Sək rəqiblər aralıqdan yox olsun,

Gəzək bir fərakət ikimiz belə.

 

Tale Vaqifə qadın hisslərini duymaq, gözəlliyin estetikasından faydalanmaq instinkti bəxş edib. Bu, təkcə bioloji tələbatdan irəli gəlmirdi, poeziyanın şairin ruhunda oyatdığı bir faktor - məkan idi. Biz monoqrafiyada M.P.Vaqif poeziyasında qadın gözəlliyinin "məhəg daşı" hesab olunan kodu üzərində dayanmaq istərdik: qadın vücudunun qavranılması. Müəllif şairə əsaslanaraq "bədənin həcm etibarilə üç tipdə olduğunu" vurğulayır; yəni üç formada: arıq, orta artıq çəkili. Monoqrafiyada hər üç tipli qadınların psixologiyası şərhini tapıb. Şairdə bunlar şeir dilində təsvir olunub.

M.P.Vaqif şeirində ali müdriklik hissinə çağıran Məhəbbətdə sünilik yoxdur, şeir yazmaq xatirinə söz demək həmçinin, daxilən coşğunluqdan gəlmədir, gözəlləri romantikdir, bu gözəlliyi gizlətmirlər, belə görünürlər: baxışların öpüşü, zülfün pərişanlığı, barmaqların titrəyişi s. Vaqifin "Məhəbbət elmi" gözəlliyə sığınır, orqanizm "Məhəbbət nəşəsi"nə yoluxur, ən yüksək səviyyəsinə çatanda fəsadlar yaranır. Şair bu qəzəlində məhəbbətin onun hala saldığını, "qan ağlaması" ilə səciyyələndirir:

 

Ey güli xəndan, fərağından sənin qan ağlaram,

Eylərəm şami-səhər çaki - giriban ağlaram.

 

Gedəli zülfün əlimdən, piqu - tabə düşmüşəm,

Dönmüşəm bir müyə çox halı pərişan ağlaram.

 

...Yaxşı həmdəm olmasa, şad olmaq olmaz, Vaqif,

Ağlaram ta ömrüm olduqca firavan ağlaram.

 

A.Eminov əsərində M.P.Vaqif şeirində, onun fəlsəfəsində, estetik konsepsiyasında dayanan şəhvətin qavranılması məsələsini araşdırmış, fərdin (kişinin) yanaşması ilə birbaşa bağlılığına ətraflı toxunub: qadının özünün təsiretmə qabiliyyətinə necə yanaşması qiymətləndirməsi, yəni gözəllik qanunlarına necə əməl etməsi - bunlar Vaqif poeziyasını təhlil edən ədəbiyyatşünasların diqqətində olmayıb, Allaheverdi Eminov isə bu məsələlərdən yan keçmir.

M.P.Vaqifi qadın gözəlliyinin bütöv estetikliyi düşündürüb, ilhamını oyadıb (ümumiyyətlə, şairlər bilməyə borcludurlar ki, gözəlliyin sehrini qavramaqla onlar şeirə köklənirlər, əks halda bir beyt yaza bilməzlər). M.P.Vaqif erotik şair deyil, şəhvət idealı estetikasının tərənnümçüsüdür:

 

...Durna telli, yorğun tərlan cilvəli,

Görməmişəm səntək nazlı-qəmzəli,

Sərasər yaxası, qızıl qiymətli,

Baxdıqca özünə fəxarət eylər.

 

Eybi yoxdur şöhrətində, şanında,

Qoşu qabağında, həm dəhanında,

Şərt deyildir, yatım-durum yanında,

Gendən baxmaq mənə kifayət eylər.

 

 

Vaqif baxar zülfi - pərişanına,

Tərk eylər məscidi, gələr yanına,

Sidqi dildən canın çatsa canına,

Hüriyi qılmana məlamət eylər.

 

Allahverdi Eminov monoqrafiyasında M.P.Vaqifin yaradıcılığında ali müdriklik hissinin incəliklərini poetik prizmanın tələblərindən irəli gələn mizanlarla təhlil etmiş, çağdaş ədəbiyyatşünaslardan fərqli olaraq bu əzəmətli poeziyanın istinad nöqtəsinə - "şəhvət imperiyası"nın mahiyyətinə varıb, desək yanılmarıq. Müəllif yeri gələndə Platona, Aristotelə, Freydə, Yunqa əsaslanmaqla Ali Müdrik hissin fəlsəfi-emosional kodlarını şərh edib. Bu mütəfəkkirlər qadın vücudunun ecazkarlığına, onun zahiri daxili gözəlliyinə obyektiv yanaşıblar. A.Eminov xüsusilə psixoloq Z.Freydin "libido"suna - cinsi enerjinin roluna diqqəti yönəldib.

A.Eminovun elmi müşahidəsinə görə, M.P.Vaqifdə ruhi enerji güclü olub ki, gözəlliyə, qadın ülviliyinə həsr etdiyi şeirlərin poetik səviyyəsi aşağı düşməyib. O, Erosun Ali Müdriklik hikməti kodunu poeziyanın predmeti kimi qiymətləndirib. M.P.Vaqif poeziyasının cövhərində dayanan "Ali Müdriklik hissi" kodu şairin yaradıcılıq kredosu qadın-kişi davranışının fəlsəfəsində toxdayır, insan mövcudluğunda onu idarə edən emosionallığında intellektuallığında, gələcək düşüncələrində həlledici missiyanı üzərinə götürür. M.P.Vaqif poeziyasında "Ali müdriklik kodu" Şərq şeirinin mayasını fəlsəfəsini təşkil edir. O, gözəli o zövqdə görür - insana xoş olan üzü gül, rəngi al, təzə bənəvşəyitək olanı sevərlər. Şeirin predmetini - oxşarını bənövşə hesab edir:

 

Bir üzü gül, rəngi lalə, zülfi tər,

Gəştə çıxıb, dərsa taza bənövşə.

Dəstə-dəstə sancıb buxaq yanına,

Yaraşıbdır o şahbaza bənövşə.

 

Cismi mərmər, həlqə zülfləri qara,

Onu görən məcnun olur avara.

Hörüb saçlarını salıb qatara,

Düzüb telə, həm qotaza bənövşə.

 

 

"M.P.Vaqif şeirində ali müdriklik hissi" monoqrafiyasını oxuyandan sonra nisbətən sakitləşdim; ustadımın özünün müdriklik yaşında yazdığı çap etdirdiyi kitabın qədər orijinal olduğunu qət etdim. Həqiqətən, ədəbiyyatşünas-alimin özünə xas tematikasına, üslubuna heyranlığımı gizlətmirəm. "Vaqif şeirində gözəlliyin "bədii modeli"ni bütöv şəkildə verir, sələflərindən ayrılmır, tərənnüm etdiyi qadın gözəlliyində ilahi təbii başlanğıcı qəbul edir; bədii-estetik dünyagörüşündə gözəllik anlamı varlığın mənəvi dərinliyini özündə birləşdirir", - Allahverdi Eminov yazır.

Hesab edirəm ki, Allahverdi Eminov "M.P.Vaqif şeirində ali müdriklik hissi" monoqrafiyası ilə Vaqifşünaslığa böyük töhfə verib.

 

Hacı Cəfər CƏFƏRLİ

 

525-ci qəzet.- 2022.- 22 sentyabr.- S.12.