Bəhruz Məmmədzadə:  "Vətənə xidmət peşəsindən asılı olmayaraq  hər bir vətəndaşın borcudur"

 

 "Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri Veteranları" İctimai Birliyinin əsas fəaliyyət istiqaməti xüsusi təyinatlıların qaziləri, şəhid ailələri veteranları üçün ictimai, sosial psixoloji maarifləndirmə layihələrinin reallaşmasında iştirakçılığı təmin etməkdir. İctimai Birliyin sədr müavini Bəhruz Məmmədzadə 525-ə müsahibəsində qurumun fəaliyyəti, gələcək planlar haqqında ətraflı danışıb.

Qeyd edək ki, Vətən Müharibəsi iştirakcısı olan Bəhruz Məmmədzadə "Vətən uğrunda",  "Şuşanın azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub. Həmçinin "Qüsursuz xidmətə görə" 1-ci, 2-ci 3-cü dərəcəli bir sıra yubiley medallarına layiq görülüb.

"Bütün qazilərə, şəhid ailələrinə veteranlara dəstəyimizi verməyə çalışırıq"

"Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri Veteranları" İctimai Birliyinin sədr müavini Bəhruz Məmmədzadənin sözlərinə görə, Birlik yarandığı gündən sosial aksiyalar reallaşdırır. Müxtəlif istiqamətlərdə ictimai təşəbbüslərdə iştirak edir. Postmüharibə dövründə ən böyük ehtiyaclardan biri olan psixoloji maarifləndirmə dəstək fəaliyyətlərini genişləndirir: "Həmçinin, Azərbaycan vətəndaşı olan bütün qazilərə, şəhid ailələrinə veteranlara dəstəyimizi verməyə çalışırıq. Demək istədiyim odur ki, "Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri Veteranları" İctimai Birliyi qanunvericiliklə tənzimlənən bütün növ fəaliyyət növlərinə dəstək verir. Qazilərimizin, şəhid ailələrimizin veteranlarımızın mənəvi olaraq toplaşdığı cəmiyyətik. Əlimizi vicdanımızın üzərinə qoyub vətənimizə xidmətimizi davam etdiririk. Xüsusi təyinatlıların missiyası davam edir".

"Hərbidə ya mülküdə, biz hər zaman dövlətimizin yanındayıq"

Bəhruz Məmmədzadə deyib ki, "Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri Veteranları" İctimai Birliyi fəaliyyətini qazilərin, şəhid ailələrinin veteranların sosial-psixoloji müsbət inkişafında, dövlətin inkişafı naminə, həmçinin, dəstək aksiyalarını davam etdirəcək. Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri veteranları üçün təhsil karyera imkanlarının formalaşmasına dəstək verməyi planlaşdırır: "Hər bir qazinin, şəhid ailəsi üzvünün vətəndaş iştirakçılığını təmin etmək niyyətindəyik. Onların təhsil alması karyera qurması bizim üçün ən vacib fəaliyyət istiqamətlərindən biridir. Şəxsən mənim təşəbbüsümlə "PSİXODOST" psixoloji maarifləndirmə dəstək layihəsinin ilkin mərhələsinə başlamışıq. "PSİXODOST" layihəsi qazilər, şəhid ailələri veteranlar üçün xüsusi hazırlanmış psixoloji proqramdır. Təhsil karyera istiqamətində qazilərin, şəhid ailələrin veteranların inkişaf proqramları hazırlamışıq. İnanıram ki, bütün təşəbbüslərimizi reallaşdırmaq imkanlarına sahib olacağıq. Biz xüsusi təyinatlıyıq, bizim missiyamız davam etməlidir. Hərbidə ya mülküdə, biz hər zaman dövlətimizin yanındayıq".

"İctimai Birliklər fəaliyyət göstərdiyi vətənə, millətə dövlətə səmimi dəstəyini ifadə etməlidir"

Sədr müavini bildirib ki, sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər Laçın istiqamətlərində genişmiqyaslı təxribatı, yeni mövqelər əldə etmək cəhdləri olundu: "Düşmənin revanşist hücumlarının qarşısı Azərbaycan Ordusu tərəfindən məharətlə alındı. Bu həssas dönəmdə İctimai Birliklərin üzərinə müəyyən vəzifə düşür. Ermənistan uzun müddətdir ki, həm siyasi, həm hərbi revanşa hazırlaşırdı. Prezident, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin iradəsi qətiyyəti ilə ordumuz istənilən döyüş şəraitində düşməni məhv etməyə hazırdır. Ermənistanın ölkəmizə hərbi bölmələrimizə qarşı ardıcıl həyata keçirdiyi təxribatların nəticəsində hansı ağır nəticələrin olacağı bir daha aydın göründü. Azərbaycan Ordusu istənilən döyüş şəraitində adekvat cavablar verməyə hazır olan peşəkar hərbçilərdən ibarətdir. Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər Laçın istiqamətlərində törədikləri genişmiqyaslı təxribatının, yeni mövqelər əldə etmək cəhdinin qarşısının alınması düşmənə sarsıdıcı zərbələrin vurulması Azərbaycan Ordusunun hər an cavab verməyə hazır olduğunun göstəricisidir. Ermənistanın ölkəmizə hərbi bölmələrimizə qarşı ardıcıl həyata keçirdiyi təxribatların hansı acı nəticələrə gətirib çıxaracağını bir daha aydın göründü. Azərbaycan Ordusu cəmi 7 saat davam edən unikal cavab əməliyyatı gerçəkləşdirməklə Ermənistanın uzun müddətdir qurduğu planları alt-üst etdi. 2020-ci il Tovuz hadisələrindən hazırkı gərginliyi fərqləndirən önəmli cəhət odur ki, həmin dövrdə Azərbaycan əraziləri işğal altındaydı. Bu gün isə əsgərimiz Azərbaycanın dövlət sərhədinin Kəlbəcər, Laçın, Zəngilan rayonları istiqamətində Ermənistanın təxribatlarına layiqli cavab verir.

Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri Veteranları" İctimai Birliyi hər zaman dövlətimizlə vətəndaşımız arasında sağlam körpünün inkişaf etdirilməsinə dəstək olacaqdır. İctimai Birliklər fəaliyyət göstərdiyi vətənə, millətə dövlətə səmimi dəstəyini ifadə etməlidir. Prezident, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti və cəsarətinə inanaraq, mövqeyimizi sərt bildirməliyik. Biz birlikdə güclüyük! Biz bir olanda Azərbaycan oluruq!".Mütləq şəkildə peşəkar jurnalistika obyektivliyini qorumalıdır"

Bəhruz Məmmədzadənin dediyinə görə, bu həssas dönəmdə ölkədə medianın da üzərinə böyük vəzifə düşür: "Mütləq şəkildə peşəkar jurnalistika obyektivliyini qorumalıdır. Amma vətəndaşı olduğu ölkənin maraqlarını reytinqə qurban verməməlidir. Dövlət müqəddəsdir və biz, bizə aid olanları qorumağa borcluyuq. Hər kəs vətənə sevgisini ifadə etməlidir: "Hansı peşənin sahibi olmağımızdan asılı olmayaraq vətənimizə xidmət etməliyik".u günlərdə Mətbuat Şurası İdarə Heyətinə namizədlərin siyahısı açıqlanıb. İctimaiyyət nümayəndəsi kimi Mətbuat Şurası İdarə Heyətində təmsil olunması üçün Bəhruz Məmmədzadənin namizədliyi irəli sürülüb. Məsələyə münasibət bildirən sədr müavini qeyd edib ki, dövlət və millət naminə ictimai məsuliyyətlərini əməlləri ilə ifadə etməlidirlər: "23 il hərbi xidmət müddətində Ali Baş Komandan və komandirlərimin etimadını doğrultduğum kimi, növbəti bütün fəaliyyətlərimdə əlimi vicdanımın üstünə qoyum vətənimə xidmətimi davam etdirəcəyəm. Xüsusi təyinatlının missiyası davam edir. Sözün gücünə inanaraq, dövlətimizə və millətimizin səsi olmağa davam etməliyik. Arzum odur ki, heç vaxt sözümüz tükənməsin".

 

S.QARAYEVA

 

525-ci qəzet.- 2022.- 23 sentyabr.- S.7.