Milli Kitabxanada
Beynəlxalq Sülh Günü
münasibətilə virtual sərgi
açılıb
Beynəlxalq Sülh Günü
münasibətilə M.F.Axundzadə
adına Azərbaycan Milli Kitabxanasında "21 Sentyabr
- Beynəlxalq Sülh
Günü" adlı
virtual sərgi açılıb.
Kitabxanadan 525.az-a bildirilib ki, virtual sərgidə fotolar, mövzu ilə əlaqədar kitablar və dövri mətbuat səhifələrində
dərc olunan məqalələr nümayiş
olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər Milli Kitabxananın saytına daxil ola bilərlər.
Qeyd edək ki, BMT-nin Baş Assambleyasının
1981-ci il 30 noyabr tarixli qərarı ilə sentyabrın 21-i Beynəlxalq
Sülh Günü elan edilib. Bu qərarın qəbuluna BMT-nin
üzvü olan 192
ölkə səs verib. 21 sentyabr
nəinki xalqlar arasında, həmçinin,
ailələrdə, məktəblərdə köklü
zorakılığa qarşı mübarizənin əldə
olunmasına nail olmaq üçün bir gündür. Bu səbəbdən
də 21 sentyabr bütün
planet insanları üçün
çox vacibdir.
525-ci qəzet.- 2022.- 22 sentyabr.- S.9.