Nardaranda narkomaniya əleyhinə
tamaşa oynanılıb
Narkomaniya fəlakətinə qarşı
dövlətimizin və
cəmiyyətin apardığı
mübarizəyə dəstək
vermək məqsədi
ilə "Səhnə"
teatrı "Qaranlıqdan
işığa" adlı
tamaşa hazırlayıb.
Bundan öncə
Bakı Şəhər
Mədəniyyət Baş
İdarəsinin təşkilatçılığı
ilə Şüvəlan,
Əmircan və Mərdəkanda nümayiş
olunan tamaşa sentyabrın 20-də Nardaran
Mədəniyyət mərkəzində
oynanılıb. Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilən tədbirdə ölkəmizin
suverenliyi və ərazi bütövlüyü
uğrunda şəhid
olan qəhrəmanlarımız
bir dəqiqəlik sükutla yad edilib. Günay Firudinqızının aparıcılığını etdiyi tədbiri izləyənlər arasında
məktəblilər və
gənclər üstünlük
təşkil edib.
Əsərdən öncə ilk söz
"Liatris Holding"in
rəhbəri Ruhi Əliyevaya verilib.
Daha sonra
"Qaranlıqdan işığa"
tamaşası nümayiş
etdirilib. Tamaşa narkomaniyaya aludə
olmuş gəncin keçirdiyi iztirablardan, yaşadığı acınacaqlı
həyatdan və ailəsinə gətirdiyi
faciələrdən bəhs
edir. Tamaşanın müəllifi Pakizə
Hüseynova, quruluşçu
rejissoru Mirzə Ağa Mirzəyevdir.
Tamaşada aktyorlar Ramil Məmmədov, Anar Həsənzadə, Zülfiyyə Eldarqızı,
Mahir Mi
Səhnə əsərini izləyən
Sabunçu rayonu İcra Hakimiyyətinin ictimai
- siyasi-humanitar məsələlər
üzrə şöbə müdiri
Ədalət Teymurov və "VMR"
şirkətlər qrupunun baş
direktoru Vüsal Həsənov
öz müsbət fikirlərini bildirib, bu cür
maarifləndirici əsərə görə "Səhnə"
teatrına təşəkkür ediblər.
525-ci qəzet.- 2022.- 22 sentyabr.- S.8.